Tunis inqilabı 3 yanvar. Tala şəhərində işsizliyə, məmur və polis özbaşınalığına etiraz olaraq tələbələrin kiçik mitinqi keçirildi. Təqribən 250 tələbənin iştirak etdiyi mitinq iştirakçıları polis tərəfindən amansızcasına döyülərək dağıdıldı. Buna cavab olaraq tələbələr şinlərə od vurdular və hakim partiyanın qərargahına hücuma keçdilər.
4 yanvar özün yandırmış Mühəmməd Buazizin xəstəxanada öldüyü xəbəri bütün ölkəni yasa bürüdü.
8-10 yanvar. Ölkənin qərbindəki Tala və Kaserin şəhərlərində xalq ayağa qalxdı. Polis 14 etiazçını güllələyərk öldürdü. Bu, Ət-Tadhamin şərinin əhalisin də ayağa qalxmasına səbəb oldu. Vəziyyətin nəzarətdən çıxmağa başladığını görən Bin Əli Milli TV ilə çıxış edərək 2 il ərzində 300 min yeni iş yerinin açıldığını dedi. Müvəqqəti olaraq məktəb və unuversitelərin bağlanıldığını bəyan etdi.
12 yanvar. Baş nazir Mühəmməd Hannuşi Daxili İşlər naziri Rafiq Belhəccin işdən çıxarıldığını söylədi və etirazın başladığı gündən bəri tutuqlanmış bütün etirazçıların azad edilməsinə göstəriş verdi. Lakin bütün bunlar etirazçıları sakitləşdirmədi. Nəticədə etirazları boğmaq üçün şəhər və kəndlərə ordu hissələri yeriməyə başladı. Bu da bir işə yaramadı, bu dəfə ölkənin əsas turist şəhərlərindən olan Hammametdə də xalq ayağa qalxdı.
13 yavvar. Xalq bütün şəhərlərdə küçə və meydanlara töküldü və ilk dəfə iqtisadi tələblərlə yanaşı, siyasi tələblər də eşidilməyə başladı. Polis avtomobilləri, hərbi zirehli maşınlar və bəzi mülki obyektlər yandırıldı. Polis xalqı gülləbaran etməyə başladı.
14 yanvar. Zeyn əl-Abidin bin Əli ölkədən qaçdı.
15 yanvar. Müxalifət ölkədə keçid hökumətinin yaradıldığını bəyan etdi.
BMT-nin rəsmi məlumatlarına görə, Yasəmən İnqilabı zamanı Tunisdə 219 nəfər həyatını itirmiş, 510 nəfər yaralanmışdır.
Bu hadisədən 10 gün sonra İnqilabi hərəkat Misirə sıçradı. 2011-ci ilin 25 yanvarənda başlayan, cəmi 17 gün sürən və Hüsnü Mabarəkin 30 illik hakimiyyətinə son verilməsi ilə başa çatan Misir inqilabının səbəblərindən söz açan analitiklər bu səbəblər içində bir şəxsin və klanın 30 il fasiləsiz hakimiyətinin fəsadlarını, ilk növbədə də digər klanların öz siyasi və iqtisadi arzularını gerçəkləşdirə bilməməsini, işsizliyi, sosial müdafiəsizliyi və bəzi demoqrafik faktorları ön sıraya çıxarmaqdadırlar.