Биринҹи фәсил



Yüklə 8,85 Mb.
səhifə56/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   52   53   54   55   56   57   58   59   ...   65

ŞEYX ƏNSARİ VƏ ANASI


Böyük fəqih, dahi müctehid şeyx Ənsari anasını hamamın yanına qədər çiynində aparar və hamamçı qadına tapşırardı. Özü isə anasının hamamdan çıxmağını gözləyər və evə gətirərdi.

O, hər axşam anasının əlini öpməyə gedər və sübh onun icazəsi ilə evdən çıxardı.

Anası dünyasını dəyişdikdə, hönkür-hönkür ağlayır və deyirdi: «Ağlamağımın səbəbi, anaya xidmət kimi böyük bir nemətin əlimdən çıxmasıdır».

Şeyx Ənsari anası vəfat etdikdən sonra, məşğuliyyətinin çox olmasına baxmayaraq, onun bütün vacib namazlarını qıldı.


ANASININ ÜZÜNƏ AĞ OLAN ÖVLAD


Bir gənc ölüm ayağında idi. Həzrət Peyğəmbər (s) onu yoluğmağa getmişdi. Həzrət (s) şəhadəti ona təlqin edir, o isə üzünü çevirərək şəhadətini demirdi. Həzrət (s) anası olub-olmamadığını soruşduqda, «Bəli»-deyə cavab verdilər. Rəsulullah (ə) gəncin anasını çağırtdırıb ona buyurdu: «Övladından narazısanmı?» Qadın: «Bəli, narazıyam»-dedi. Həzrət (s) buyurdu: «Ondan razı ol. Çünki şəhadətini deyə bilmir, dili bağlanıb». Anası «Ürəyimi parçalayıb, ondan narazıyam»-deyə bildirdi. Həzrət (s) buyurdu: «Mənə görə ondan razı ol». Qadın, yalnız həzrət Peyğəmbərin (s) xatirinə onu əfv etdi. Həzrət (s) ölüm ayağında olan gəncə buyurdu: «Haqqın yeganəliyinə və mənim Peyğəmbərliyimə şəhadət ver». Gənc şəhadət verdi. Həzrət (s) «Öncə nə üçün cavab vermirdin?»-deyə soruşduqda, gənc dedi: «İlk dəfə qəribə bir hay-küy mənə hücum etmişdi. Mən deyə bilmirdim. İndi o hay-küy məndən uzaqlaşıb. Asanlıqla şəhadət verə bilirəm».2

İmam Səccad (ə) buyurur: «Anana qarşı diqqətli ol. O səni doqquz ay və ya ondan az heç kəsin heç kəs üçün daşımadığı bir yük kimi daşıyıb. Heç kəsin kimsə üçün çəkmədiyi zəhməti çəkib. Bütün varlığı ilə səni qoruyub. Öz aclığına fikir verməyərək, səni doydurub. Öz susuzluğuna fikir verməyərək, sənə su verib. Özünün geyimi olmasa belə, səni geyindirib. Özü soyuqlayıb, lakin səni ondan qoruyub. Özü istiyə sinə gərərək, səni ondan qoruyub. Sənə görə şirin yuxunu özünə haram edib. Səni soyuqdan, istidən qoruyub. O bütün bunları sənin kimi övladı olması üçün edib. Əgər Allahın yardımı olmazsa, sən onun zəhmətlərinin qarşılığını ödəyə bilməzsən».1

Həkim Nami deyir: «İmam Sadiqə (ə) ərz etdim: «Atam mənə bir ev bağışlayıb. İndi onu əlimdən almaq istəyir. Həzrət (s) buyurdu: «Atan pis iş görüb. Əgər sənə qarşı çıxsa, onun qarşısında səsini ucaltma. Əgər hay-küy salsa, sən onunla yavaş danış».2

İYİRMİ YEDDİNCİ FƏSİL

ƏR VƏ ARVADIN BİR-BİRLƏRİNİN QOHUMLARINA QARŞI OLAN VƏZİFƏLƏRİ

QOHUMLAR


Ər və arvadın bir çox qohumları vardır ki, heç birinin, (ər və arvadın) onların hüququna göz yummağa haqqı yoxdur. Heç biri digərini onların görüşündən məhrum edə bilməz.

Onların hər birinin ata, ana, bacı, qardaş, əmi, dayı, bibi, xala, bacı uşağı, qardaş uşağı, əmi uşağı, dayı uşağı, baba, nənə və bir çox bu qəbildən olan qan qohumu və yaxud evlənmə yolu ilə qohum olan qohumu vardır. Onların görüşünə getmək, onların problemlərini həll etmək böyük bir ibadət olaraq, əvəzsiz savaba malikdir.

Qadın ərinin qohumlarına qarşı həssas olmamalıdır. Onların evinə gəlməsinə, yaxud ərinin onların evinə getməsinə mane olmamalıdır. Ən başlıcası isə evinə gəldikdə, onlara pis üz göstərməməlidir.

Kişi evinin malikidir. Pul, mal-dövlət Allah-təala tərəfindən onun ixtiyarına verilmişdir. Qadının ərinə itaət etməsi şəri baxımdan vacib, onun sözündən çıxması isə haramdır. Ərin qohumlarının get-gəl etməsini nəzarətə alması, ona bu xeyir işdə mane olması əxlaqi normalarla, insani keyfiyyətlərlə ziddiyyət təşkil edir. Həmçinin, ərin də arvadının qohumları ilə əlaqəsini əngəlləməsi səmimiyyətə, sevgiyə və insaniyyətə sığmayan bir addımdır.

Əgər qadın və ya övlad bu növ yaxşılıqların, ibadətin, qohumlarla xoş münasibətdə olmağın qarşısını almağa çalışarlarsa, onlar Quranın buyuruğuna, insana düşmən kəsilmişlər. Bu, qəlbində kinələr dalğalanan düşmən deyil, insanı səadətdən, dünya və axirət xoşbəxtliyindən məhrum edən düşməndir. Kişi bu kimi məsələlərdə arvadının, yaxud uşağının yanlış tələbinə tabe olmamalıdır.

Əlbəttə, mömin, məsuliyyət hiss edən qadınlar, bu kimi əxlaqi məsələlərdə ərləri ilə ortaq məxrəcə gəlir, bir çox zamanlar isə ərləri belə məsələlərə etinasız yanaşdıqda, onları bu növ xeyirli işlərə rəğbətləndirirlər.

Amma Quran Haqqın tələblərinə uymayan qadınları, onun əmrlərinə qarşı çıxan uşaqları kişinin düşməni kimi qələmə verərək, ona yalnız əxlaqi və insani tapşırıqlar verir:

«Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən övladlarınızdan sizə düşmən olanlar vardır. (Onlar din dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz bağışlasanız, (bilin ki,) Allah günahları çox bağışlayan rəhm edəndir!» 1.

Belə qadın və övladlarla qəzəblə davranmaq məsləhət deyil. Onlar öz qeyri-ilahi tələblərini yürütməkdə olsunlar, siz də Allah yolunda addımlamağınızda.

Bəzi qadınlar bu məsələdə həqiqətən, ifrata varırlar. Özləri haqqın rəhmətindən məhrumdurlar, ərlərini də onun rəhmətindən, lütfündən məhrum etməyə çalışırlar. Bir çox kişilər heç də qadınlardan geri qalmır və yersiz xırdaçılıqları ilə özlərini Haqqın lütfündən və rəhmətindən məhrum edirlər.

Bəzi qadınların ərlərini qohumlarla get-gəldən, onların problemlərinin həllinə çalışmaqdan məhrum etmələrinin səbəbi nədir? Nə üçün onlar bu kimi get-gəllərin, mehribanlıqların yalnız öz iradələrindən asılı olmasına çalışırlar?

İllər, aylar keçir, ər öz qohumlarının, ata-anasının, bacı-qardaşının evinə gəlmələrinin həsrətini çəkir. Halbuki, bütün bu illər, aylar ərzində qadının bütün qohumları istədikləri kimi onun evinə gedib-gəlirlər.

Bu, kişiyə, onun qohumlarına zülm deyilmi? Bu zülm insanı Allahın rəhmətindən məhrum edən, aqibətini korlayan ruhi xəstəlik deyilmi?

Bəzi kişilərin öz həyat yoldaşlarına ata-ana, bacı-qardaş evinə getməyi qadağan etmələrinə nə ad qoymaq olar?! Onlar qadını bir əsir kimi öz ixtiyarlarında saxlayırlar. Bu, Allah-təalanın nifrətinə səbəb olan, insanı Onun mərhəmətindən məhrum edən şeytani bir hərəkətdir.

Qurani-məcid sileyi-rəhim (qohumlarla xoş münasibətdə olma) barəsindəki ayələrdən başqa, iyirmi üç dəfə qohumlardan söhbət açmış və onlar haqqında tövsiyələr etmişdir.

Mömin şəxsin həyatın bütün sahələrində Peyğəmbərdən (s) dərs almalı olduğunu nəzərə alsaq, onun vəzifələrindən birinin qohumlarını hidayət etmək olduğu qənaətinə gəlirik. Əgər qohumlarının hidayət olunmalarına ehtiyac duyulursa, ömrünün sonuna qədər bu vəzifə insanın üzərindən götürülməyəcəkdir.

«Ən yaxın qohumlarını qorxut!».1

İnsanın bəzən həyat yoldaşının və özünün qohumlarını evinə toplayıb onlara bacardığı qədər nəsihət verməsi, halal-haramı onlara tanıtdırması, onları fiqhi və şəri məsələlərlə tanış etməsi çox gözəl və bəyənilmiş işdir. İnsanları ilahi əməllərə doğru yönəltmək peyğəmbərlərin, imamların işinə bənzər bir iş olaraq, böyük savaba malikdir.

Əllamə Məclisi hər cümə axşamı bir çox qohumlarını evinə yığar və onlara nəsihət verərək, doğru yola yönəldərmiş. Çünki elmi də paylamaq, mal-dövlət paylamaq kimi bəyənilmiş işlərdəndir.

Qurani-məciddə qohumlara yaxşılıq etmək Allaha ibadət, ata-anaya yaxşılığın ardınca qeyd olunmuş və bununla da, qohumlarla xoş münasibətin əzəmətini, əhəmiyyətini nümayiş etdirmişdir.

«Allahdan qeyrisinə ibadət etməyin! Valideynlərinizə, yaxın qohumlarınızayaxşılıq edin»1.

İnsan fitrətcə mal-dövlətə bağlıdır. Əgər belə olmasaydı, heç bir kəs iş dalınca getməzdi. Zəhmətlə qazanılan mal-dövlət insanın məşuqudur. Qurani-kərim insandan qohumlarının problemlərinin həlli, yaşamlarının rifahı üçün bu məşuqundan əl çəkməsini istəyir. Bu mömin və sədaqətli insanların xüsusiyyətlərindəndir.

«Yaxşı əməl sahibi, əslində, Allaha, axirət gününə, mələklərə, Kitaba peyğəmbərlərə inanan, malını (yoxsul) qohum-əqrabayasərf edənlərdir»2.

Qohum-əqrabanın (istər qan qohumu, istərsə də izdivac yolu ilə qohum olanlar) insanla münasibəti, əlaqəsi çox mühümdür. Belə ki, insan öldükdən sonra onun vərəsələrindən hesab olunurlar. Bu mövzuda bir Quran ayəsinə nəzər salaq;

«Malın (vərəsələr arasında) bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin»3.

Qohumların hörmətini qorumaq o qədər mühümdür ki, Quran onlarla danışarkən ədalətli olmağa çağırır: «Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun»4

Qohumlarla təhqiredici şəkildə danışmaq, onlara qarşı hörmətsizlik göstərmək və onlara əhəmiyyət verməmək şəriətə zidd və qeyri-əxlaqi bir işdir.

Mehriban Allah hamını ədalətə, yaxşılığa səsləyərkən, qohumları xüsusi vurğulayır:

«Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurur»1.

İnsana məhkəmədə şəhadət verdiyi zaman ədalətli olmağı, haqqı, həqiqəti gizlətməməyi tapşırır. Bu qohumlarının zərərinə belə olsa.

«Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allaha şahid olun»2.

«Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz»3.

Digər bir ayədə isə möminlərə Allahın və Peyğəmbərin (s) düşməni olan qohumları ilə dostluq etməmək tapşırılır4.

Bu iki qadağandan başqa, bütün hallarda qohumlarla ünsiyyətdə olmaq zəruridir. Ər və arvad bir-birlərini bu ilahi nemətdən məhrum edə bilməzlər.

Mənim kişi və qadınlara tövsiyəm budur ki, Quranın 23 ayəsinin buyruğuna əsasən, qohumlarına hörmət edib, onlarla daim xoş münasibətdə olsunlar. Yoxsullarına imkanları qədərincə yardım göstərsinlər.

Qadın bu məsələyə xüsusi diqqət yetirməli və ərinin ondan narazı olmasına səbəb olmamalıdır. Çünki ərin narazılığı Allahın narazılığıdır və əri ondan razı olmayan qadının heç bir müstəhəb və vacib əməli qəbul olunmaz.

İmam Sadiq (ə) buyurur: «Ərini incidib qəmləndirən qadın məlundur, məlun!»5

Qadının ərini incitdiyi yerlərdən biri də, onu qohumları ilə ünsiyyətdə olmaqdan məhrum etməsidir. O, bu vasitə ilə özünü də Allahın rəhmətindən məhrum edir.



Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin