Azərbaycan Tibb Universiteti Bioloji Kimya kafedrası



Yüklə 0,79 Mb.
tarix21.04.2022
ölçüsü0,79 Mb.
#115438
boyrekustuvezi

Azərbaycan Tibb Universiteti Bioloji Kimya kafedrası

Fakultə:Stomatologiya

Fənn: İnsan biokimyasının əsasları

Mövzu: Böyrəküstü vəzinin Funksiyaları

Hazırladı: Pənahov Orxan

Qrup:420A-3A

Ümumi məlumat

  • Böyrəküstü vəzilər - lat. glandulae suprarenales cüt daxili sekresiya vəzilərindən olub, böyrəklərin yuxarı ucları üzərində yerləşmişdir. Sağ vəzi üçbucağa və sol vəzi ayparaya bənzəyir; səthləri qabarıqdır, rəngləri sarımtıl və konsinstensiyaları yumuşaqdır. Böyüklərdə hər vəzinin çəkisi 11-18 q (ya 7-20 q) olur; uzunluğu 4-6 sm, eni 2-3 sm və qalınlığı 3–6 mm-dir.

Beyin maddəsinin hormonları

Böyrəküstü vəzinin beyin maddəsinin hüceyrələri xromat turşusunun duzları ilə boyandıqda qonur-qəhvəyi rəng alır. Buna görə vəzinin bu hissəsinə xromaffin toxuma, onun hüceyrələrinə isə xromaffin hüceyrələr deyilir. Beyin madda funksional cəhətdən simpatik sinir sistemi ilə sıx olaqədardır. Məlumdur ki, simpatik sinir sisteminin preganglionar neyronları xolinergik, postqanqlionar neyronları isə adrenergik reseptorlara malikdir. Bu baxımdan böyrəküstü vəzinin beyin maddəsini simpatik sinir sisteminin davamı hesab etmək olar. Çünki simpatik qarın sinirinin pre ganglionar lifləri burada olan xromaffin hüceyrələrdə başa çatır və bu sinirlərlə verilən impulslar beyin maddənin hüceyrələrində simpatik siste min postqanqlionar sinir liflərinin mediatorları ilə eyni maddələrdən ibarət olan neyrotransmitterlər - katexolaminlar sintez edilir.

Katexoaminlərin kimyəvi strukturu


Böyrəküstü vəzinin beyin maddəsinin hormonları katexolaminlər adlanır . Bu ad altında 3 bioloji aktiv maddə - adrenalin , noradrenalin va izopropiladrenalin birləşdirilir .

Dopamin

Adrenalin

Noradrenalin

Adı çəkilən bioloji aktiv maddələr kimyəvi strukturlarına görə bir – birinə oxşardır və orqanizmdə qarşılıqlı surətdə bir – birinə çevrilə bilirlər :

Katexoaminlərin sintezi

Katexolaminlər xromaffin hüceyrələrin dənəciklərində sintez edilir , burada müəyyən müddət ehtiyat üçün saxlanılır və lazım gəldikdə qana sekresiya edilir . Dənəciklərdə katexolaminlərdən başqa , ATF , lipidlər , zülallar , Ca² + va Mg2 + ionları da olur . Böyrəküstü vəzinin xromaffin hücey dənəciklərində olan katexolaminlərin ümumi kütləsinin 83 % -ə qədərini adrenalin , 15 % -ə yaxın hissəsini noradrenalin təşkil edir ; dofaminin nisbi miqdarı isə 2 % -dən artıq olmur . Bunun əksinə olaraq , simpatik sinir liflərinin dənəciklərində yalnız noradrenalin aşkar edilir . Noradrenalin və dofaminə baş beynində və onurğa beynində təsadüf edilir və hipotalamusda onun miqdarı ən yüksək olur , lakin adı çəkilən nahiyələrdə adrenalin olmur . Xromaffin hüceyrələrinin dənəcikləri katexolamin mübadiləsində bu funksiyaları yerinə yetirir : 1 ) sitoplazmadan gətirilən dofamindən noradrenalin ve adrenalin sintez edilir ; 2 ) adrenalin və noradrenalin ehtiyat üçün saxlanılır və monoaminoksidazaların təsirindən mühafizə edilir ; 3 ) sinir stimulyasına cavab olaraq , qana katexolaminlər sekresiya edilir. .

Müasir təsəvvürlərə görə , katexolaminlərin sintezinə sərf edilən tirozi nin bir hissəsi fenilalanindən əmələ gələ bilər , lakin orqanizmə qida vasitə silə kifayət qədər tirozin daxil olduğuna görə , bu metabolizm yolunun bö yük əhəmiyyəti yoxdur . Katexolaminlərin biosintezinin ilk mərhələsi tirozinin dioksifenilalalni no ( DOFA ) çevrilməsindən ibarətdir. Bu fermentin fəallığı NADF – H₂ - dən asılıdır və kofaktoru tetrahidrofol turşusudur . Reaksiyada oksidləşdirici kimi molekulyar oksigendən istifadə edilir . Tirozinhidroksilaza reaksiyası katexolaminlərin sintezində tənzimedici mərhələni təşkil edir .

Dopaminin fəza qruluşu

Qabıq maddəsinin hormonları

Böyrəküstü vəzinin qabiq maddəsi 3 təbəqədən ibarətdir: xarici hissada - kapsulun altında yerləşən təbəqə yumaqcıqlı məntaqa adlanır, orta təbəqəyə dəstəli məntəqə, daxildə beyin maddənin sərhəddində yerləşən təbəqəyə isə torlu məntəqə deyilir. Yumaqcıqh mantəqədə mineralokortikoidlər (asasən aldosteron), das təli məntəqədə qlükokortikoidlar (kortizol, kortikosteron), torlu məntəqə da isa qeyri-spesifik cinsiyyət hormonları (androstendion, dehidroepi androsteron, testosteron və az miqdarda estrogenlar) sintez edilir. Qabıq maddənin hormonları steroidlər qrupuna aid olduğuna göra, onlara "korti kosteroidlər" adı verilmişdir (latınca: cortex - qabiq+steroidlər).

Böyrəküstü vəzi hormonlarından başqa, cinsiyyət vəzilərinin hormonları və D vitamininin hormon xarakterli törəməsi olan kalsitriol steroid strukturlu hor monlar sinfinə aiddir. Bunu nəzərə alaraq, aşağıda steroid hormonlar haq qında ümumi məlumat veririk. Steroid qrupuna aid olan hormonlar lipid tabiatli politsiklik birləşmələrdir. Onların molekul strukturunun əsasını bir-birilə kondensasiya vəziyyətində olan 3 ədad altıkarbonlu (A, B, C) və bir ədəd beşkarbonlu tsiklik hissəcikdən ibarət (cami 17 karbon atomuna malik) tsiklopentanperhidrofenantren (steran) nüvəsi təşkil edir:

tsiklopentanperhidrofenantren

DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR



Mənbə: F.İslamzadə, A.Əfəndiyev, F.İslamzadə. İnsan biokimyasının əsasları. 2015
Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin