Аллаһын елчиси



Yüklə 1,51 Mb.
səhifə6/40
tarix21.10.2017
ölçüsü1,51 Mb.
#8879
1   2   3   4   5   6   7   8   9   ...   40

Əbdül MÜTəLLİB


11-Əbdül Mütəllibin müvəhhid olması haqqında çoxlu şahidlər vardır. Bu şahidlər onun istənilən şirkdən pak olduğunu təsdiqləyir. Onun haqqında daha çox danışılması onun şirkə düşmədə daha çox töhmətləndirilməsi ilə əlaqədardır. Əli (ə) buyurur: «Atam babam Əbdül Mütəllib, Haşim, Əbdül Mənaf heç vaxt bütə sitayiş etməmişlər. Onlar üzü bəyə namaz qılmış, İbrahim dinində olmuşlar». («Bəhar» 15-ci cild). Əbdül Mütəllib ərəbin müvəhhidlərindən sayılır. Bu, İbrahim öz övladları haqqında dualarının qəbul olmasıdır.

12-Peyğəmbər (s) əliyə (ə) buyurur ki, Əbdül Mütəllib «əzlamla» (cahiliyyət dövrünün qumarı) mal bölmür, bütlərə ibadət etmir, bütlərin adına kəsilmiş heyvanların ətindən yemirdi və o, İbrahim dinində idi. («Bəhar» 15-ci cild).

13-Əbdül Mütəllibin axirət inacı barədə deyilir ki, o dedi: «Bu dünyadan sonra yaxşıların mükafatlanıb, pislərin cəzalanacağı bir dünya var».

14-İmam Rzadan (ə) nəql olunub ki, Əbdül Mütəllib Kə’bə qapısının halğasından yapışıb, Allahdan dilədi ki, ona on oğul əta etsin.

15-Bu barədə belə nəql olunub ki, o, Allah evinin pərdəsini tutub, Allahı hərəm, rükn, məqama and verdi – bu andlar İbrahim dininə aiddir.

Əbdül MÜTəLLİB MÜVəHHİDLİYİN MÜDAFİəSİNDə


16-əbrəhə fil süvari qoşunuyla Kə’bəni dağıtmağa üçün Məkkəyə gələndə Əbdül Mütəllib Qüreyş qəbiləsinin başçısı və həcc işlərinə məs’ul idi. Küfr qoşunu müqavimət göstərən kişiləri öldürməklə, qadın və uşaqları əsir götürməklə hədələyirdi. Bu hədələrdən qorxan əhali Məkkəni boşaldıb, ətraf dağlara çəkildilər. Əbdül Mütəllib bir yandan Kə’bənin boşaldığını, digər tərəfdən düşmən qoşununun qüvvəsini görüb, hamı kimi özü barədə düşünmək əvəzinə Kə’bədə qalıb, öz ətrafındakıları əbrəhə ilə qarşılaşmağa də’vət etdi. Ona Məkkəni tərk etmək təklif olanda dedi: «Mən Allah evini buraxıb, başqa bir yerə sığınmaqdan xəcalət çəkirəm» («Tarixe Yə’qubi» 1-ci cild). «Mən and olsun Allaha ki, ilahi hərəmdən çıxmayacağam». Bu mövqe onun e’tiqadını, şücaətinin böyüklüyünü göstərir. Həmin həssas anlarda Allah yolunun bu mücahidi Kə’bə pərdələrindən yapışıb dua edir: «Ey tənhaların dostu, Səninlə olana heç bir qorxu yoxdur» Əbdül Mütəllib bu sözləri deyərkən öz yaxınları ilə tənha qalmışdı. («Bəhar» 15-ci cild). Əbdül Mütəllibin «Allahla olan kəs üçün heç bir qorxu yoxdur» sözləri onun övliyalığın, yalnız Allaha arxalandığını göstərir. Necə ki, Qur’an buyurur: «Bilin ki, Allah dostları üçün heç bir qorxu yoxdur onlar qəm-qüssə bilməzlər» («Yunus» 62). Çünki onlar bütün fəzilətlərin mənşəsi olan Allaha bağlıdırlar. «Səni tapan itirib (İmam Hüseynin ərəfə duası). Bu cümlənin ardınca əlavə edir ki, «ev sahibinin evin müdafiəsində üstünlüyü vardır».

Bu o demək deyildir ki, Allah evinin müdafiəsində bizim məs’uliyyətimiz yoxdur və bu məs’uliyyət ev sahibinə aiddir. Bu söz Bəni-israilindir ki, Musaya deyərdilər: «Sən Rəbbin gedib onlarla vuruşun, biz isə burada oturacağıq» («Maidə» 24). Əslində isə belədir ki, biz var gücümüzlə tövhid mərkəzi, iman simvolu olan Kə’bəni müdafiə edəcəyik. Əlbəttə, ev sahibinin yardımı dada çatar. Bu cümlə ilə döyüş meydanında ev sahibindən yardım istəyir. Əbdül Mütəllibin əbrəhə ilə görüşdə dediyi «mən dəvə sahibiyəm, bu evin də sahibi var və onu müdafiə edəcək» sözləri də eyni məqsəd daşıyır. Bu sözlər o mə’nada deyil ki, mənim üçün Kə’bənin fərqi yoxdur. Əgər bu tövhid müdafiəçisi laqeyid olsaydı, nə üçün hərəmdə qalıb, Allahdan yardım istəməliydi?! Bu söz döyüş və müdafiə meydanında həmin yardım istəyidir. Bə’zi təqlid qələmləri fəallıq göstərib, dediklərinə iftixar edir, öz yazılarını qüsurlu halda nəş etdiriblər ki, Əbdül Mütəllib Kə’bəyə laqeyid olub! Hətta bu qəziyyələri yanlış təhlil etməklə Əbdül Mütəllib kimi simaları ləkələyirlər. Guya, əbrəhə Əbdül Mütəllibi qınayır da ki, mən sizin din mərkəzinizi viran qoymağa gəlmişəm, siz isə bir neçə dəvənin hayındasıznız! Bəli, əvvəldə qeyd etdiyimiz kimi, təqlid qələmi də təhrif qələmi kimi təhlükəlidir. Belə nurani şəxsiyyətlərə çirkab yaxılır. Məhz belə məqamda təhqiq qələminin rolu aydın olur. Bu qələm düzgün təhlil aparmaqla həqiqətləri üzə çıxarır.

əbrəhə qarşısında Əbdül Mütəllibin sözləri və duaları onun mövqeyinin aşkar göstərir. O, əbrəhənin böyük qoşunu qarşısından qaçmır, öz az səhabələri ilə möhkəm dayanır. «Neçə dəfə olub ki, az bir dəstə Allahın yardımı ilə çox bir dəstəyə qalib gəlib» («Bəqərə» 249). Hansı ki, əbrəhənin qoşunu Kə’bəyə çatmamış Mina dağının arxasında Muhəssir vadisində qeybi və teyr əbabil qüvvələri ilə qarşılaşıb, biabırçılıqla məğlub oldu. Amma əbrəhə fürsət tapıb Kə’bəyə hücum etsəydi də, Əbdül Mütəllib və ətrafındakılar canla-başla din və Kə’bəni müdafiə edəcəkdilər. Qələm nə qədər qərəzli və ya nadan olmalıdır ki, belə bir mücahid şəxsi müşrik və ya laqeyd göstərisin! Tarix həqiqət və yalandan yoğrulmuş bir məcnundur. Hər yazılana e’timad etmək olmaz. Yazılmışların bir çoxu e’tibarsız olduğundan təhqiqatlar aparılmalıdır ki, həqiqət üzə çıxsın.

17-Həzrət Peyğəmbərin (s) əcdadının müvəhhidlik e’tiqadı o qədər mə’lum bir şey idi ki, şairlər bu münasibətlə şe’rlər yazardılar. Nümunə üçün əbüs-səlt ibni əbi Rəbi’ Səqəfinin qəsidəsindən bir beyt misal çəkmək olar.



Qiyamət günündə dinlər içindən

Bir İbrahim dini keçər seçimdən.
Mə’lum olur ki, İslamdan öncə Qüreyşin rəsmi dini İbrahim dini olmuş və yalnız bu din Allah tərəfindən məqbəl sayılmışdır.

18-Bu mövzuda şahid gətirilən son nöqtə həzrət Peyğəmbərdən (s) Əbdül Mütəllibi peyğəmbərlər cərgəsində göstərir: «Sübhan Allah cəddim Əbdül Mütəllibi peyğəmbərlərlə ( (ərəbi) ) məhşur edər». Bütün bunlar bir sübutdur ki, Peyğəmbərin (s) ata-babaları, eləcə də onların e’tiqadca müvəhhid, əxlaqca səxaətli, qonaqpərvər, haqq müdafiəçisi olmuşlar. Onlar nəsilbənəsil Qüreyşin ictimai şə’nini öhdəyə almışlar. Heç bir şirk, dində laqeydliyi onlara aid etmək rəva deyil. Əlbəttə, sübutlar bir bununla sona yetmir. Bütün bunları araşdırmaq vaxt və hövsələ tələb edir. Ümid edirik ki, qeyd edilən sübutlar uyğun şübhələri aradan qaldırmaq üçün kifayətdir və həzrətin (s) pak və təqvalı babalarını ayrı-ayrılıqda araşdırmağa ehtiyac yoxdur. Bu hissənin sonunda Peyğəmbərin (s) peyğəmbərlikdən əvvəl İbrahim dinində olmasının zikrindən sonra onun ata-anasının həyatına nəzər salacağıq.




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə