DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 0,98 Mb.
səhifə8/10
tarix21.10.2017
ölçüsü0,98 Mb.
1   2   3   4   5   6   7   8   9   10
    Bu səhifədəki naviqasiya:
  • Fəsil

Fəsil

Babüləbvab Dərbənd şühədalarının məxsus ziyarətlərin bəyanındadır.

Əvvəl Sultan Pirəli Dəməşqinin ruhuna iki rükət namaz qıla. Təbarək surəsin oxuya. Qiyamət günü şəfi ola.

Ondan şühədayi-salihinə gələ. İki rükət namaz qıla. Əs-Safat surəsin oxuya.

Ondan Sultan Müjriyə gələ. İki rükət namaz qıla və Əmm surəsin oxuya.

Ondan Abi-eynə gələ. Yenidən dəstəmaz ala və səngi-əzim üstündə iki rükət namaz qıla. Dəxi üzünü dəryaya çevirə yeddi kərrə təkbir deyə. Ondan sonra karvansaraya yeddi daş buraxa.

Ondan Pirməhəmməd xarkeşə gələ, dua eləyə. Ondan Dəvə qorxunjaya gələ. İki rükət namaz qıla. Hələta surəsin oxuya.

Ondan Eynəli və Zeynəliyə gəlib iki rükət namaz qıla. Həəta surəsin oxuya.

Ondan Kəbəyi-kiçiyə gələ. İki rükət namaz qıla. İnna fətəhna surəsin oxuya.

Ondan Fərzəndani-Həmzəyə gələ. Dua eləyə.

Ondan Xajə yəzdanbəxş Ərdəbiliyə gələ, dua eləyə.

Ondan Sultan pirdavuda gələ, iki rükət namaz qıla və təsbih və təhlil edə.

Ondan Bağdad xəlifəsinin oğlanlara gələ, dua eləyə.

Ondan Qırx qızlara gələ, iki rükət namaz qıla və Təbarək surəsin oxuya və zikri-təsbih edə.

Ondan Şeyx Xorasana gələ, iki rükət namaz qıla və Ən-naziat surəsin oxuya. Savabın keçənlərə bağışlaya.

Ondan Babi-Çingahda qarılar məsjidinə gələ, iki rükət na­maz qıla, Təbarək surəsin oxuya. Savabın qarılara bağışlaya.

Ondan Sultan Pirfərəjə gələ, iki rükət namaz qıla, sənalar edib, ziyarətin təmam edə.

Fəsil

Dərbəndə mütəəlliq olan əmalında əlamət və asari-qəribələ­rinin bəyanındadır.


Dərbənd şəhərində Çarçıqanı deməklə mövsum məhəllədə Xanbulağının qabağında bir meydanda təhti-zəmində təraş Daş ilə yapılmış bir su anbarı vardır. Həmin su anbarı tarixi-hijrəti-nəbəvinin min iyiri səkkizində Şah Abbasi-sari fərmanı ilə bina olunmuşdur. Bu mənaya kim, şəhərin nagəhan düşmən hüjumu nətijəsində mühasirədə qalmağı vüqua yetsə, o anbarı su ilə dol­durub müdara və kifayət edələr ta ki, su jəhətdən üsrət və tənglik çəkməyələr.

Dərbəndin yeniqapı deməklə məruf qapının qabağında və şə­hərdən xarijdə bir su quyusu vardır, nə zamanda təmir olun­ma­ğı naməlumdur.

Yenə Dərbəndin aşağı hissəsində Dübaru deməklə məruf yer­də qədimdə imarətlər olduğu bilmüayinə mülahizə və müşahidə olunur.

Əvvala tarixi-hijrətin min yüz altmış beşinji sənəsində Kmfsə üçün Dübaruda binanı Kazan vaxtında yer altında qızıl kərpij ilə yapılmış bir imarət zahir oldu ki, nərdibanlar və hövuz və su qınarları asarından hamam olduğuna qayətlə ehtimal var­dır. Neçə dənə qara pul Əbdülməlik Mərvan sikkəsi ilə mövjud olunmuşdur.

Dərbənd əmalında şimal tərəfdə tərakimə mahalında dərya kə­narında isti su vardır ki, yerdən xüruj edir. Bəzi əmraza nafe­dir.

Yenə tərakimə mahalında duzlaqlar vardır ki, hər ildə bir dəfə jəmiyyət ittifaq ilə gəlib oradan duz aparırlar.

Yenə tərakimə mahalında neft quyuları vardır. Neft hasil olur.

Yenə Sərhəd mahalında Daş kömür mədəni vardır.

Yenə Dərbəndin qiblə tərəfində duzlaqlar vardır ki, tamam Dərbəndə və mütəəlliq olan əmala kifayət miqdarı bilizafə nəmək hasil olur.

Yenə jənub tərəfdə Tabasaranda Gerçaq kəndində barıt şora­sı vardır.

Nituq kəndində bir hündur və əzim və uja qaya vardır ki, elə hündur Dağıstanda heç yerdə ol ujalıqda qaya yoxdur. Arasından çay axar. Ol qayanın aşağıdan yuxarıya hündürlüyü Allahın qüdrətindən elə minval qəribə üzrə ijad olunmuşdur kim, nə yu­xarıdan aşağıya kəndir və kəmənd mübaşirəti ilə sallanıb qayaya dəstbürd olmağa surəti-imkanı və nə aşağadan yuxarı nərdiban və sair əsbabi-müavinətlə qayaya rəsidə olmağa təriqi-əlajı vardır. Belə olmaq ilə belə ol qayanın anjaq dəstbürdi mütəəzziz olduğu yerlərdə qayət fərtü kəsrət üzrə ağajdan mıxlar, buynuz və üstüxanlar qaxılmış kim, insan ağlı heyrandır. Hərçənd ola bilməz ki, onda süud etməkliq dairəyi-taqəti-bəşə­riy­yətdən qətiy­yən xarij olsun. Lakin o mıxların hər birisinin onda qaxılması nəhayət üsrət birlə hasil olduğu təriq ol çoxlu mıxların onda qaxılması zamani-qədimdə bir səbəbdən xali ol­ma­mışdır.

O kənd qayətlə qədim kənd olmaqlığı birlə təvatür ilə aba və əjdaddan içində bazar və gərmabəsi olması əsər və əlamətləri müşahidə olunur. Minarəsi hənuz da bağıdir.

O qayanın arasından baş yuxarı getdikdə sağ əldəki qayanın uja yerində dəxi bir öyulmuş Daş ilə bina olunmuş bir mağara misallı nəsnə olub. Şimdi münhədim və divarının əlaməti nüma­yandır.

Dəxi məxfi qalmaya kim, yuxarıda vəsf olunmuş mıxlar jüm­ləsindən bir mıx da bir qulaj tulunda kəndir avixtə olunub dururdu ki, alijah general Feyz rəisi-jünudi-Dağıstan olduğu za­manda o yerin tamaşasına gəlib müşahidə etdikdə kəndiri tüfəng ilə düşürüb aparmışdır. Bu qayaya Dəhar deyilir.

Bu qayanın nəziri dəxi o kəndin jüvarında olan Zəzik nam kəndində vardır ki, arasından çay axar. Onda bu qism əla­mət­lər­dən bir nəsnə yoxdur.

Yenə Tabasaranda nitriq mahalında Kox kəndində yer altında bir qaya vardır ki, ondan su dammar. Su damjıları yerə düşməsi birlə buz olur. Bu əmr yay fəslində də baş verər. Beləki nə qədər havanın istiliyi şiddət eləsə, buzun kəsrətinə bais olur. Lakin qışda buzdan bir əlamət bülahizə olunmaz.

Yenə Kürə əmalında Tirkan kəndinin yaxınlığında Daş kö­mür mədəni vardır.

Arkit kəndinin qarşısında dağ yanında qayət ağ və saf gəj vardır.

Yenə də Kürədə isti su vardır ki, yerdən hijan olunur.

Yenə Samur mahalında o axtı kəndindən yuxarı çay kəna­rın­da isti su vardır ki, bəzi azara nafedir.

Qeytanın yuxarı hissəsində Kubçi tayfası ziraət və kişa­vərz­lik ilə heç vəjh ilə əlaqələri yoxdur. Bilmərrə əkinçilik şüğlünə mübaşirətləri yoxdur. Məgəə ünasları şalbaftlıq edirlər. Beləki hər növ qəbavari otuz manat qiymətinə şal toxuyurlar. Kişiləri on iki yaşından tutmuş yüz yaşına yetənədək jümlətən hirfə və müx­təlif sənaye sahibləri olub, qızıl və gümüş işində qayətlə ma­hir və silah növləri qayırmaqda üstadi-bahirdirlər. Hər il payız fəslindən müxtəlif şəhərlərə gedib baharın sonunda nağd pul və mallar ilə vətənlərinə mürajiət edirlər. Bu səbəbə görə jüvarında olan mahal əhalisi xəraj altında olmaları ilə bunlar Rusiya döv­lətlərinin xəzinəsinə xəraj verirlər.

Bunlardan əlavə onların lisanı Dağıstanda olan müxtəlif dil­lərin jümləsindən masəvadır. Hətta jüvarlarında vaqe olan kənd­lər əhalisi daim ül-övqat onlar ilə tərəddüd və ülfətləri olmaq ilə belə onların dilini başa düşməkdə ajizdirlər. Bunlar isə müxtəlif dillərin təkəllümündə kamildirlər. Ol kənddə bir qədim olan dörd mərtəbə uja imarət vardır ki, iri daşdan tikilmiş və divarlarının hər bir daşında insan və mələk surətindən tutub jürəbəjürə yır­tıjı, dərəndə, qürrəndə, çərəndə, pərəndə, gəzəndə heyvanların surəti vardır. Həmin surətlər yonulmuş surətdə nəqş olunubdur.




DƏRBƏNDNAMƏ


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə