İmtahan bileti Tədqiqat mövzusunun əlamətləri(yaxşı)



Yüklə 32,38 Kb.
tarix01.01.2022
ölçüsü32,38 Kb.
#107392
7 SAYLI İMTAHAN BİLETİ


7 SAYLI İMTAHAN BİLETİ

1. Tədqiqat mövzusunun əlamətləri(yaxşı).

Elm dünya haqqında obyektiv, əsaslandırılmış və sistemli təşkil edilmiş biliklərin əldə edilməsinə istiqamətlənən dərketmə fəaliyyətinin xsusi növüdür. Başqa sözlə desək, elm bəzəri mədəniyyətin komponenti və cəmiyyət, texnologiya və təbiət haqqında yeni elmi biliklərin axtarılmasına və əldə edilməsinə istiqamətlənən fəaliyyət növüdür.

Elmi tədqiqat elmin sahələrində yeni biliklərin əldə edilməsi prosesidir. Yeni elmi biliklər elmi tədqiqatın nəticəsidir (məhsuludur). Sosial institut (elm və cəmiyyət). Fəliyyət sferası (peşə). Elmi biliklərin predmet (mövzu) - struktur tipologiyasını aşağıdakı kimi vermək olar.

-problemlər haqqında biliklər, Problem həll edilməsi üsulları məlum olmayan yaxud tam məlum olmayan mürəkkəb nəzəri və praktiki vəzifədir. Problem - sual çavabı tədqiqatın gedişində işlənib hazırlanan nəzəriyyədir. Problemin mənbəyi həm təcrübədə, həm də elmin öz daxilində yaranan problemli vəziyyətdir. Elmi metod vasitəsilə bir necə elmi vəzifələr həll edilən fəaliyyət üsuludur.

-metodlar haqqında biliklər, Metod müəyyən vasitələrdən istifadə etməklə həyata keçirilən və müəyyən prinsiplərlə tənzimlənən fəaliyyət sxemini və strukturunu verir.

-obyektlər yaxud mpvzular haqqında biliklər. Biliyin predmeti müxtəlif tipli obyektlər ola bilər. Bunlara real, abstrakt və ideallaşdırılmış obyektlər aid edilə bilər.

Qeyd etdiyimiz kimi elmi tədqiqatın funksiyası elmin sahələrində yeni bilikləri əldə etməkdir. Bu aşağıdakıların vasitəsilə yerinə yetirilir:

-təsvir etmə (qeydiyyat, sistemləşdirmə),

-izahetmə (başa düşmıə),

-əsaslandırma,

-qabağı görmə (faktların şərhi, nəzəri modelləşdirmə)

Elmi tədqiqatın ümumi xarkteristikalarına təfəkkür fəaliyyətinin elmiabstrakt xarakteri, yeni məqsədlərə nail olunmasında yaradıcı meyl və müvafiq vasitələrdən istifadə edilməsi, kommunikasiya və əməkdaşlıq, əvvəlki elmi nəslin mirası, biliklərin varisliyinin təmin edilməsinin retrospektiv xarakteri və proqnoz funksiyaların yerinə yetirilməsi ilə yeni biliklərin əld əedilməsi aiddir. Elmi tədqiqatın spesifik xarakteristikalarına aiddir:

-elmi tədqiqat sahələrə müvafiq obyektiv və predmetli biliklər əldə etməyə və onların sistematik işlənməsinə istiqamətlənir,

-tədqiqat konkret elmi problemləri həll etmək üçün həyat keçirilir,

-tədqiqat prosesi müxtəlif səviyyələrdə (nəzəri, praktiki) ardıcıl həyata keçirilən müxtəlif kompleks dərketmə prosedurudur.

- müxtəlif vasitələrin, metodların və yanaşmaların tədqiqat fəaliyyətinin metodologiyasının ardıcıl əməliyyatlar ünsürləri ilə kompleks şəkildə tətbiq edilməsi. Bütün bu qeyd edilənlərə əsalanaraq elmi tədqiqatın, o cümlədən yaxşı tədqiqat mövzusunun əlamətlərinə aşağıdakıları aid etmək olar.

-məqsəd. Elmin sahələri üzrə yeni biliklərin əldə edilməsi,

-predmetlilik (elm sahələri),

-obyektivlik,

-intersubyektivlik,

-məntiq,

-yeni biliklərin əsaslandırılması,

-biliyin sistemliyi,

-tədqiqat vasitələri,

-elmi biliklərin ifadə edilməsi dili,

-proqnozlaşdırma qabliyyəti.

Deməli, elmin üç nəhəngi təcrübə, məntiq və tənqiddir. Məhz ən yaxşı elmi tədqiqat bu cəhətləri özündə əks etdirəndir.
2. Fərziyyələrin müəyyənləşdirilməsi.

Praktiki olaraq həmişə tədqiqat prosesinin əvvəlində onun nəticələri haqqında ehtimallar, fərziyyə irəli sürülür. Əgər tədqiqataçılar öz işlərində ehtimaldan istifadə etməyibsə, onda onları faktların toplayıcılarına, hadisələrin qeydiyyatçısına cevirilməmişdir. Fərziyyə müəyyən nəticəyə gətirib çıxaran səbəb, tədqiq edilən obyektin strukturu, struktur ünsürlərin daxili və xarici əlaqələrinin xarakteri haqqında ehtimalın yoxlanmasını və sübutunu tələb edir. Fərziyyə eyni zamanda informasiyanın çatışmazlığı şəraitində ehtimallı bilik, izah, anlama variantıdır. İstənilən təxmin deyil, yalnız biliyə əsaslanan fərziyyədir. Deməli, “fərziyə” sözünün iki mənasıxüsusi növ bilik və biliyin inkişafının xüsusi prosesi- vardır. Fərziyyə aşağıdakı tələblərə cavab verməlidir: -relevantlıq, yəni onun əsaslandığı faktlara aid olması, -təcrübə yolu ilə yoxlanması, müşahidə yaxud eksperiment məlumatlarla müqayisə edilməsi, -mövcud elmi biliklərə uyğun olması, -izahedici gücə malik olması, yəni fərziyyədən bir necə sayda təsdiq olunmuş faktlar, nəticələr irəli gəlməlidir. Böyük izahedici gücə böyük sayda faktlar çıxan fərziyyə malikdir. -sadəliliyi, yəni o, heç bir əlavə ehtimallara, subyektiv qatlara malik olmamalıdır.

Təsviri, izahedici və proqnoz fərziyyələr fərqləndirilir. Təsviri fərziyyə obyektin mövcud xüsusiyyətləri, öyrənilən obyektin ayrı-ayrı ünsürləri arasındakı əlaqələrin xarakteri haqqında ehtimallardır. İzahedici fərziyyə səbəb-nəticə aılılıöı haqqında ehtimaldır. Proqnoz fərziyyə tədqiqat obyektinin inkişaf qanunauyğunluğu və meylləri haqqında ehtimaldır.

Fərziyyənin formalaşdırılmasının əsas mərhələlərinə aiddir:

1.Fərziyyənin irəli sürülməsi. İrəli sürülən fərziyyə birmənalı şəkildə problem və məqsədlə məntiqi uyğunluğu olmalıdır.

2.Fərziyyənin formalaşdırılması (işlənib hazırlanması). İrəli sürülən fərziyyənin dəqiq və düzgün formalaşdırılması zəruridir.Ona görə ki, gedişat və nəticə onun yoxlanmasından asılıdır.

3. Fərziyyənin yoxlanması. Aparılan tədqiqatın sonrakı mərhələsinin vəzifəsi fərziyyənin etibarlılığının yoxlanmasıdır. Tısdiq olunmuş fərziyyə nəzəriyyə və qanun olur və təcrübə tətbiq üçün istifadə edilir. Təsdiq olunmamış fərziyyə ya rədd edilir, ya da problemli vəziyyətin tədqiqndə yeni istiqamətlərin və yeni fərziyyələrin irəli sürülməsi üçün əsas olur.

Fərziyyə yaxşı yoxlanılmış faktlara, onların izahına, yeniliyin qabaqcadan deyilməsinə uyğun olmalıdır. Fərziyyə yoxlanılması üçün əlverişli olmalıdır. Problemin nəzəriyə və təcrübədə həll edilməsi layihəsi elmi fərziyyənin özündə olmalıdır. Onda o tədqiqatın ayrılmaz hissəsi olur. Fərziyyələri işləyib hazırlayarkən bu tələbləri həyata keçirmək üçün aşağıdakı sualları ardıcıl düşünmək və cavab vermək tövsiyyə edilir.

-tədqiqat predmetini ən əhəmiyyətli nədir? (keyfiyyətin formalaşdırılması prosesi, hadisələr arasındakı əlaqə, sosial-iqtisadi hadisənin, prosesin xarakteristikası və s. ),

- tədqiqat obyektinin öyrənilən keyfiyyətdən, münasibətlərin növündən, hadisənin xüsusiyyətləri qrupundan, əlamətlərdən və s. yaranan tərkib ünsürləri nədir?,

-öyrənilən prosesin hansı modeli özəl xüsusiyyətdir, keyfiyyətdir?, tərkib ünsürləri və onlar arasındakı əlaqələri ümumi şəkildə necə təsvir etmək olar?, belə model üçün hansı məlumatlar var?,

-hadisə, proses hansı ehtimalla baş verir?, hadisə inkişaf edərkən ünsürləri necə dəyişir?, xarici şəraitin dəyişməsi ilə onların əlaqələri necə dəyişir?, hadisə və prosesin normal, sürətli və düzgün olmayan fəaliyyət halında daxili və xarici amillərin əlaqəsi necədir?,



-öyrənilən hadisənin, prosesin mahiyyəti nədən ibarətdir?.


3. Nəzəriyyə əsasında tədqiqat üsullarının müəyyənləşdirilməsi.

Nəzəriyyənin elmi–tədqiqatdakı rolu Elmi nəzəriyyə kifayət qədər inkişaf etmiş biliklər sistemi olub, bu sahədə vahid əsasda mövcud olan qanunların kəşfinə və irəli sürülən hipotezlərin əsaslandırılmasına imkan verən hadisələr toplumunu təsvir və izah edir. Elmi nəzəriyyə bu yolla yoxlanılmış biliklərin vahid sistemi sayılır. Nəzəriyyəyə daxil olan müddəalar və nəticələr əsaslandırılır və sübut edilir. Elmi nəzəriyyənin əsas məqsədi əsaslı (ideal) obyektlərin, onların xassələri və münasibətləri (qanunlar, prinsiplər) haqqında sübutların yaradılmasından ibarətdir. Bu baza bilikdən istifadə etməklə sırf məntiqi olaraq çoxlu sayda nəticə əldə etmək (quraşdırmaq, proqnoz etmək) mümkündür. Əsas şərt ondan ibarətdir ki, ifadə olunmuş nəticə müəyyən empirik asılılıqların köməyi ilə interpretasiya edildikdə o, real obyektin (təbii hadisələr, praktiki və psixoloji proseslər və s.) xassələrini maksimal əks etdirsin. Ayrıca hallarda nəticə nəzəriyyəni yoxlamayıb, onu dəqiqləşdirir və ya genişləndirir. Elmi nəzəriyyənin elementləri anlayış, kateqoriya, termin, mühakimə, elmi müddəa, ideya, konsepsiya, qanun, qanunauyğunluq, elmi fənlər və sairəni əhatə edir [14]. Əsas elementləri yaxından nəzərdən keçirək [15]: Anlayış – predmetləri onların məlum əlamətləri şəklində dərk edilməsi formasıdır. Kateqoriya – predmet və hadisələrin daha çox ümumi xassələrini və münasibətlərini ifadə edən ümumi, fundamental termindir. Elmi termin – elmi anlayışın adıdır. Mühakimə – nəyisə təsdiq və ya inkar edən düşüncə tərzidir. Tədqiqat işlərinin fəlsəfəsi 30 Müddəa – formulə olunmuş fikrin elmi sübutudur. İdeya – nəzəriyyə və konsepsiyanın məzmununu ifadə edən əsas fikirdir. Konsepsiya – elmi ideyaların birləşməsindən yaranan nəzəri baxışlar sistemidir. Konsepsiya nəzəriyyədən fərqli olaraq, deduktiv nöqteyi nəzərdən sona çatdırıla bilməyən fərdi biliyin işlənməsi və genişləndirilməsi ilə bağlıdır. Onlar problemin mənasının başa düşülməsinə yönəlir. Burada obyektiv dərketməyə baxılmır. Qanun – proseslər arasında obyektiv, daxili, vacib və davamlı əlaqəni təsvir edir. Qanunlar elmi–tədqiqat işlərində açar rolunu oynayır və ilkin olaraq təkliflər, hipotezlər şəklində irəli sürülür. Əldə olunan faktların, sınaq materialların köməyi ilə qoyulan iddia „təmizlənir“, təkmilləşdirilir və sonda qanun şəklinə salınır. Beləliklə, qanun hadisə daxilində obyektiv, faktiki, təkrar olunan və dayanıqlı əlaqələri əks etdirir. Qanun anlayışı fəlsəfi kateqoriya kimi digərlərindən gec qəbul edilmişdir. Bu onunla izah olunur ki, qanun faktların atributu kimi, insan fəaliyyətində hadisələri əks etdirən kateqoriyalardan sonra meydana gəlmişdir. Qanunauyğunluq – müəyyən məkan və zamanla bağlı olan hadisə və proseslər arasında obyektiv və daimi mövcud olan, ancaq qanuna nisbətən az stabil və aydın olan əlaqələri təsvir edir. Qanunauyğunluğu kifayət qədər sərt kəmiyyət göstəricilərinin köməyi ilə təsvir etmək mümkündür. Qanunauyğunluqlar adətən qanunlara söykənir və daha çox inkişafda olan sistemlərə aid edilirlər. Elmi prinsip – elmi nəzəriyyənin əsas elementlərindən biri olub, elmin müəyyən sahəsində həqiqi faktlar massivinə aid olan birləşdirici, sintezedici və təşkiledici funksiya rolunu oynayır. Nəzəriyyənin obyektləri arasında daimi mövcud olan əlaqələr haqqında bilik verən elmi qanunlardan fərqli olaraq, elmi prinsip özlüyündə elmi nəzəriyyənin elementlərinə qoyulan tələbatları müəyyənləşdirir (Qalileyin nisbilik prinsipi, Borun natamamlıq prinsipi, Dalamber prinsipi, sadəlik prinsipi və s.). Elmi nəzəriyyəyə bir çox vacib tələblər qoyulur [15]: 1. Elmi nəzəriyyə təsvir olunan obyektə adekvat olmalıdır. Bu müəyyən sərhədlərdə eksperimental tədqiqatın nəzəri biliklərlə əvəz olunmasına imkan yaradır. Tədqiqat işlərinin fəlsəfəsi 31 2. Nəzəriyyə prosesin, obyektin müəyyən xassələrinin tam təsvirini mümkün etməlidir, yəni bu sahədə bütün sınaq nəticələri nəzəriyyənin ilk bazası olan prinsip, anlayış, abstraktsiya, ideallaşdırma və aksiomların köməyi ilə təsvir olunmalıdırlar. 3. Nəzəriyyəyə daxil olan komponentlər arasındakı əlaqələr izah olunmalıdırlar. Bir müddəadan başqasına keçidə imkan verən münasibətlər formalaşdırılmalıdır. 4. Nəzəriyyə daxilində inkarlıq olmamalı və onun sınaq nəticələri ilə uyğun gəlməsi təmin edilməlidir. Qeyd olunan tələbatları ödəyən nəzəriyyələr müəyyən göstəricilərinə görə fərqlənirlər. Bu göstəricilərə evristiklik, konstruktivlik və sadəlik aiddir. Nəzəriyyənin evristikliyi onun proqnozlaşdırılmış və izahedici imkanlarını əks etdirir. Bu həqiqi nəzəriyyə üçün əsas arqument sayılır. Burada onu demək yerinə düşərdi ki, nəzəriyyənin riyazi aparatı vacib rol oynayır. O, dəqiq kəmiyyət proqnozları verməklə, daha yeni proseslərin kəşfinə aparır. Konstruktivlik dedikdə nəzəriyyənin əsas müddəa, prinsip və qanunlarını müyyən qaydalar üzrə sadə yoxlanması nəzərdə tutulur. Nəzəriyyənin sadələyi ümumiləşdirilmiş qanun və məlumatların ixtisar və sıxlaşdırılması sayəsində əldə edilir. Nəzəriyyəni təkçə statistik yox, həm də dinamiki qiymətləndirmək olar. Nəzəriyyə növü nə qədər çox faktlara aid edilərsə, o daha çox üstünlüyə malik olur


4. Yaxşı təqqiqat mövzusunun əlamətləiri hansılardır

Elm dünya haqqında obyektiv, əsaslandırılmış və sistemli təşkil edilmiş biliklərin əldə edilməsinə istiqamətlənən dərketmə fəaliyyətinin xsusi növüdür. Başqa sözlə desək, elm bəzəri mədəniyyətin komponenti və cəmiyyət, texnologiya və təbiət haqqında yeni elmi biliklərin axtarılmasına və əldə edilməsinə istiqamətlənən fəaliyyət növüdür.

Elmi tədqiqatın ümumi xarkteristikalarına təfəkkür fəaliyyətinin elmiabstrakt xarakteri, yeni məqsədlərə nail olunmasında yaradıcı meyl və müvafiq vasitələrdən istifadə edilməsi, kommunikasiya və əməkdaşlıq, əvvəlki elmi nəslin mirası, biliklərin varisliyinin təmin edilməsinin retrospektiv xarakteri və proqnoz funksiyaların yerinə yetirilməsi ilə yeni biliklərin əld əedilməsi aiddir. Elmi tədqiqatın spesifik xarakteristikalarına aiddir:

-elmi tədqiqat sahələrə müvafiq obyektiv və predmetli biliklər əldə etməyə və onların sistematik işlənməsinə istiqamətlənir,

-tədqiqat konkret elmi problemləri həll etmək üçün həyat keçirilir,

-tədqiqat prosesi müxtəlif səviyyələrdə (nəzəri, praktiki) ardıcıl həyata keçirilən müxtəlif kompleks dərketmə prosedurudur.

- müxtəlif vasitələrin, metodların və yanaşmaların tədqiqat fəaliyyətinin metodologiyasının ardıcıl əməliyyatlar ünsürləri ilə kompleks şəkildə tətbiq edilməsi. Bütün bu qeyd edilənlərə əsalanaraq elmi tədqiqatın, o cümlədən yaxşı tədqiqat mövzusunun əlamətlərinə aşağıdakıları aid etmək olar.

-məqsəd. Elmin sahələri üzrə yeni biliklərin əldə edilməsi,

-predmetlilik (elm sahələri),

-obyektivlik,

-intersubyektivlik,

-məntiq,

-yeni biliklərin əsaslandırılması,

-biliyin sistemliyi,

-tədqiqat vasitələri,

-elmi biliklərin ifadə edilməsi dili,

-proqnozlaşdırma qabliyyəti.

Deməli, elmin üç nəhəngi təcrübə, məntiq və tənqiddir. Məhz ən yaxşı elmi tədqiqat bu cəhətləri özündə əks etdirəndir.




5.Təqdimatın aparılması haqqındakı təkliflərin qiymətləndirilməsi kriteriyalarının müəyyənləşdirilməsi.

Biliyin, bacarığın, yeniliyin, qabliyyətin, səriştənin qiymətləndirilməsinə didaktikada mövcud qiymətləndirmə tələblərinə uyğun öyrənənin nəzəri və praktiki hazırlığının kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi prosesi kimi baxılır. Qiymətləndirmənin funksiyalarına diaqnostik, informasiya, istiqamətverici, stimullaşdırıcı və nəzarətedici funksiyalar daxildir. Qiymətləndirmə sisteminin qeyd dilən funksiyalarını yerinə yetirməsi üçün qiymətləndirmə metodlarını və vasitələrini seçərkən - əhəmiyyətlilik, adekvatlıq, obyektivlik və ədalətlilik, inteqrasiya, acıqlıq, əlverişlilik, sistemlilik və xeyirxahlıq kimi əsas prinsiplərə riayət edilməsi zəruridir. Elmi tədqiatın nəticələri elmi, elmi-texniki, iqtisadi, sosial və digər səmərələrə nail olunmaqdır. Tədqiqat işinin səmərəliliyinin xarakteristikası, qiymətləndirmək üçün istifadə edilən kriteriyaların və göstəricilərin tərkibi, hesablamanın dəqiqliyi çoxlu sayda amillərdən asılıdır. Onlardan ən mühümü əldə edilən nəticələrin xarakteri, istehsalla əlaqəliliyi, elmi tədqiqatın nəticələrinin tətbiqi miqyası, elmi tədqiqatın məzmunu, onun yerinə yetirilməsi fəaliyyəti, qiymətləndirmənin aparılması mərhələləridir. Elmi tədqiqat işləri adətən üç qrupa - fundamental, tətbiqi və metodiki işləmələrə ayrılır. Fundamental tədqiqatların kompleks təhlilinin gedişində ilk növbədə elmi səmərə müəyyən edilir. Əgər elmi tədqiqatın nəticələri gələcəkdə cəmiyyətin sosial tərəflərini əks etdirirsə, onda elmi tədqiqatın kompleks təhlilinin məzmunu ümumi səmərənin keyfiyyətcə qiymətləndirilməsinin tərkibinə daxildir. Fundamentaal tədqiqatlar üzrə elmi tədqiqatların iqtisadi səmərəliliyinin hesablanmasına nail olmaq adətən mümkün olmur. Ayrıayrı hallarda yalnız elmi tədqiqatların iqtisadi səmərəliliyinin keyfiyyət proqnozu verilə bilər. Tətbiqi elmi tədqiqatlar üzrə ilk növbədə elmi və texniki səmərə aşkar edilir. Elmi tədqiqatın təşkilati məqsədəmüvafiqliyinin təhlili imkanları onun müxtəlifliyindən asılıdır. Fundamental tədqiqatların aparılmasının gedişində aşkar edilən yeni hadisələr və qanunauyğunluqlardan istifadəyə əsasında istehsala aid yerinə yetirilən tətbiqi elmi tədiqiqat işləri üzrə nəticələrin tətbiqinin və elmi tədqiqata xərclərin iqtisadi səmərəliliyi bir qayda olaraq hesablamqa olmur. Yalnız elmi tədqiqatın istehsalda və istehsal sahəsində digər tətbiqi imkanları aydınlaşdırılır və keyfiyyət təhlili əsasında onların iqtisadi əhəmiyyətliyinin təxmini xarakteristikası verilir. Bu zaman elmi tədqiqatın nəticələrinin təsiri altında dəyişən göstəricilər, həmçinin bu dəyişikliyin mümkün dairəsi müəyyən edilir
Yüklə 32,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin