Yer kürəsinin daxili quruluşu haqqında ümumi məlumat


Nüvə və onun quruluşu, Mantiya və onun hissələri



Yüklə 34,88 Kb.
səhifə3/6
tarix10.01.2022
ölçüsü34,88 Kb.
#108271
1   2   3   4   5   6
2. Nüvə və onun quruluşu, Mantiya və onun hissələri

Yerin mərkəzində da haradasa mantiyanın iki qatı qalınlığında olan nüvə var. Bu təbəqənin belə qalın olmasının səbəbi onun içində qayalardan çox metalların (dəmirlə nikelin qarışığının) olmasıdır. Yerin nüvəsi isə iki ayrı hissədən - biri 2200 km qalınlığında olan maye xarici nüvədən, digəri isə 1250 km qalınlığındakı bərk daxili nüvədən meydana gəlib. Dünya dövr etdikcə maye xarici nüvə dünyanın maqnit sahəsini əmələ gətirir.

Yerin nüvəsi isə çox dəqiq tənzimlənmiş, radioaktivliklə qidalanan temperatur motorudur… Əgər bu motor bir az yavaş işləsəydi, qitələr hazırkı formada olmazdılar… Dəmir əsla əriməz və mərkəzdəki maye nüvəyə enməzdi, beləcə, Yerin maqnit sahəsi əsla əmələ gəlməzdi… Əgər Yerin radioaktiv yanacağı bir az çox olsaydı və beləcə, daha sürətli temperatur motoru olsaydı, vulkanik buludlar Günəşi örtəcək qədər qalın olar, atmosfer həddindən artıq sıx olar və Yerin səthi hər gün vulkanik partlayışlar və zəlzələlərlə sarsılardı. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)

Press və Siverin bəhs etdiyi maqnit sahəsi həyatımız üçün böyük əhəmiyyət kəsb edir. Bu maqnit sahəsi, yuxarıda bildirildiyi kimi, Yer kürəsinin nüvəsinin quruluşundan qaynaqlanır. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyətə malik ağır elementlərdən təşkil olunmuşdur. Daxili nüvə bərk, xarici nüvə isə maye haldadır. Nüvənin bu iki təbəqəsi bir-birinin ətrafında hərəkət edir. Bu hərəkət ağır metallara maqnit təsiri edərək maqnit sahəsi əmələ gətirir. Atmosferdən kənara qədər uzanan maqnit sahəsi sayəsində Yer kosmosdan gələn təhlükələrə qarşı qorunur. Günəşdən başqa ulduzlardan qaynaqlanan öldürücü kosmik şüalar Yerin ətrafındakı maqnit sahəsini keçə bilmirlər. Xüsusilə də Yerdən min kilometrlərlə uzaqlıqda maqnetik halqalar əmələ gətirən Van Allen qurşaqları Yeri öldürücü enerjidən qoruyur.

Ulduzlardan gələn plazma buludları bəzən Xirosimaya atılan atom bombasından 100 milyard dəfə güclü olur. Eyni şəkildə, Yer bəzən çox güclü kosmik şüaların təsirinə məruz qalır. Ancaq Yerin maqnit sahəsi bu öldürücü şüaların ancaq 0.1%-ini keçirir və qalan 0.001% şüalar atmosfer tərəfindən udulur. Yerin maqnit sahəsini əmələ gətirmək üçün 1 milyard amperlik elektrik enerjisi lazımdır, bu isə bəşəriyyət tarixi boyu istehsal olunan elektrik enerjisinin cəminə bərabərdir.

Əgər Yerin maqnetik qalxanı olmasa, yer üzündəki həyat tez-tez öldürücü şüalarla məhv olar, bəlkə də heç mövcud olmazdı. Ancaq F.Press və R.Siverin dediyi kimi, Yer kürəsinin nüvəsi məhz lazımi tərkibdə olduğuna görə Yer bu şəkildə qorunur.

Alimlər bildirirlər ki, nüvə, əsasən, stabil maqnit sahəsinə zəmanət verən urandan ibarətdir. Oksford Tədqiqat İnstitutunda işləyən mütəxəssislər qrupu bəyan edib ki, onların bu yaxınlarda keçirdikləri təqdiqat planetimizin daxilindəki nüvənin tərkibi ilə bağlı tam yeni fikir formalaşdırıb.

Alimlər bildirirlər ki, nüvə, əsasən, stabil maqnit sahəsinə zəmanət verən urandan ibarətdir.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, uran yüzlərlə əsr əvvəl- Yupiterin günəş diski ilə yaxınlaşdığı zaman yarana bilər.

Alimlər tərəfindən irəli sürülən son versiyada bildirilir ki, planetimizin səthindəki uran, hansısa məqamda, yerin altına keçib və nəticədə böyük nüvə əmələ gətirib.

Həmçinin Fransa geofiziklərinin fikrincə, Yer kürəsinin nüvəsi simmetrik deyil və orada kristallaşma prosesi davam etməkdədir. Mütəxəssislər planetimizin Şimal yarımkürəsi, təxminən Rusiya və Çin əraziləri altında nüvənin tədricən əridiyini, Qərb yarımkürəsində isə bərkidiyini bildirirlər. Buna əsas olaraq son 30 il müddətində baş vermiş 100 böyük zəlzələ, seysmik aktivliyin yüksəlməsi göstərilir.

Alimlər toplanan məlumatların təməlində Yer nüvəsinin formasını qurub, tərkibini müəyyənləşdiriblər. Nüvə əsasən dəmirdən ibarətdir və özəkdə bərk, periferiyada (özək ətrafı çevrədə) maye haldadır.

Mantiya bir neçə halqavarı qatlardan ibarətdir. Yer qabığının altında bilavasitə substrat Yerləşir, bu qatlarda seysmik dalğaların sürətinin azalması müşahidə olunur və üst mantiyanı astnasfera ilə birləşdirir. Mantiyanın substratı ilə Yer qabığına birlikdə litosfera deyilir, yunan dilindən tərcüməsi, Yerin daş təbəqəsi deməkdir. Orta mantiya Qolitsin qatı adlanır burada seysmik dalğaların sürəti və süxurlarn sıxlığı artır. Bunun alt hissəsi 900 km dərinlikdən başlayır. Orta mantiyanın altında 2900 km dərinlikdə Yerləşən qat alt mantiya adlanır.


Yüklə 34,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin