Bəxtiyar Tuncay
MURAD GƏRAY XANIN YARLIQLARI
I Səlim Gəray Xanın birinci xanlıq dövründən sonra Uluq Ordanın (Turanın) uluq xanı (xanlar xanı // xaqanı) seçilən və hakimiyyəti İslam xəlifəsi tərəfindən təsdiq edilən Murad Gəray (مراد كراى) Xan (1627-1696) tarixə Osmanlı dövləti ilə Moskva çarlığı arasında sülh sazişinin imzalanmasının təşəbbüskarı kimi düşmüşdür. O, Salamat Gəray Xanın nəvəsi, nurəddin Mübarək Gəray Sultanın oğlu idi.
IV Mühəmməd Gəray Xan (1659-1663) zamanında nurəddin təyin edilmiş, fəqət bu vəzifəni bir müddət icra etmiş, I Səlim Gəray Xan hakimiyyətə gəldikdən sonra Osmanlı ərazisinə gedərək, orada yaşamağa məcbur olmuş, 1678-ci ildə onun yerinə xan seçilmişdi. O, hakimiyyətə gələr-gəlməz, Toxtamış Gərayı kalğa, oğlu Səfa Gərayı nurəddin təyin etdi və dərhal da islahatlara başladı.
İslahatlar içərisində məhkəmə islahatı da vardı. Murad Gəray Xana qədər Uluq Ordanın, o cümlədən Kırımın şəriət məhkəmələri İslam xəlifədi tərəfindən təyin edilən müftiyə tabe idi. Yeni xan bu məhkəmələrin əvəzinə Çingiz Xan dövründə mövcud olmuş və onun yasalaraı əsasında fəaliyyət göstərən Törə məhkəmələrini bərqəra etdi və onları özünün təyin etdiyi törəbaşına tabe etdi. Bu islahat ölkədə bəzi bəylər tərəfindən alqışlansa da, Osmanlı sultanının, yəni İslam xəlifəsinin, eləcə də din xadimlərinin narazılığına səbəb oldu. Elə bu da onun tez zamanda hakimiyyətini itirməsinə səbəb oldu. Onun yerinə taxta II Hacı Gəray Xan oturdu.
1683-cü ildə xanlıq taxt-tacını təhvil verən Murad Gəray Xan Rumeloyə köçdeü və ömrünün son 13 ilini Yanbolu yaxınlığındakı Sarac Eli kəndində keçirtdi, orada da vəfat etdi və dəfn edildi.
Murad Gəray Xandan dövrümüzədək 12 yarlıq yetişib. Bunlardan biri Knyaz Xasbulata, altısı Moskva çarı Fyodor Alekseyeviçə, üçü sonrakı çarlar, daha doğrusu knyazlar, Moskvanı birgə idarə edən V İohan Alekseteviç və I Pyotra, biri Barabaş getmanı Popoviçə və biri Potkalı kazaklarının getmanına ünvanlanıb.
Murad Gəray Xanın knyaz Xasbulata göndərdiyi tarixi bilinməyən yarlıq onun elmə məlum olan birinci yarlığıdır. Sənəd Hüseyn Fеуzxanovun arxivində “№ 241” şifrəsi altında qeydə alınıb.
Dostları ilə paylaş: |