Bismillahir rəhmanir rəhim



Yüklə 3,41 Mb.
səhifə1/20
tarix10.01.2022
ölçüsü3,41 Mb.
#109657
  1   2   3   4   5   6   7   8   9   ...   20

İRAN OĞLU NURƏDDİN


Seyid Nurəddin Afinin xatirələri



Kitabın adı:................... İran oğlu Nurəddin

Müəllif:...............................Məsumə Sepehri

Tərcümə edən:..............Zeynəb Hüseynzadə

Çap tarixi:...............................................2019

Çap növbəsi:.......................................Birinci

Tiraj:.......................................................1000

«Издательство Полипресс»

Тверь, Комсомольский проспект, дом 19.

Тел.: (4822) 55-18-77, 500-249,


ISBN 9-21-024519-7
Mündəricat


Ön söz 5

Birinci fəsil 9

Uşaqlıq çağının bağ küçələri 9

İkinci fəsil 20

Kürdüstan 20

Üçüncü fəsil 45

Mən sağ qalasıyam 45

*** 46


Dördüncü fəsil 61

İki qardaş, bir merac 61

*** 68

Beşinci fəsil 88



Yara üstünə yara 88

Altıncı fəsil 96

Xeybər Şəhidləri Düşərgəsi 96

Yeddinci fəsil 113

Zeyd gözətçi qülləsi 113

Səkkizinci fəsil 123

Müharibədə həyat 123

Doqquzuncu fəsil 153

Bədr Kərbəlası 153

Onuncu fəsil 213

Əbəlfəzl batalyonu 213

On birinci fəsil 241

Əlvida, Əmir 241

On ikinci fəsil 285

Duz fabriki 285

On üçüncü fəsil 312

Həbib dalğıcları 312

On dördüncü fəsil 340

Kərbəla-4 əməliyyatının yarası 340

On beşinci fəsil 368

Şələmçə mövqeyi 368

On altıncı fəsil 379

Sınıq-salxaq 379

On yeddinci fəsil 401

Göz yaşlarım tükənəndə 401

On səkkizinci fəsil 412

Bitməyən ağrılar 412



Ön söz


İlk dəfə Seyid Nurəddin Afi ilə Kürdüstandan əziz ölkəmizin cənubuna kimi başına gələn macəraları bizə danışdığı səsi ilə tanış olmuşam.

1995-ci il idi və mən Müqavimət Ədəbiyyatının Bədii Sahəsinin ofisi ilə yeni tanış olub döyüşçülərin xatirələrinin səs yazısını mətnə çevirirdim. Müxtəlif xatirələri yazdıqdan sonra, müharibə əlili Seyid Nurəddin Afi adlı bir döyüşçünün xatirələrini ehtiva edən təxminən iyirmi kaset mənə verildi. Bu kasetlər 1993-1994-cü illərdə Musa Qəyurun onunla qırx saatlıq müsahibəsinin yarısından ibarət idi.

Musa Qəyur Təbrizin tibb universitetində bir müddət Seyid Nurəddin Afi ilə əməkdaş olduğuna görə, ondan bəzi xatirələr eşitmiş və qərara gəlmişdi ki, onun müqəddəs müdafiə illərinə dair xatirələrini toplasın.

Hələ müsahibəyə razı olmasının ayrıca maraqlı macərası var ki, onu müsahibənin son dəqiqələrində vurğulayıb və kitabın son səhifələrində də qeyd edilib. Müsahibə kasetlərini kağız üzərinə köçürmək üçün təhvil aldıqda, bu xatirələri duymaqla böyük və möhtəşəm gözəlliyə sahib olan "müqəddəs müdafiə" ədəbiyyatı aləminə daxil olmağımı düşünməzdim.

Son hissənin mətnini ofisə təhvil verdikdə, ürəyim istəyirdi ki, 77 ay fədakarlıqla misli az olan mübarizə aparan o qəmli səs sahibini görüm, ya da kağıza köçürdüyüm əziyyətləri qarşısında, heç olmasa hörmət və təşəkkürümü ona bir məktubla çatdırım... Heç vaxt baş tutmayan istək və arzu...

Seyidin kasetlərini yazılı mətnə çevirdikdən sonra, Mehdiqulu Rzayi ağanın xatirələrini də mətnə çevirməyi mənə tapşırdılar. İşin son mərhələlərində mənə Rzayi ağanın xatirələrini kitaba çevirmək təklifini etdilər. Bu böyük yükü şövqlə öhdəmə götürdüm. Dörd il Rzayi ağanın misilsiz xatirələrini yaşadıqdan sonra, nəhayət 2005-ci ildə onun xatirə kitabı nəşr edildi və o mənim müharibə xatirələrini yazmaqda ilk təcrübəm idi.

Bu müddətdə eşitmişdim ki, Seyid Nurəddin Afinin xatirələrini kitaba çevirmək iki dəfə fərqli yazarlara tapşırılıb, lakin təəssüflər olsun ki, ikisi də bir müddət sonra üzr istəyərək işi geri qaytarıblar.

Seyid Nurəddin Afinin xatirələrini yazmaq, 2004-cü ilin yay fəslinin axırlarında mənə təklif edildi. O vaxtlar magistraturamın dissertasiyasının axırlarını yazmaqla məşğul idim. Müharibənin faktlarını ilk dəfə öz dilindən eşitdiyim əlilin xatirələrini yazmaq sevinci yenidən içimdə canlandı. Bu işə sevinərək səs qeydlərinin təxminən 700 səhifəlik mətnini 40 kasetlə alıb işə başladım.

Təbrizin tibb universitetində ilk dəfə Afi ağanın görüşünə nail olduqda, əvvəlcə işin uzanmasından narazılığını və ofisdəki işçilərə qarşı bədgüman olduğunu anladım. Bunlara baxmayaraq, ağa xatirələri tamamlamaq üçün harada lazım olsa onu görməyimə razılıq verdi.

İlkin müsahibələrdə uşaqlıq dövründən, ailə, inqilab ərəfəsindən, Kürdüstandakı döyüşlər və digər xırdalıqlar xatirələrdə qeydə alınmamış və bir çox şey unudulmuşdu. Nurəddin məni dəfələrlə iş yerində və evində qarşılayıb suallarımı mehribanlıqla cavablandırdı. İlkin müsahibədə təkrar və lazımsız təhlillərdən başqa heç nə silinmədi və üzərindən sürətlə keçdiyi məsələlərin xırdalıqlarını qeyd etmək üçün, bir çox görüşlərimiz oldu. Xatirələrin ardıcıllıqla sıralanması da bu görüşlərdə təyin olunurdu. Baxmayaraq ki, dəfələrlə, hətta ilkin müsahibədə danışdığı xatirələri unutduğu ilə qarşılaşdım. Zaman bir çox təfərrüatı unutdurmuşdu, lakin bəzi əzizlərin xatirələrini aydın şəkildə yadda saxlamışdı. Əmir Maralbaşın xatirə və şəhadəti onun üçün hələ də yeni idi və Bədr əməliyyatını danışdıqda hələ də səsi qəm-qüssədən titrəyirdi...

Daha çox məlumat əldə etmək üçün "31-ci Aşura" briqadasının döyüşçülərinin xatirə və şəkillərinə baxıb, bəzən də seyidin qonaqpərvər dostlarına üz tuturdum. Əziz qardaşlarım Əli Nəməki, Hacı Milani, İsmail Vəkilzadə və Fərəc Quluzadə təbəssümlə bizə yoldaşlıq edib Aşura briqadasının bu köhnə döyüşçüsünün xatirələrini mümkün dərəcədə kamil və nöqsanız olaraq köçürülməsinə dəstək oldular. Üzərində düşünüləsi məsələlərdən biri də budur ki, azəri dilli döyüşçülərin xatirələrini yazdıqda – xatirələrini azəricə danışan döyüşçülər – danışan şəxsin dediyi sözlərə mənası ən yaxın olan sözü tapmağa çalışmışıq.

Bu məsələ birinci dəfə müsahibəni yazıya çevirməkdə və azəricə olan müsahibəni farsca yazıya çevirməkdə olur və bu farsca olan müsahibəni yazıya çevirməkdən daha çətindir.

Müsahibəni yazıya çevirən şəxsin ədəbi baxımdan savadı nə qədər çox olsa, bir o qədər də yazı etibarlıdır. Əks halda, müsahibə kasetlərinə müraciət edərək yazının düz olmasından əminlik əldə edilməlidir.

Nurəddinin müsahibələrinin yarısını özüm yazıya çevirdiyimə görə, çevrilən hissələrdə fərqləri asanlıqla anlaya bilirdim.

Allaha şükür ki, Afi ağa ilə əlaqəm davamlı olduğu üçün, onun dil və danışıq tonunu anlamışdım və ravinin sözlərinə uyğun kəlmələri seçməkdə diqqətlə çalışırdım. Digər tərəfdən "Şəhadət aşiqləri" kitabını yazdığımdakı ilk təcrübəmə əsasən, – hansı ki, onun ravisi də azəri dilli döyüşçü idi – və o kitab haqqında, xüsusilə də Müqavimət Ədəbiyyatı Bədii Sahəsinin ofisinin, Sərhəngi və Kəməri kimi dəyərli ustadları ilə danışdığımdan, bu iki işin ravilərinin danışıqlarındakı fərqləri anladım. Bütün işi beş dəfədən artıq redaktə etdiyim müddətdə bu kəlmələrin arasından Seyid Nurəddin Afinin səsini oxucuların qulağına çatdırmağa çalışdım. Bir yandan da ravinin sadə dilli olmasını – əvvəllər üz və çənə hissələrindən yaralı olduğu üçün kəlmələri fərqli tələffüz edirdi və ona öyrəşməyim bir müddət vaxt aldı – əmanət kimi düşünür və bu yaralı səsi cümlələrdə elə canlandırırdım ki, onun hislərini oxuculara olduğu kimi çatdırım.

Lazım gəldikdə azəri sözlərini olduğu kimi yazıb, mənasını farsca səhifənin aşağısında qeyd edirdim.

Son mərhələlərdə xatirələr Seyidin cəbhə yoldaşı olan Fərəc Quluzadə və Mehdiqulu Rzayi tərəfindən oxundu və Seyidin təsdiqi ilə onların fikirlərinə də mətndə yer verildi.

Həmçinin general Mustafa Mövləvi (31-ci Aşura briqadasının komandir müavini) Aşura briqadasının əməliyyatları, xüsusilə də Bədr əməliyyatının coğrafi mövqeyi barədə diqqətəlayiq məsələlər qeyd etdi.

Müharibə jurnalisti və fotoqrafı olan Behzad Pərvinqoç ağa da Seyid Nurəddinin bir neçə şəklini arxivindən mənə tapdığı üçün bütün bu cənablara səmimi-qəlbdən təşəkkürümü bildirirəm.

Əlinizdə olan bu kitab bir döyüşçünün həyat hekayəsidir ki, döyüşün əvvəllərindəki bənzəri az olan yaralanmaları onun sağlamlığının yetmiş faizini əlindən aldı, amma 18 yaşlı Nurəddin, hətta bədəninin bütün görünüşünü dəyişən, başdan-ayağa elə həmin yaralı bədənlə, cihad meydanına qayıtmaqda bir an da olsa tərəddüd etmədi. Başına gələn hadisələrdə az diri qalanlardan olduğunu izah etməklə yanaşı, onun müharibədə o fiziki vəziyyətlə iştirak etməsi döyüşçülərimizin qeyrət və iradəsinin simvoludur. Onlar bütün varlıqları ilə müharibədə savaşıb imamlarının əmrinə əməl etməkdən bir an olsa belə, üz döndərmədilər. Artıq Seyid Nurəddin Afinin düşmənlə 77 ay şücaətli savaşının xatirələri, dörd ildən sonra sona çatıb. Bu dərin mənalı sözü qəbul edək ki, hər əsgərin müharibəsi xatirələrini yazmaqla tamamlanır. İndi isə bir döyüşçünün xatirələri tamamlanır. Hansı ki, gəncliyi və təravəti ilə müharibə məntəqələrinə getdi və ömürlük yaralarla şəhərinə qayıtdı. Hələ də kimyəvi qazların təsiri ilə çənəsinə dəyən qəlpənin ağlasığmaz ağrısı və müalicəsi olmayan göz yaşı ilə yanaşı çirk Nurəddin Afinin gözlərindən axır. Və bunlar (istənilən döyüşçü kimi) hər bir dostun şəhadət xatirəsinin vurduğu yaraların üstünə artan yaralardır.

Sonda Nurəddinin hörmətli ailəsinə, xüsusilə də həyat yoldaşı Əşrəfi xanıma sonsuz təşəkkürümü bildirirəm. O və onun kimi xanımların böyük və inqilabi seçimi haqda kitablar yazılmalıdır. Həmçinin bir zaman Seyidin dalğıc qrupunda olan, həyat yoldaşım doktor Əyyub Nəsiroğluna minnətdaram ki, onun köməyi sayəsində bu xeyirli işlər davam edir. Sonuncu təşəkkürümü isə, uşaqlıq illərinin böyük hissəsi bu xatirələrlə birlikdə keçən əziz oğlum Məhəmməd Əminədir.

Ümid edirik ki, bu səylər nəticəsində qəhrəmanlar diyarı olan Azərbaycandan əziz ölkəmiz İranı qorumaqda şücaətli oğulların xatirəsi tarixin sirli sinəsində yaşasın.


Məsumə Sepehri, 2010-cu il, oktyabr ayı, Təbriz.


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin