Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali



Yüklə 14,92 Mb.
səhifə1/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
  1   2   3   4   5   6   7   8   9   ...   78

Bəxtiyar Tuncay
DİJİTAL KOMMUNİZM, YENİ DÜNYA DÜZƏNİ VƏ BÖYÜK TURAN İDEALI
GİRİŞ
Bu monoqrafiyamızı yazmağa başladığımız 5 may 2020-ci il tarixində dünya hələ də koronavirus bəlasının gətirdiyi qeyri-müəyyənlik içində çapalamaqda davam edirdi. Həmin gün saat 11.40-a olan məlumata görə, dünya üzrə bu virusa tutulanların sayı 3.647.615, ölənlərin sayı isə artıq 253.444 nəfərə çatmışdı. Ən pis vəziyyət ABŞ-da qeydə alınmışdı. Bu ölkədə virusa yoluxanaların sayı 1.212.955, ölənlərin sayı isə 69.925 nəfər idi.

Həmin tarixdə ABŞ-ı bu ölkələr təqib edirdi:

İspaniya 248.301 – 25.428

İtaliya 211.505 – 29.079

Böyük Britaniya 190.584 – 28.734

Fransa 169.461 – 25.201

Almaniya 166.152 – 6.993

Rusiya 145,268 – 1.356

Türkiyə 127.659 – 3.461

Braziliya 108.620 – 7.367

İran 98.584 – 6.277

Çin 82.881 – 4.633

Həmin tarixdə Azərbaycanda 1.984 nəfər virusa yoluxan, 26 nəfər də ölən qeydə alınmışdı.

Elmi ədəbiyyatda adı bəzən “pnevmaniya COVID-19”, daha çox da 2019nCoV koronavirusu pandemiyası” kimi qeyd edilən, xalq arasında isə sadəcə “koronavirus” adı tanınan virus ilk dəfə 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində, yerli Huanan ət və dəniz məhsulları bazarı yaxınlığında qeydə alınmış və oradan öncə bütün Uhan şəhərinə, daha sonra Çinin bütün əyalətlərinə, daha sonra da dünyanın əksər dövlətlərinə yayılmışdır. Çin höküməti 31 dekabr 2019-cu ildə naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.

22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlandı. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edildi. Daha sonra karantin rejimi Çinin bütün bütün əyalət və şəhərlərinə tətbiq edilməyə başladı.

7 aprel tarixində amerikalı alim Çarlz Liber yeni Covid-19 hazırlanması və Çinə satışı ilə bağlı təqsirli bilinərək həbs olundu. Daha sonra isə məlum oldu ki, Çin alimləri bu virusu əldə etdikdən sonra onu Uhan şəhərindəki yerli Huanan ət və dəniz məhsulları bazarından 200-300 m arlıda yerləşən P4 adlı bir virusoloji labarotoriyada, eləcə də bazardan təqribən 12 km aralıda olan hərbi virusologiya tədqiqatları mərkəzində çoxaltmaq və öyrənməklə məşğul olmuşlar. Virus da sözügedən obyektlərin birindən, ehtimalən, 200-300 m aralıda yerləşən laboratoriyadan sızmış və yaxındakı bazara sıçramış, oradan da bütün şəhərə yayılmışdır. Çin hökumətinin baş verən hadisəni uzun müddət gizli saxlaması, dünya ictimaiyyətini vaxtında məlumatlandırmaması, dünyanın bundan sadəcə bir Çinli həkimin mətbuata məlumat ötürməsindən sonra xəbər tutması artıq təsdiqini tapmış faktdır.

Koronavirusun bütün dünyaya yayılmasıyla bağlı başqa maraqlı iddialar da var. Bunlardan biri də “The Washington Post” qəzetinin 22 aprel tarixli nömrəsində yayımlanan bir xəbərdir. Həmin xəbərə görə, “US Hakers” adlı bir hakerlər qrupunun Bil Qeyts Fondu, ABŞ Xəstəliklərə nəzarət və önləmə qurumu (CDS), Çinin Vuhan şəhərindəki məlum laboratoriya və daha üç təşkilat arasındakı elektron yazışmaları, eləcə də onlara aid 25 min ədəd sənədi ələ keçirmiş və belə aydın olmuşdur ki, virusu Vuhandakı P4 laboratoriyasından həmin laboratoriyada çalışan Zenq Li Şi adlı bir alim çantasına qoyduğu buz parçası ilə birlikdə çıxarmış, Uhan şəhərindəki yerli Huanan ət və dəniz məhsulları bazarının metro stansiyasına gedərək, buzu stansiyanın havalandırma borusuna qoymuş, buz əridikcə, viruslar da havalandırma sistemi vasitəsilə ətrafa yayılmağa başlamışdır

Faktlar içərisində Bill Qeytsin adının dəfələrlə hallanması onu və arxasında duran Bilderberq klubunu koronavirusun yayılmasının əsas təşkilatçılarından biri qismində görənlərin ehtimallarını təkzibedilməz şəkildə doğruladı.

Bill Qeytsə yönəlik suçlamalar “The Washington Post” qəzetində dərc edilən məqalədən daha öncə, təqribən fevral ayından etibarən intensiv xarakter almışdı. Onun adı koronavirusla paralel xatırlanır və bu virusu yaymaqla dünyaya hikim olmaq istədiyi vurğulanılırdı. Sübut kimi isə sözügedən virusun patentinin Bill Qeyts və həyat yoldaşı Melindanın sahibkarı olduqları Pirbrayt İnstituna (İngiltərə) aid olması göstərilirdi. Və təbii ki, bu, çox ciddi arqument idi.

Hər şey bu məlumatın Twitter üzərindən paylaşılması ilə başladı. Və bu məlumat şəbəkə istifadəçilərinin böyük maraqlına səbəb oldu. Bunun ardınca sosial şəbəkələrdə Bill Qeytsin hələ 2015-ci ildə verdiyi bir müsahibə paylaşıldıp. Orada da o, koronavirusdan danışır, üstəlik də kütləvi aşılama və çipləşdirmənin zəruriliyini önə sürürdü. Həmin müsahibəni bir neçə həftə ərzində 25 milyondan artıq adam seyr etdi.

Martın 31-də (2020-ci il) “The Washington Post” qəzetində Bill Qeytsin başqa bir müsahibəsi dərc edildi. Bu müsahibədə o, ABŞ-ın virusu vaxtında dayandırmaq imkanını itirdiyini, sözügedən virusun aşısının ən tez 5 il sonra tapılacağını iddia etməkdə idi.

Beləliklə, Bill Qeytsin də daxil olduğu şeytani qüvvələrin məqsədi dünya əhalisini nəzarətdə saxlamaq üçün onlara çiplər yeritməkdir. Çiplərin yeridilə bilməsi üçün, yəni insanların buna könüllü razı olmaları üçün bu çiplərə sahib olmayacaq adamları alış-veriş etmək imkanından məhrum etmək lazımdır. Yəni söhbət nəqd paranın ortadan qalxmasından və elektron para ilə əvəz edilməsindən sonra maliyyə əməliyyatlarını aparmaq üçün zəruri olan ağıllı çiplərdən gedir. Bu çiplər həm şəxsiyyət vəsiqələrini, həm maaş kartlarını, həm də tibbi kartları əvəz etməli, eyni zamanda insanın bədənində yaranacaq hər hansı bir xəstəlik zamanı onu dərhal xəbər etməlidir.

İlk baxışdan çox mütərəqqi bir şey kimi nəzərə çarpan kütləvi çipləşdirmə planı, şübhəsiz ki, Dəccala bütün insanları izləmək, danışıqlarını dinləmək və lazım gəldiyi halda maliyyə əməliyyatları şəbəkəsindən ayırmaqla cəzalandıra bilmək imkanı verəcək. Üstəlik də insanları kiborqa çevirmək istəndiyi də istisna edilmir.

2020-ci ilin 26 mart tarixində Bill Qeytsin qurucusu olduğu “MICROSOFT TECHNOLOGY LICENSING, LLC” şirkətinin əldə etdiyi WO/2020/060606 nömrəli, “Bədənin fəaliyyətinin məlumatlarından istifadə edən kriptovalyuta” adlı daha bir patent var və bu patent 22 aprel 2020 tarixindən etibarən beynəlxalq status qazanıb. Onu əldə etmək üçün Bill Qeyts hələ 2019-cu ilin 20 iyununda müraciət etmiş.

Maraqlıdır ki, patentin nömrəsinin sonuncu hissəsində üç 6 rəqəmi (060606) yer almışdı ki, bu da bir çoxlarına “Vəhy” kitabında yazılanları xatırlatmaqda idi:



O, bütün insanları — kiçikləri və böyükləri, varlıları və kasıbları, azadları və qulları sağ əllərinə və ya alınlarına nişan qoydurmağa məcbur edir. Belə ki, üzərində bu vəhşi heyvanın nişanı, yəni vəhşi heyvanın adı və ya adının rəqəmi olmayan adam alqı-satqı edə bilməsin. Burada hikmət gərəkdir. Qoy dərrakəli adam vəhşi heyvanın rəqəmini hesablasın, çünki bu rəqəm insan rəqəmidir. Onun rəqəmi altı yüz altmış altıdır” (XIII fəsil, 16-18).

“Bədənin fəaliyyətinin məlumatlarından istifadə edən kriptovalyuta” adlı, WO/2020/060606 nömrəli patent, adından da göründüyü kimi, çipləşdirmə və nəqdsiz pul, yəni kriptovalyuta sisteminə keçidi öngörməkdədir. Onun xülasəsində yazılanlardan belə aydın olur ki, tətbiq edilməsi nəzərdə tutulan sistem hər bir insana, onun qarşısında qoyulmuş vəzifələrə əməl edərsə, istədiyi yerə və şeyə xərcləyə biləcəyi bonuslar təqdim edə bilər.

Xülasədə yeni icadın istifadə edilə biləcəyi ölkələrin siyahısı verilib və həmin siyahıdan göründüyü kimi, bura BMT üzvü olan bütün ölkələr daxildir.

Əlbəttə, məsələ təkcə bu söylənilənlənlərlə də birmir. Ortada Bill Qeytsin adının hallandığı “Alyans ID2020 qəqəmsal identiklik” adlı başqa bir layihə də bulunmaqdadır. 2016-cı ildə rəqəmsal hüququn tənzimlənməsinə yönəlik fəaliyyətlə məşğul olunduğu bilinən sözügedən alyansın 2018-ci BMT-nin qaçqınlar üzrə ali monissarı ilə birlikdə çalışdığı da məlumdur. Alyansın fəaliyyətinə şübhə kölgəsi salan odur ki, onun tərkibinə “Microsoft” şirkətindən başqa Rokfeller Fondu, IDEO.org dizayn studiyası, “Accenture” və “Gavi the Vaccine Alliance” daxildirlər. Bunlardan sonuncusu aşıların hazırlanması və dünyanın müxtəlif ölkələrində həmin ölkələrin xalqları üzərində sınaqdan keçirilməsi ilə məşğuldur. Söhbət əsasən kasıb Afrika və Asiya ölkələrindən gedir. Lakin həmin ölkələrdən başqa Albaniya, Xorvatiya, Moldova, Ukrayna, Ermənistan, Gürcüstan və Azərbaycan rəhbərlikləri də həmin vaksinlərin (aşıların) öz ölkələrininəhalisi üzərində sınaqdan keçirilməsinə icazə vermişlər. 2020-ci ilin aprel ayının sonunda Azərbaycanın Səhiyyə nazirinin bununla bağlı artıq yazılı əmr verdiyi də bilinməkdədir.

Söhbət nədən gedir?

Məlum olduğu kimi, hər bir insanda onun dini inanclarının aktivliyini, mənəvi saflığı və əxlaqi keyfiyyətləri təmin edən xüsusi “Tanrı geni” və ya VMAT2 polimer zənciri bulunmaqdadır. Onu tanınmış genetika alimi Din Hamer (Dean Hamer) üzə çıxarmışdır. O bu gen haqqında 2005-ci ildə qələmə aldığı “The God Gene: How Faith Is Hardwired Into Our Genes” adlı kitabında məlumat verməkdədir. Onun yazdığına görə, bu genin güclü olduğu insanlar, bir qayda olaraq, dinə, imana, ibadətə, bir sözlə Tanrıya çox meylli olurlar, zəif olduğu insanlar isə ateizmə meyllənirlər.



Bill Qeytsin, Beynəlxalq Valyuta Fondunun, eləcə də “Gavi the Vaccine Alliance” adlı qurumun təşviq etdikləri, DOD İD 149AZ2 nömrəli patentə sahib aşı sözügedən genin aktivliyini azaltmağa xidmət etməlidir. BVF kredit verdiyi 25 ölkə qarşısında qoyduğu əsas tələblərdən biri yerli əhali arasında aşılama işini aparmaqdır. Söhbət məhz həmin aşıdan gedir. Azərbaycanda da məhz bu aşının uşaqlara vurulması planlaşdırılıb. “FUN BAGS” adlı bu şeytani layihəyə görə, aşılama işi koronavirus pandemiyasının yayılması ilə paralel aparılmalıdır.

Koronavirus fəlakətinin sorumlusu kimi hər kəs Çinlə yanaşı, Bill Qeytsi hədəfə almaqdadır. Bu baxımdan ABŞ prezidenti Donald Trampın sabiq müşaviri Rocer Stoundur (Roger Stone). O bildirir ki, hələ 1 il öncə, yəni 2019-cu ildə Floridada bir nitiq söylərkən 2020-ci il üçün prezidentlk kampaniyası üçün ən önəmli mövzulardan birinin ictimai sağlıq problemlərinin olacağını söyləmiş, bu sırada Bill Qeyts və Bill Melinda dərnəklərinin rollarına toxunaraq, onların koronavirus və aşı ilə əlaqəsinə toxunmuşdu. Hələ o zaman bu məsələ qızğın diskussiyalar mövzusu idi:

Bir şey tam aydındır ki, Bill Qeyts ictimai sağlıq problemlərindən pis məqsədlərlə istifadə edərək, məcburi aşılanma və Amerikalıların çiplənməsi mövzularındakı baxışlarını ortaya qoyur. Bu yolla da insanları təqib edərək, test edilib-edilmədikləri yoxlaya biləcək. Bu durum həm konstitusiyaya, həm də Amerikanın prinsiplərinə ziddir. Entoni Fauçinin də məsələyə yanaşmasından anlaşılır ki, o da Microsoft, Qeyts və onalara yaxın adamlar kimi, Hillari Klintonun maşası kimidir. Tövsiyyələri də şübhə oyadır. Məcburi aşılanmanı Bill Qeyts Amerika əhalisini azaltmaq üçünmü istəyir? Çünki “Big Pharma” bu yolla milyardlar əldə edə bilər.


Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin