Sərbəst iş Kafedra: Biznes və iqtisadiyyat İxtisas: Maliyyə Tələbə: Yusifova Sevda Qrup: 528 ml1



Yüklə 178,52 Kb.
səhifə1/7
tarix05.05.2023
ölçüsü178,52 Kb.
#126415
  1   2   3   4   5   6   7
pul





Sərbəst iş
Kafedra: Biznes və iqtisadiyyat
İxtisas: Maliyyə
Tələbə: Yusifova Sevda
Qrup: 528 ML1
Tədris ili: 3
Fənn: Pul və Bank
Mövzu: Pul tedavülünün mahiyyəti,təşkili prinsipləri ve quruluşu
Müəllim: Babayev Azər
Pul tədavülünün təşkili prinsipləri və quruluşu
Pul tədavülü geniş təkrar istehsal prosesinin müxtəlif tərəflərini əks etdirən mürəkkəb mexanizmdən ibarətdir. İctimai məhsulun vahid dəyər ölçüsü kimi çıxış edərək, pul istehsal sahələri, istehsal və istehlak sferaları arasında pulun bütöv dövriyyəsinə xidmət edir.
Bu zaman tə­sərrüfat subyektləri, onlarla dövlət, müəssisələrlə onların işçiləri, əhali ilə dövlət, ayrı-ayrı vətəndaşlar arasında meydana çıxan pul münasibətləri nağd və nağdsız qaydada pul hesablaşmaları ilə başa çatır.
Nağd və nağdsız ödəniş vasitələrinin hərəkəti bir-biri ilə sıx qarşılıqlı əlaqədə olmaqla ölkənin vahid pul dövriyyəsini təşkil edir.Pulun, ona xas olan funksiyaları yerinə yetirdiyi vaxt baş verən hərəkəti pul tədavülü adlanır və ya pul tədavülü anlayışı altında əm­təələrin satışı, həmçinin təsərrüfatda əmtəə və xidmətlərin hərəkəti ilə əla­qədar olmayan (qeyri-əmtəə xarakterli) ödəniş və hesablaşmalar (əmək haqqının, mükafat, pensiya, təqaüd və yardımların ödənilməsi, sığorta müqaviləsi üzrə sığorta ödənişləri, qiymətli kağızların alqı-satqısı, onlar üzrə gəlirlərin ödənilməsi və s.) ilə əlaqədar pulun ölkənin daxili iqtisadi dövriyyəsində, xariсi iqtisadi əlaqələr sistemində nağd və nağdsız formada hərəkəti başa düşülür.
Pul tədavülünün obyektiv əsasını əmtəə istehsalı və tədavülü təşkil edir. Pulun köməkliyi ilə məcmu ictimai məhsulun mübadiləsi, o cümlədən kapitalın dövranı, əmtəələrin tədavülü və xidmətlərin göstərilməsi, borc kapitalının və müxtəlif sosial qrupların gəlirlərinin hərəkəti prosesi baş verir.
Əmtəə istehsalının və mübadilənin inkişafı nətiсəsində əmtəə aləmi iki növ əmtəələrə: adi əmtəələrə və xü­susi əmtəə olan pul əmtəəsinə bölünür. Dövriyyəyə pulun buraxılışı pul tədavülünü doğurur. Əmtəə-pul tədavülü prosesində əmtəələr və pul arasında ziddiyyətlər və böhran halları meydana gələ bilər.

Yüklə 178,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin