Yük stansiyasının təsnifatı və xarakteristikası


Dəmiryol anbarlarının təsnifatı



Yüklə 43,88 Kb.
səhifə4/25
tarix10.01.2022
ölçüsü43,88 Kb.
#109663
1   2   3   4   5   6   7   8   9   ...   25
Dəmiryol anbarlarının təsnifatı

Dəmiryol nəqliyyatında anbarlar daşınan yüklərin müvəqqəti olaraq qısa müddətli saxlanması üçündür. Yəni stansiyay gətirilən yük anbara yığılır, onun sənədləri tərtib edildikdən sonra isə vaqonlara yüklənib yola salınır.Yük alan təhvil verilən yük isə vaqonlardan anbara boşaldılır, yük alan isə haqq-hesab çəkildikdən sonra və icazə vərəqəsi yazıldıqdan sonra yük avtomobillərə yüklənib yük alanın ünvanına anbara göndərilir.Bvundan sonra dəmiryol anbarlarında xırda göndərişli vaqonlar çeşidlənir və s. qəbul-göndərmə əməliyyatları həyata keçirilir.

Anbarlar öz konstruksiyalarına görə 4 növə bölünürlər:


  1. Bağlı anbarlar

  2. Üstü örtülü plotformalar

  3. Üstü açıq paltformalar

  4. Açıq meydançalar.

Anbarların, yükləmə-boşalma mexanizmlərinin seçilməsiyük axınının ölçüsündən və xarakterindən, daşıma məsafəsindən və müddətindən, hərəkət tərkibinin növündən, kapital qoyuluşlarından, istismar xərclərindən, həmçinin istehsalın texnoloji xüsusiyyətindən asılıdır. Yük axınlarının və əməliyyatların təhlili əsasında texniki vasitələrə əsas istismar tələbləri irəli sürülür və yükləmə-boşaltma və anbar işlərinin texnologiyasının struktur sxemi qurulur. Struktur sxemdə maşınlarla yerinə yetirilməliolan əməliyyatların sayı, ardıcıllığı və məzmunu əks etdirilir. Bununla yanaşı maşınların tipləri, göstəriciləri, iş texnologiyası və idarə olunma üsulları müəyyən olunur.

Anbarın layihələndirilməsi üçün tapşırıq tərtib olunan zaman və ya onun tipik layihəsinin seçilməsi zamanı yerli şəraitə bağlanmaq üçün texniki-iqtisadi əsaslandırma (TİƏ) tərib olunur ki, burada tipik layihənin qəbul edilməsinin və ya layihələndirmə üçün tapşırıq verilməsinin məqsədəuyğunluğu nəzərdən keçirilir. TİƏ üç bölmədən ibarət olur:



  1. Iqtisadi bölmə;

  2. Texnoloji bölmə (yükləmə-boşaltma və anbar işlərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələri seçilir);

  3. Binaların və qurğuların həcmi – planlaşdırma həlli üçün tədbirlər.



Yüklə 43,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin