“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci IL 20 noyabr tarixli 470-ivqd nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci 19 dekabr



Yüklə 27,15 Kb.
tarix22.10.2017
ölçüsü27,15 Kb.

İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün iddia sənədinə daxil

olan material və sənədlərin forma və məzmununa dair
TƏLİMAT
1. Ümumi müddəalar

1.1. Bu Təlimat “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa və “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 16 noyabr tarixli 814 nömrəli Fərmanının və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 511-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 2616 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 mart tarixli 36 nömrəli qərarına uyğun olaraq hazırlanmışdır.

Bu Təlimat inteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün iddia sənədinə daxil olan material və sənədlərin forma və məzmununa dair qaydaları müəyyən edir.

1.2. Topologiya onun qorunduğu müddətdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində (bundan sonra, bu mətndə “Agentlik”) könüllü olaraq dövlət qeydiyyatından keçirilə bilər.

1.3. Hüquqi qorunma orijinal topologiyalara şamil olunur və Agentlik yalnız orijinal topologiyaları qeydiyyatdan keçirir.
2. Topologiyanın qeydiyyatı üçün iddia sənədinə daxil olan material və sənədlərin forma və məzmununa dair tələblər

2.1. Topologiyanın dövlət qeydiyyatı üçün iddia sənədi-topologiyanın qeydiyyatı barədə müvafiq sənədlər toplusudur.

2.2. İddia sənədinə aşağıdakılar daxildir:

- ərizə;


-inteqral sxem topologiyasını eyniləşdirən materialların ifadə formasından biri (rəsm, çertyoj, foto, topologiyanın özü referatla birlikdə). Qeydiyyat üçün sifariş elektron qaydada verildikdə topologiyanı eyniləşdirən materialların ifadə forması skan edilmiş şəkildə Agentliyin saytında yerləşdirilmiş elektron xidmət bölməsinə göndərilir;

- dövlət rüsumunun ödənilməsi barədə sənəd;

- iddia sənədi təmsilçi tərəfindən təqdim edildiyi halda, qanunvericiliklə müəyyən edilmiş qaydada onun səlahiyyətini təsdiq edən sənəd.

2.3. İddia sənədinə başqa dildə sənəd qoşulduqda, həmin sənədin Azərbaycan dilinə tərcümə olunmuş və müvafiq qaydada təsdiqlənmiş variantı da əlavə edilməlidir.

2.4. Topologiyanın müəllifi, topologiyaya müstəsna hüquq sahibi, yaxud onların nümayəndələri (Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri olan hüquq sahibləri; topologiyanın hüquq sahibləri olan və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrə əsasən başqa dövlətlərin fiziki və hüquqi şəxsləri; bu bənddə göstərilən şəxslərin varisləri, müqavilə ilə müstəsna əmlak hüququnu almış şəxslər və ya onların rəsmi nümayəndələri) topologiyanı qeydiyyatdan keçirə bilərlər.

2.5. İnteqral sxem topologiyalarının qeydiyyatı üçün bu Qaydalara əlavədə göstərilən və topologiyanın qeydiyyatına aid olan bütün zəruri məlumatları özündə əks etdirən ərizə forması doldurulmalıdır.

Əgər hər hansı məlumatı “Ərizə”nin müvafiq qrafasında yerləşdirmək mümkün deyildirsə, onda bu məlumatlar həmin forma üzrə ərizənin müvafiq qrafalarında “bax, əlavə vərəqdə” sözləri qeyd olunmaqla əlavə vərəqdə yerləşdirilir.

2.6. “Ərizə” sözünün üstündə yerləşən qrafalar sənəd Agentliyə daxil olandan sonra rekvizitlərin qeyd edilməsi üçün nəzərdə tutulmuşdur və Agentlik tərəfindən doldurulur.

2.7. Ərizənin “İnteqral sxem topologiyasının adı” qrafasında ərizəyə qoşulmuş topologiyanı eyniləşdirən sənədlərə uyğun olaraq onun tam və dəqiq adı göstərilir.

2.8. “Müstəsna hüquq sahibi” qrafasında hüquq sahibinin adı (fiziki şəxs olduğu halda soyadı, adı və atasının adı), ünvanı və digər zəruri rekvizitlər tam göstərilməlidir. Hüquq sahibi topologiyanın müəllifi olmadığı təqdirdə, hüquqların tam keçməsi haqqında sənədin adı, nömrəsi, tarixi və onu təsdiq edən təşkilat haqqında məlumat verilməlidir.

2.9. “Müəllif(lər)” qrafasında müəllif(lər)in soyadı, adı və atasının adı, doğulduğu il, ünvanı, iş yeri və s. göstərilməlidir.

Əgər müəlliflər bir neçə nəfərdirsə, onların hər biri haqqında məlumatlar göstərilməlidir.

2.10. “Yazışma üçün ünvan” qrafasında iddiaçının ünvanı, soyadı, adı, atasının adı, telefon və faks nömrələri, elektron ünvanı (əgər varsa) göstərilir (Müəllif müstəsna hüquq sahibi olmadığı halda, onun rekvizitləri ayrıca göstərilir).

2.11. “Əgər topologiyadan istifadə edilibsə, istifadə olunduğu ilk tarix və yer” qrafasında topologiyanın, yaxud bu topologiyaya əsaslanan inteqral sxemin ilkin istifadə tarixi (gün, ay, il), qeydiyyata alındığı tarix (gün, ay, il) və təsərrüfat dövriyyəsinə buraxıldığı ölkənin adı göstərilir.

Topologiyadan istifadəyə müstəsna hüququn fəaliyyət müddətinin başlanğıcı Təlimatın bu hissəsində göstərilən tarixlərdən ən əvvəlincisi ilə müəyyən olunur.

2.12. “Ərizəyə qoşulan topologiyanı eyniləşdirən və depozitə götürülən materiallar (rəsm, çertyoj, foto, inteqral sxem özü referatla birlikdə)” qrafasında ərizəçi tərəfindən qeydiyyat üçün təqdim edilən topologiyanın forması göstərilir.

2.13. “Ərizəyə əlavə edilən sənədlər” qrafası müvafiq xanalarda “X” işarəsi qoyulmaqla doldurulur.

2.14. İki və daha artıq iddiaçı tərəfindən qeydiyyat üçün sənəd təqdim edilərkən, ərizə blankı onların hər biri tərəfindən imzalanır, yazışma isə onların vəkil etdikləri şəxslə ərizənin mövcud qrafasında göstərilən ünvanla aparılır.

Ərizə hüquqi şəxsin adından təqdim edilərkən, soyadı, adı, vəzifəsi göstərilməklə təşkilatın rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiqlənir.

2.15. Qeydiyyat üçün topologiyanı eyniləşdirən ifadə formasından (rəsm, çertyoj, foto və yaxud inteqral sxem topologiyasının özü referatla birlikdə) biri təqdim olunmalıdır. Həmin ifadə formaları rəsm və ya çertyojdursa, bu forma A4 formatlı albom vərəqində əks olunmalı, fotolar isə 9x12 ölçülü və rəngli olmalıdır. Topologiyanın özü onun müfəssəl elmi izahı verilmiş 1-2 səhifəlik referatla birlikdə təqdim edilməlidir. Referatın hər bir səhifəsi 1,5 intervalla “14 ölçülü” 28 sətirdən ibarət olmalıdır.


Qeyd: İnteqral sxem topologiyalarının elektron qaydada qeydiyyatı ilə bağlı prosedurlar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 2012-ci il 14 iyun tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı üzrə inzibati reqlament”inə uyğun olaraq həyata keçirilir.






“İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün iddia sənədinə daxil olan material və sənədlərin forma və məzmununa dair Təlimat”a
Əlavə

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi


Ünvan:

Sənədlərin təqdim edilmə tarixi

Daxilolma nömrəsi

Qeydiyyat tarixi











İnteqral sxem topologiyalarının Dövlət qeydiyyatı üçün

ƏRİZƏ

Aşağıda sadalanan sənədləri təqdim edərək inteqral sxem topologiyasının qeydiyyata alınmasını xahiş edirəm.



1. İnteqral sxem topologiyasının adı




2. Müstəsna hüquq sahibi (tam məlumatlar göstərilir)






3. Müəllif(lər) (tam məlumatlar göstərilir)









4. Yazışma üçün ünvan

5. Əgər topologiyadan istifadə edilibsə, istifadə olunduğu ilk tarix və yer









6. Qeydiyyat üçün ödəniş haqqında sənəd

7. Ərizəyə qoşulan topologiyanı eyniləşdirən və depozitə götürülən materiallar: (rəsm, çertyoj, foto, inteqral sxem referatla birlikdə)




8. Ərizəyə əlavə edilən sənədlər (“X” işarəsi ilə qeyd edilməli):

8.1. müstəsna hüquqların sahibi olduğunu təsdiqləyən sənədin surəti

8.2. nümayəndənin adına etibarnamə



8.3. Azərbaycan dilinə tərcümə edilmiş sənədin adı

9. Mən topologiyaya müstəsna hüququn sahibi (soyadı, adı və atasının adı)







bununla təminat verirəm ki, ərizədə göstərilən məlumatlar düzgündür və depozitə götürülmək üçün təqdim olunan materiallara uyğundur.


İmza
“ ” 20 ___ -il



Yüklə 27,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə