Azerbaijan Archeology Vol



Yüklə 223,51 Kb.
səhifə1/5
tarix10.01.2022
ölçüsü223,51 Kb.
#108507
  1   2   3   4   5

132

Azərbaycan Arxeologiyası 2004

Azerbaijan Archeology Vol.: 6 Num.: 1-4

MIL DÜZÜNÜN ÖTƏN GÜNLƏRİ HAQQINDA DÜŞÜNCƏLƏR
Can evimə sığışmayan arzulaı Bir dünyada neçə dünya arzulaı Səməd Vurğım
Işlərimiz səhmana düşmüşdür. Havalar xoş və yağışsız keçdiyindən hər gün Üçtəpəyə gedib gəlirik, fasiləsiz işləyirik. Iş saat doqquzda başlanır, beşdə qurtarır. Hər gün bizi günəş qarşılayır, günəş yola salır. Al-qırmızı, gülər üzlü günəş. Bütün günü açıq havada oluruq, onunla birlikdə Mili seyr edirik.

Mil indi çox gözəlləşmişdir. Arada yağan isti yağışlardan sonra о başdan-başa yaşıl dona bürünmüşdür, təravətlənmişdir. Qol-budaq atan yovşan kolları isə bu zümrüd donu gümüşü tikmələrlə bəzəmişdir. Indi Milin mavi üfüqlərini, bu üfüq-lərin arxasından sirli-sirli boylanan bənövşəyi-boz dağlan, uzaqlardan gələn Govu-rarxın parlaq cığırını aydın görmək olur. Hər yanda sakitlik hökm sürür. Şəffaf səma parlaq işıq saçır, göz qamaşdırır. Günlər isə yuxu kimi keçir, gah gözəl arzular do-ğurar, ümidlər verir, gah da gizli bir qüssə gətirir, sanki tənhalıq dünyasının qapıla-rını açır, həzin mahnılar oxuyur.

Mil heç vaxt belə sirli və sehrkar olmamışdır. tndiki qədər belə kiçik və eyni zamanda indiki qədər belə böyük, ucsuz-bucaqsız görünməmişdir. Kiçik Milə də, böyük Milə də eyni dərəcədə bağlanmışıq. Gözə görünməyən ürək tellərilə.

Bu bir neçə gün ərzində xeyli iş görmüşük. Qazıntı sahəsi az vaxt içərisində gözə çarpacaq dərəcədə dərinləşdirilmişdir. Lakin görüləsi işlər hələ də çoxdur. Qalın torpaq layları altında gizlədilmiş qədim qəbir yerini tapmaq üçün buradan təx-minən 10-15 min kubmetrdək torpaq çıxarmaq lazımdır. Iş bununla bitəcəkmi? Kim bilir? Hələlik isə qazılmaqda olan torpağın hər qarışını böyük səbr, inam və təm-kinliklə, üstəlik ehtiyatla yoxlayırıq, qeydlər götürürük, sirlərlə dolu dərin bir üm-mana baş vururuq, ümidlərlə yaşayırıq.

Bu gün təpələrin arasındakı boş sahədə də qazıntı işlərinə başladıq. Burada olan ayrı-ayrı çökək yerlər çoxdan idi ki, Aleksandr Aleksandroviçi maraqlandırırdı. Axtarış zamanı buradan qədim dövrlərə aid küllü miqdarda gil qab qırıqları və dəvəgözü qəlpələri toplamışdıq. Təbii yataqlan ancaq yüksək dağlıq zonalarda olan dəvəgözü daşının Mil düzündən tapılması əlbəttə çox maraqhdır. Yığdığımız nümu-nələrin əsas hissəsi qara, boz və şəffaf dəvəgözü daşından olan istehsal tullantı-larıdır. Onların bəzisinin üzərində əlavə iş izi də aydın bilinir. Görünür ki, təpələr arasındakı sahədə vaxtilə qədim məskən yeri olmuşdur. Topladığımız gil qab qırıqla-nnın əksəriyyəti tunc dövrünün son mərhələsinə aiddir. Güman etmək olar ki, buradakı qədim məskən yeri də məhz bu dövrə məxsusdur. Lakin aydındır ki, onun sakinləri dəvəgözü daşının xassələrinə yaxşı bələd olmuş və ondan özləri üçün elə buradaca müxtəlif əmək alətləri və silah nümunələri düzəltmişdilər. Belə qiymətli xammalı isə onlar şübhəsiz, yay vaxtlarında mal-qaralarını sürdükləri dağlardan gə-tirmişdilər.

Arxeoloji ədəbiyyatda uzun müddət ənənə şəklində belə bir fıkir hökm sürül-müşdü ki, qədim dövrlərdə Cənubi Qafqazı və On Asiyanı dəvəgözü ehtiyatı ilə

Azərbaycan Arxeologiyası 2004

Azerbaijan Archeology Vol.: 6 Num.: 1-4

təmin edən Ermənistan ərazisindəki Alagöz dağındakı yataqlar olmuşdur. Lakin son illərdə istər On Asiyanm, istərsə də Cənubi Azərbaycanın ayrı-ayrı yerlərindən on-larca belə qiymətli daş yataqlannın tapılması belə bir fıkrin əsassız olduğunu sübut etmişdir. Maraqlıdır ki, belə qiymətli daş yataqlarının böyük qismi Kəlbəcər rayonu

,„-.,,-.. orazisində, Tərtorçaym yuxan axarla-

Yüklə 223,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin