Əməliyyat sistemləri haqqındaqısa xülasə



Yüklə 22,74 Kb.
tarix22.10.2017
ölçüsü22,74 Kb.
#9956
növüXülasə

Əməliyyat sistemləri haqqındaqısa xülasə


Əməliyyatlar sistemi hər bir kompyuter üçün zəruri olan, onun informasiya, proqram və aparat təminatını idarə edən, istifadəçi ilə kompyuter arasında dialoqu təmin edən proqramlar kompleksindən ibarətdir. Əməliyyatlar sistemi adətən xarici yaddaş qurğusunda saxlanılır və kompyuter elektrik dövriyyəsinə qoşulduqda operativ yaddaşa yüklənərək, məsələnin həlli üçün tələb olunan fiziki və məntiqi ehtiyatlar1 ayırır və istifadəçiyə rahat və sadə işçi interfeysi təklif edir.

Xarici yaddaş qurğusu olmadığından ilk fərdi kompyuterlər əməliyyatlar sisteminə malik olmamışlar. Yalnız bu qurğular yaradıldıqdan sonra faylların idarə olunması üçün

əməliyyatlar sisteminin yaranması zərurəti yaranmışdır. Qeyd edək ki, fərdi kompyuterlər üçün ilk əməliyyatlar sistemi Harri Kilde 2 tərəfindən yaradılan CP/M (Control Program/Microcomputer) əməliyyatlar sistemi hesab olunur.

IBM PC tipli kompyuterlər 1982-ci ildən 1995-ci ilə qədər əsasən MS-DOS (Microsoft Discs Operating System) 3, PC DOS4 , sonradan isə Windows seriyasında olan Windows-95/98/2000/XP , Windows Vista, UNIX, OS/2, Linux əməliyyatlar sistemindən istifadə edilir. Apple PC kompyuterləri isə Macintosh əməliyyatlar sistemindən istifadə edir.

Kompyuterlərdə müxtəlif arxitekturalı və funksional imkanlı əməliyyatlar sistemlərindən istifadə olunur. Əməliyyatlar sisteminin normal iş rejimi müvafiq

konfiqurasiyalı aparat təminatı olduqda təmin olunur. Məsələn, maynfreymlərdə və fərdi kompyuterlərdə fərqli əməliyyatlar sistemləri istifadə olunur. Əməliyyatlar sistemində əməliyyatların yerinə yetirilməsi sürəti kompyuterin operativ yaddaşından və istifadə etdiyi prosessordan asılıdır. Bu baxımdan, əməliyyatlar sisteminin istifadə etdiyi prosessorun tərtibinə görə təsnifatını vermək olar. Fərdi kompyuterlərdə 16,

32, 64 -tərtibli əməliyyatlar sistemlərindən istifadə olunur. Məsələn, İBM tipli kompyuterlərdə istifadə olunan MS-DOS, PC-DOS, FreeDOS əməliyyatlar sistemləri 16 tərtibli, Windows 2000 sistemi 32 tərtibli, Windows XP 64 Bit Editon

sistemi 64 tərtibli əməliyyatlar sistemidir.


1Fiziki ehtiyatlara kompyuterin qurğuları və perferiya qurğuları, məntiqi

ehtiyatlara isə proqramlar, fayllar və s. aiddir.

2Sonradan o, Digital Research kompaniyasını yaratmışdır.

3Bu 15 ildə o, MS-DOS 1.0 versiyasından MS-DOS 6.22-yə böyük təkamül

yolu keçmişdir.

4PC DOS əməliyyatlar sistemini IBM və DR DOS firmaları birgə tərtib

etmişdir.
8.MS DOS əməliyyat sistemi

MS DOS əməliyyat sistemi 1981 – ci ildə Microsoft firması tərəfindən İBM firmasının sifarişi ilə İBM PC kompyuterləri üçün yaradılmışdır. Windows əməliyyat sistemi yaradılana qədər İBM firmasının istehsal etdiyi kompyuterlərdə bu əməliyyat sistemindən istifadə edilmişdir.

Maqnit disklərdə adla saxlanılan informasiya fayl adlanır. Hər bir fayl bir - birindən nöqtə ilə ayrılan iki hissədən: - faylın əsas adından və fayl adının genişləndirilməsindən ibarətdir(fayl adının genişləndirilməsinə faylın tipi də deyilir). MS DOS əməliyyat sistemində fayl adında maksimum səkkiz simvol, genişləndirilməsi isə maksimum üç simvoldan ibarət ola bilər(Məsələn; telebe.doc fayl adında “telebe” – faylın əsas adı, “.doc” isə fayl adının genişləndirilməsidir). Fayl adının genişləndirilməsi fayldakı informasiyanın xarakteri haqqında məlumat verir. Bəzi fayl adının genişləndirilmələrini qeyd edək:

.bas – beyzik dilində olan proqramlar;

.pas – paskal dilində olan proqramlar;

.cC dilində olan proqramlar;

.for – fortran dilində olan proqramlar;

.ams – assembler dilində olan proqramlar;

.com/.exeicra olunan, yəni yerinə yetirilə bilən fayllar;

.bat - əmr faylları;

.txt – mətn faylları;

.doc – Word faylları;

.xls – Excel faylları;

.mdb – Access faylları;

.ppt/.pps - PowerPoint –faylları;

.bmp/.jpg/.pdf/.gif/.png/.jpeg/.swf - şəkil faylları;

.wav/.mp2/.aac/.mp3/.mp4/.avi - multimedia faylları;

MS DOS əməliyyat sistemi yükləndikdən sonra ekrana A:\ və ya C:\ şəklində dəvət verir. Məsələn; “C” diskovodunda “magistr” kataloqunun “telebe” alt kataloquna keçmək üçün ekranda c:\magistr\telebe əmrini yığıb Enter düyməsini sıxmaq lazımdır(kataloq – yəni, qovluq).



MS DOS əməliyyat sistemində kataloq və fayllarla işləmək üçün aşağıdakı əmrlərdən istifadə olunur.

md (diskovod): yol – yeni kataloq yaratmaq üçün istifadə olunur. Məsələn; md sened əmri cari kataloqda “sened” adında alt kataloq yaradır(cari kataloq – yəni cari anda istifadə olunan kataloq). md a:\ sened əmri isə A diskovodunda “sened” adlı alt kataloq yaradır.

rd (diskovod): yol – kataloqu silmək üçün bu əmrdən istifadə olunur. Məsələn; rd a1 əmri cari kataloqdakı “a1” alt kataloqunu silir (pozur). rd a :\ a1 əmri isə A diskovodundakı “a1” adlı alt kataloqu silir.

move faylın_adı faylın_göndərildiyi_ünvan - əmri adı qeyd olunan faylı qeyd olunan ünvana daşımaq(göndərmək) üçündür. Məsələn; move a1 c:\b1.doc əmri cari kataloqdakı “a1.doc” faylını “C” diskovodunun (diskinin) “b1” alt kataloquna göndərir.

move kataloqun_adı kataloqun_yeni_adı – cari kataloqun adını dəyişmək üçün istifadə olunur. Məsələn; move document sened - əmri cari “document” kataloqunun adı “sened” - ə dəyişdirilir.

cd (diskovod): yol – cari diskovodu dəyişdirmək üçün istifadə olunur. Məsələn; cd d:\ ali əmri cari kataloqu dəyişdirir və d:\ ali kataloqunu cari kataloqa çevirir.

dir (diskovod): yol – kataloqun tərkibini nəzərdən keçirmək üçün istifadə olunur. Məsələn; dir d:\ ali\document əmrindən “D” diskovodunun “ali” kataloqunun “document” alt kataloqundakı alt kataloq və fayllar haqqında məlumat almaq üçün istifadə etmək olar.

cd .. – cari diskovodda əvvəlki kataloqa keçmək üçün istifadə olunur.

cd\ - birbaşa başlanğıc kataloqa keçmək üçün istifadə olunur.

copy con faylın_adı– yeni mətn faylı yaratmaq üçün istifadə olunur. Faylın mətni daxil edilir, hər sətrin sonunda Enter düyməsi basılır, souncu sətrdən sonra əvvəlcə F6, sonra isə Enter düyməsi basılır. Bundan sonra adı qeyd olunan fayl cari diskə yazılacaqdır.

del faylın adı – cari kataloqda adı qeyd olunan faylı silir. Məsələn; del sened.doc əmri cari kataloqdakı “sened.doc” adlı faylı silir.

ren faylın_əvvəlki_adı faylın_yeni_adı – cari kataloqdakı qeyd olunan faylın adını dəyişir. Məsələn; ren ali.doc ahmed.doc əmri cari kataloqdakı “ali.doc” fayl adını “ahmed.doc” fayl adı ilə əvəz edir.

copy fayl_adı1 fayl_adı2 – faylın surətinin(kopiyasının) alıması üçün istifadə olunur. Məsələn; copy ali.doc aziz.txt əmri “ali.doc” faylının surətini “aziz.txt” adı ilə cari kataloqda saxlayır.

date – tarixi müəyyənləşdirmək və ya tarixi dəyişdirmək üçün istifadə olunur.

time – zaman haqqında məlumat almaq və ya onu dəyişdirmək üçün istifadə olunur.

type fayl_adı – mətn fayllarını ekrana çıxarılması üçün istifadə olunur. Məsələn; type ali.txt əmri cari kataloqdakı “ali.txt” faylını ekrana çıxarır.

copy faylın_adı prn əmrindən cari kataloqdakı adı qeyd olunan faylı çap etmək üçün istifadə olunur. Məsələn; copy c:\document\magistr.doc əmri “C” diskovodunun “document” kataloqunun “magistr.doc” faylını çapa verir.

cls – ekranı təmizləmək üçün istifadə olunur.

format – diski formatlaşdırmaq üçün istifadə olunur.

find – axtarılan faylı tez tapmaq üçün istifadə olunur.

Sonda onu da qeyd edək ki, hər hansı bir əmri klaviaturadan yığdıqdan sonra əmrin icra olunması üçün Enter düyməsini sıxmaq lazımdır.



Qeyd1. Bir kataloqda istənilən sayda kataloq yerləşdirmək olar.

Qeyd2. Bir kataloqda istənilən sayda fayl yerləşdirmək olar.

Qeyd3. Eyni adlı iki faylı bir kataloqda yerləşdirmək olmaz. Amma, müxtəlif kataloqlarda yerləşdirmək olar.

Qeyd4. Fayla tam yol dedikdə bir – birindən “\” (sleş) işarəsi ilə ayrılan kataloqlar ardıcıllığı başa düşülür. Məsələn; “C” diskindəki “sened” kataloqundakı “magistr” alt kataloqunun “telebe.doc” faylının tam yolu belə göstərilir: c:\sened\magistr\telebe.doc.


Yüklə 22,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin