3. Yer kürəsinin daxili quruluşunun öyrənilməsi
Yer kürəsinin daxilinin öyrənilməsi tarixi çox qədimdir. Hələ antik dövrün hunan filosoflarının əsərlərində təbiət qanunları və Yer kürəsi haqqında, primitiv halda olsa da, müəyyən fikirlər söylənilmişdir.
Yer kürsinin daxili quruluşunun öyrənilməsində 1724-cü ildə təşkil edilmiş Rusiya Elmlər Akademiyasının və onun rəhbərlik etdiyi geoloji ekspedisiyaların böyük rolu olmuşdur. Bu mərhələ böyük rus alimi M.V.Lomonosovun ( 1711-1765 ) adı ilə bağlıdır. O, Rusiyada elmi geologiyanın əsas problemlərini “ Yerin təbəqələri haqqında “ əsərində şərh etmiş, ilk dəfə olaraq tarixi tədqiqat metodunu və aktualizm prinsipini tətbiq və inkişaf etdirmişdir.
Rusiyada geologiyanın inkişaf tarixində görkəmli rus və sovet alimlərindən akad. A.P.Karpinski, A.Y.Fersman, V.İ.Fernadski, V.A.Obruçev, İ.M.Qubkin, A.P.Vinoqradov və başqalarının böyük xidmətləri olmuşdur.
1833-cü ildə məşhur ingilis alimi Çarlz Layyel “ Geologiyanın əsasları “ adlı kitabını nəşr etdikdən sonra meydana çıxmışdır. Lakin qeyd etmək lazımdır ki, Yer haqqında təsəvvürata mədəni xalqlarda eramızdan 6 əsr qabaq rast gəlmək olur. Belə ki, Heraklitin fikrincə ( eramızdan 5 əsr qabaq ) bütün aləm daimi yaşayır, lakin həmişə dəyişir, gah dağılma, gah toplanma, yaradılma dövrləri keçirir.
Qədim yunan filosofu Pifaqor ( eramızdan 582 il əvvəl doğulmuş ) Yer simasının daim dəyişməkdə olduğunu, dəniz ilə quru arasında mübarizə getdiyini və vulkanizmi göstərirdi.
Dostları ilə paylaş: |