Dəmiryolu anbarlarının əsas parametrləri
Anbarın əsas parametrlərinin (tutumu, uzunluğu, eni, hündürlüyü, yük cəbhələrinin ölçüləri) təyin edilməsi üçün ilkin qiymətlər – perspektiv yük axınları, anbarların iş texnologiyası və rejimidir.
Anbarın tutumu aşağıdakı düsturla hesablanır:
burada - hər bir yük üçün anbarlaşdırma əmsalı;
- hesabi sutkalıq yük axınıdır, t;
Tsi – anbara daxil olan i yükünün saxlanma müddətidir, sutka.
Anbarın sahəsi xüsusi ağırlıq və elementar sahə metodları ilə təyin edilə bilər. Xüsusi ağırlıq metodu tələb olunan sahənin təqribi hesablanmasında istifadə olunur:
Burada Kki – anbarda olan keçidlərin sahəsinin nəzərə alan əmsaldır, yerüstü müxanizmlər (yükləyicilər) üçün böyük, asılan mexanizmlər (körpülü kranlar) üçün kiçik qiymətlər təşkil edir.
Pi – anbarın 1m2 faydalı sahəsinə düşən xüsusi ağırlıqdır, ton/m2
hi – yükün ştabelləşdirmə hündürlüyüdür, m;
- yükün həcmi kütləsidir, ton/m2.
Anabrın ümumi sahəsi elementar metodla aşağıdakı düsturla hesablanır:
nes – elementar sahələrin sayıdır;
- anbarda dəfələrlə təkrar olunan elementar vahidin sahəsi.
Anabrın ölçüləri (uzunluğu, eni və hündürlüyü) yükün növündən, anbarın tipindən, mexanikləşdirmə vasitələrindən asılı olaraq təyin olunur.
Anbarın tipi və əsas ölçüləri müəyyən edildikdən sonra texniki tərəqqinin tələblərinə cavab verən, verilmiş şərait və istismar rejimi üçün optimal yükləmə-boşaltma mexanizmləri seçilir.
Dostları ilə paylaş: |