Yük stansiyasının təsnifatı və xarakteristikası


Müxtəlif yüklərin anbarda saxlanması qaydaları



Yüklə 43,88 Kb.
səhifə7/25
tarix10.01.2022
ölçüsü43,88 Kb.
#109663
1   2   3   4   5   6   7   8   9   10   ...   25
Müxtəlif yüklərin anbarda saxlanması qaydaları

Dəmiryolu Nizamnaməsinin 62-ci maddəsinə əsasən yük alanın ünvanına gələn yükləri yük alan dərhal gəlib stansiyadan aparmalıdır. Yüklər stansiyada 24 saat müddətində pulsuz saxlanılır. Bu vaxt dəmiryolunun boşaltdığı yüklər üçün vaqon boşaldığı gündən, yük alanın boşaltdığı yüklər üçün isə vaqon boşalmağa verilən vaxtdan hesablanır.

Bəzi yüklər üçün stansiyada saxlanma vaxtı məhdudlaşdırılıb. Məsələn təzə süd və buzun saxlanma vaxtı – 6 saat; partlayıcı və zəhərləyici yüklər, meyvə və giləmeyvə, diri heyvan və quşlar, bitki və gül-çiçək – 12 saat; kartof, kələm, çuğundur – 1 sutka; yumurta – 2 saat; quru ot, küləş, torf, əhəng – 3-5 sutka; ev əşyaları – 30 sutka saxlana bilər. Sənədsiz yüklərdən süd və buz - 12 saat; 12 saat saxlanmalı olan yüklər isə 1 sutka saxlana bilər. Sənədsiz olduqda ev əşyaları – 50 sutka, digər yüklər isə 30 sutka stansiyada saxlana bilər.

Əgər yük alan yükü aparmazsa dəmir yolu bu yükü yuxarıda göstərilən müddətlər keçdikdən sonra sata bilər. Əks halda bu yüklər xarab oalr və ondan səmərəli istifadə olunmaz.

Yük bir sutkadan artıq stansiyada saxlandıqda yük alan cərimə edilir. Bu cərimə yükün hər tonuna və saxlandığı sutka müddətində hesablanır. Əgər yük həyəti və anbarda çətinlik yaranarsa, yol rəisinin əmri ilə bu cərimə 5 qat artırıla bilər.


Yüklə 43,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin