Биринҹи фәсил



Yüklə 8,85 Mb.
səhifə34/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
1   ...   30   31   32   33   34   35   36   37   ...   65

ON ALTINCI FƏSİL

İSLAM AİLƏNİN MADDİ MƏSƏLƏLƏRİ

SƏRVƏTİN XEYİR ZİYANI


İnsanın ailəsini idarə etməsi üçün sərvətə olan ehtiyacı tam mənada təbiidir. Sərvət, ticarət, öz-özlüyündə, insana heç bir bağlılığı olmadan heç bir xeyir və ziyana malik deyil. Misal üçün, dəmir sərvətdir, müxtəlif şəkillərə düşür. Bir çox əşyalar ondan hazırlanır. Lakin insanın ixtiyarında olmadıqda xeyirsiz və ziyansız bir maddəyə, qeyri-mömin insanın əlinə keçdikdə isə ziyanlı bir maddəyə çevrilir.

Dəmir (dəmirdən hazırlanmış xəncər) İbni Mülcəmin əlinə düşdükdə qədr gecəsi, məscid mehrabında möminlərin ağasını ‒ Əmirəl-möminin Əlini (ə) qətlə yetirir və ən bədbəxt şəxsin bariz nümunəsinə çevrilir.

Deməli, dəmir (xəncər) onun əlinə keçdikdə, daxili vəziyyətdən asılı olaraq, əvəzi olmayan bir ziyan qaynağına çevrilir. Həmin dəmir (xəncər) Əlinin (ə) əlində olduqda isə dinin yaşamasına, genişlənməsinə səbəb olur. Belə ki, Əlinin (ə) onu bir dəfə işlətməyi həzrət Peyğəmbərin (s) buyruğuna əsasən, cin və insanların ibadətindən üstündür.

Pul, var-dövlət ilahi insanlar üçün Haqqa yaxınlaşmaq, Pərvərdigarın rəhmətini əldə etmək üçün bir vasitədir.

Bəli, mömin, ilahi əxlaqa yiyələnmiş insan var-dövlətdən Haqqa, dünya və axirət səadətinə çatmaq üçün istifadə edir.

Heç təsadüfi deyil ki, Allah-təala «Bəqərə» surəsində vəfat etmiş möminin dünyada qalmış var-dövlətini «yerdə qalmış xeyir» adlandırır1.

Bəli, möminin imanı, əxlaqı, səxavəti onun var-dövlətini «yerdə qalmış xeyir»ə çevirir. Bu malın üçdə biri öz vəsiyyətinə uyğun olaraq xeyir işlərə xərclənməli, qalan üçdə ikisi isə Quran ayələrinə əsasən, varisinin ixtiyarına verilməlidir.

Həzrət imam Sadiq (ə) «Bəqərə» surəsinin 201-ci ayəsini izah edərkən buyurur: «Axirətin xeyiri Haqqın razılığı və behişt, dünyanın xeyiri isə ruzi və gözəl əxlaqdır».1

Bütün bunlara əsasən pul, sərvət möminlərə Haqq razılığını, behişti vəd edir. Çünki mömin halal qazancla Haqqa itaət sayəsində öz ailəsinin ehtiyacını ödəyir, ona vacib olan haqları (xüms, zəkat) lazımi yerlərə çatdırır, imkansızlara kömək edir, qohumlarının əlindən tutur.

Halal yolla əldə olunmuş pulu bu növ şəri məsələlərə sərf etmək, sözün əsl mənasında, Allaha ibadət və itaət, Quranın buyruğuna əsasən isə, dünya və axirət xeyiridir. Elə buna görə də Allahın kitabında var-dövlət «xeyir» kimi göstərilmiş, möminin onu qazanıb xərcləməsi Haqqa ibadət hesab olunaraq, sonsuz bir savaba layiq olduğu qeyd edilmişdir.

Əli (ə) dinsiz əhalinin əlinə keçən var-dövlət haqqında buyurur: «Sərvət şəhvət vasitəsi, hadisələri tarac edən, arzuları gücləndirən, varisin başını qatan bir amildir. Var-dövlət dünyada bir yırtıcını yüksəldir, axirətdə isə alçaldır».2

Həzrət Peyğəmbər (s) buyurur: «Qızıl və gümüş sizdən öncəkiləri həlak etdi, sizi də həlak edəcək»;3 «Hər bir ümmətin buzovu (bütü) var. Bu ümmətin buzovu (bütü) puldur».4

Bəli, pul, sərvət zəif imanlı şəxslərin əlinə keçdikdə, onları dünya və axirətdən yayındırır.

HALAL VƏ HARAM


Şübhəsiz ki, insanın zəhmətinin məhsulu olan, şəriətdə təyin olunmuş yollarla əldə olunan mal halal, şəriətdə təyin olunmayan, rüşvət, oğurluq, qarət və s. kimi qeyri-şəri yollarla əldə olunan mal isə haramdır.

Halal qazanc əldə etmək üçün atılan addım ibadət olaraq savaba, haram qazanc əldə etmək üçün atılan addım isə günah olaraq Allahın nifrətinə səbəb olur.

Halaldan boyun qaçıran, harama doğru addımlayan, ona nəsihət edənlərə «Neyləyim ki, məni də Allah belə yaradıb?!»-deyə cavab verən şəxs Allaha qarşı çıxaraq, şeytani vəsvəsədən doğan köklü bir günah etmişdir.

Bir çox Quran ayələri açıqca bu məsələyə toxunaraq, Allahın hamıya halal ruzi verdiyini və insanın fikri, əxlaqi azğınlıqlarına səbəb olan haram ruzi vermədiyini, yalnız halal qazanc dalınca getmək lazım olduğunu buyurur.

Haram ruzini Allaha aid etmək bir iftira olaraq axirət əzabına səbəbdir.

Allahın halal qazanc əldə etməyi tapşırması, sonra da bəndələrinə haram ruzi nəsib etməsi Onun ədaləti, mərhəməti ilə ziddiyyət təşkil edir. Əsla belə deyil! Ulu Tanrının iradəsi ilə əmri arasında heç bir ziddiyyət yoxdur. Allaha belə iftira yaxanlar böyük bir günaha qurşanırlar.

Quranda buyurulur:

«Ey insanlar! Yer üzərindəki şeylərin təmiz halal olanlarını yeyin, şeytanın izi ilə getməyin. Həqiqətən, şeytan sizinlə açıq-açığına düşməndir. O sizə yalnız pis murdar (həyasız) işlər görməyi Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edir»1.

«Biz Adəm övladlarını şərəfli hörmətli etdik, onları suda quruda (gəmilərə, heyvanlara başqa nəqliyyat vasitələrinə) mindirib, sahib etdik. Özlərinə təmiz ruzi verdik»2.

İmam Baqir (ə) buyurur: «Allah-təala hər bir insanın ruzisini halaldan (qazanmasını) vacib edib. Bu halal ruzi ona sağ-salamat yetiriləcək. Haram yolun Allaha bağlılığı yoxdur. İnsan haram qazanc əldə etdikdə, həmin miqdarda da halaldan məhrum olur. Bunları nəzərə almadan, Allah yanında insan üçün böyük bir mərhəmət qərarlaşdırılmışdır».1


ÖZÜNÜZÜ HALALDAN MƏHRUM ETMƏYİN


Əmirəl-möminin Əli (ə) məscidə daxil oldu. Qatırını isə saxlamaq üçün bir kişiyə verdi. Kişi qatırın yüyənini açıb qaçdı. Əli (ə) məsciddən çıxdıqda, kişinin zəhmət haqqını vermək üçün iki dirhəm hazırladı. Elə ki, qatırı yüyənsiz gördü, həmin iki dirhəmi yüyən almaq üçün xidmətçisinə verdi. Onu tanımayan xidmətçi həmin yüyəni o oğrudan iki dirhəmə aldı. Həzrət yüyəni gördükdə tanıdı və buyurdu: «Bəndə özünü səbirsizlik ucbatından halaldan məhrum edir. Lakin Allahın onun üçün qərarlaşdırdığından artıq qazana bilmir».2


Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə