İxtisas: tspx kurs: I fənn: inkişaf və yaş psixologiyası



Yüklə 40,5 Kb.
səhifə1/10
tarix10.01.2022
ölçüsü40,5 Kb.
#109887
  1   2   3   4   5   6   7   8   9   10


65



İxtisas: TSPX

Kurs: I

Fənn: inkişaf və yaş psixologiyası

Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com
Mövzu: 5 Psixi inkişafın zəruri şərtləri və hərəkətverici qüvvələri

PLAN

  1. Psixi inkişaf və fəaliyyət

  2. Psixi inkişaf və təlim

  3. Psixi inkişaf və ünsiyyət


Ədəbiyyat:

  1. Əmrahli L., N.Rzayeva, “Uşaq psixologiyası”, Bakı, 2010.

  2. Əmrahli L. Məktəbə hazirliqin psixodioqnostikasi, Bakı, nərgiz, 2006.

  3. Ə.Ə.Qədirov, N.Xəlilov “Yaş psixologiyası”, Gəncə,1999,(381s.)

  4. N.Çələbiyev “Uşaq psixologiyası”, Bakı, 2005



Psixologiya elminin anlayışlar sistemində insanın fəallığını və onun formalarını əks etdirən fəaliyyət anlayışı mühüm yer tutur. İnsan öz təbiəti etibarı ilə fəal varlıqdır. О, məşğul olduğu əmək növündən asılı olmayaraq yaradıcı fəallığın subyekti rolunda çıxış edir.

Bu fəallıq sayəsində insan özünü təbiətdən ayırır, bir şəxsiyyət olaraq qarşısına məqsəd qoyur, onun yerinə yetirilməsinə təhrik edən motivləri dərk edir. Bu halda şüurla davranışın vəhdəti təmin olunur. İnsanın fəallığını əks etdirən fəaliyyət təlabatlar sistemi ilə, onun öz mövcudluğunu və inkişafını şərtləndirən təhriklərlə bağlıdır. Təlabatlar həm də insanın idraki və praktik fəaliyyətinin əsas mənbəyidir. Fəaliyyət və onu şərtləndirən təlabatlar insanın yalnız təfəkkürü ilə deyil, həm də iradəsi və hissləri ilə sıx bağlıdır. İradi keyfiyyətlər sayəsində insan qarşısına qoyduğu məqsədə çatmaq yolunda qarşılaşdığı maneələri dəf edir, çətinliklərə sinə gərir. Təmin edilmiş təlabatlar insanda razılıq, məmnunluq, sevinc, rahatlıq və s. kimi müsbət hisslər, təmin olunmamış təlabatlar kədər, qəmginlik, narahatlıq, narazılıq və s. kimi mənfi hisslər yaradır. Sosial kateqoriya olan fəaliyyət insanın dünyaya gəldiyi ilk günlərdən onun bəsit bioloji təlabatlarının ödənilməsinə yönəlmiş fəallığı şəklində üzə çıxır, sonralar təlabatların sosial formalarının meydana gəlməsi ilə əlaqədar olaraq genişlənir və sosial məzmun daşımağa başlayır. İnsanın sosial fəallığı onun bəşəri təcrübəni, insana məxsus fəaliyyət formalarını mənimsəmək vasitəsilə sosiallaşmasında, ictimai və şəxsi fəallığının yüksəlməsində əks olunur. Əməkdə qazanılmış nailiyyətlər daha çox fərdin malik olduğu qabiliyyətlərin məhsulu olduğu kimi, qabiliyyətlər də insanın fəaliyyətinin, fəallığının, fədakarlığı və səylərinin nəticəsidir. Məqsədəyönəlmiş fəaliyyət insanda müəyyən qabiliyyətlərin formalaşmasını şərtləndirir. Qabiliyyətlər isə fəaliyyətin gələcək uğurlarına yol açır. Fəaliyyətə cəlb edilməmiş qabiliyyəti böyük Nizami Gəncəvi belə təsvir edirdi:




Çox iti zehinlər yatan oldular,

Axırda saxsı qab satan oldular.

Psixologiyada fəaliyyət dedikdə, insanın dərk olunmuş məqsədi ilə tənzim olunan daxili və xarici fəallığı nəzərdə tutulur. Bu problemin öyrənilməsi sahəsində ХХ əsrin əvvəllərindən başlayaraq rus psixoloqları L.S.Vıqotski, A.N.Leontyev, L.İ.Bojoviç, S.L.Rubinşteyn, D.B.Elkonin, A.V. Zaporojets geniş elmi tədqiqatlar aparılmışlar. D.B.Elkonin uşağın anadan olduğu ilk anlardan orta məktəbi qurtaranadək olan dövri əhatə edən psixi inkişaf konsepsiyasını yaratmış, uşağın şəxsiyyət kimi formalaşmasını həm şəxsiyyət, həm də fəaliyyət baxımından araşdırılmışdır. Onun bu nəzəriyyəsinə görə, uşağın idrak sferasının və şəxsiyətinin formalaşması müxtəlif aparıcı fəaliyyət zəminində baş verir. Bu termin ilk dəfə görkəmli rus psixoloqu A.N. Leontyev tərəfindən təklif edilmişdir. Leontyev insanın gerçəkliyə münasibətini əks etdirən elə prosesləri «aparıcı fəaliyyət» adlandırmışdır ki, onlar müvafiq yaş dövründə uyğun təlabatlara cavab vermiş olsun. Onların içərisində bəziləri inkişafda az, digərləri çox rol oynayır. Ona görə də, A.N.Leontyev qeyd edirdi ki, inkişafın ümumiyyətlə fəaliyyətdən deyil, aparıcı fəaliyyətdən asılılığı haqqında danışmaq lazımdır.

Görkəmli psixoloq aparıcı fəaliyyətin üç əsas xarakterik cəhətini müəyyən etmişdir:

  1. Aparıcı fəaliyyət elə fəaliyyətdir ki, o, ilk növbədə ayrı-ayrı psixi proseslərin inkişafını şərtləndirir (təfəkkür, hafizə, nitq və s.)

  2. O, uşağın şəxsiyyətinin inkişafını və formalaşdırılmasını təmin edir.

  3. Məhz aparıcı fəaliyyət çərçivəsində uşağın fəaliyyətinin yeni formaları

л

meydana gəlir1.

Fəaliyyətin inkişaf mexanizmini araşdıran psixoloq onu «motivin məqsədə çevrilməsi» adlandırmış, onun strukturunda iki səviyyəni göstərmişdir:


1


бах: Смирнова Е.О. Детская психология М., «Владос», 2003, стр.64-65


66




  1. Fəaliyyət- hərəkət- əməliyyat

  2. Motiv - məqsəd- vəzifə

Ontogenezdə inkişaf prosesində fəaliyyət növləri dəyişir, biri digərini əvəzləyir. Uşağın şəxsiyyətinin formalaşmasında ilk fəaliyyət forması onun anadan olduğu ilk günlərdən, körpəlik dövründən başlanan ana ilə vasitəsiz emosional ünsiyyətdir. Sonralar ünsiyyət formaları uşağın oyun

fəaliyyətində, rollu-süjetli oyunlar, yaşıdları ilə birgə təlim və əmək fəaliyyətləri zəminində inkişaf edir, şəxsiyyətinin yeni, törəmə keyfiyyətlərinin

formalaşmasında güclü təkan rolunu oynayır. D.B.Elkonin bu cür qrup

Л

fəaliyyətini fəaliyyət və ünsiyyət adlandırmışdır1. D.B.Elkoninə görə, psixi inkişafın mühüm rol oynayan aparıcı fəaliyyətin digər qrupunu uşağın idrak sferasının inkişafı və formalaşmasını təmin edən fəaliyət növləri təşkil edir. Bu, uşağın həyatının ilk üç ilində özünü əks etdirən əşyavi-manipulyativ fəaliyyət, məktəbəqədər yaş dövründə əşyavi oyunlar, məktəb yaş dövründə təlim və istimai faydalı əməkdən ibarətdir.

Deyilənləri nəzərə almaqla uşaqlıq dövründə ünsiyyət və fəaliyyətin aparıcı növlərini belə qruplaşdırmaq olar:

  1. Vasitəsiz emosional ünsiyyət( körpəlik dövrü) 1 yaşadək

  2. Əşyavi- manipulyativ fəaliyyət (erkən uşaqlıq dövrü) 1-3 yaş.

  3. Rollu oyunlar (məktəbəqədər yaş dövrü)- 3-6 yaş

  4. Təlim fəaliyyəti (kiçik məktəb yaşı dövrü) 6-10 yaş

  5. Şəxsi-intim ünsiyyət (yeniyetməlik dövrü) 11-15 yaş

  6. Təlim-peşə fəaliyyəti (ilk gənclik dövrü) 15-18 yaş

Beləliklə, uşağın doğulduğu andan ilk gənclik dövrünə, yəni orta məktəbi qurtaranadək olan yaş dövrlərində aparıcı fəaliyyət növləri

növbələşir, biri digərini əvəz edir. Onların bəziləri əşyavi planda uşaqların idrak proseslərinin inkişafını təmin etdiyi halda, ünsiyyət planında nəzərdən


1 бах: Эльконин Д.Б. К проблеме периодизации психического развития в детском возрасте (Хрестоматия по возрастной и педагогической психологии) М., «Просвещение», 1981, стр.29


67




keçirilən fəaliyyət formaları uşaqların şəxsiyyət kimi formalaşmasına təminat yaradır. Uşaqlıq dövründə qeyd olunan fəaliyyət növlərinin dəyişməsi yaş dövrlərinin dəyişməsi ilə şərtləndiyindən bu mərhələlər biri digərindən inkişafın böhranlı dövrləri ilə ayrılır. Bu cür kəskin keçid mərhələləri yaş böhranları ilə müşayət olunur.

Məktəbəqədər uşaqlıq dövründə uşağın psixi inkişafında bu yaş dövrü üçün aparıcı fəaliyyət növü olan oyun mühüm yer tutur. Uşaqların həyatının çox hissəsi bu fəaliyyət növü ilə məşğulluğa bağlı olur.

Oyun uşağın psixikasında keyfiyyət dəyişiklikləri yaradır. Məktəbəqədər yaşlı uşaq oyun fəaliyyətində öz üzərinə müxtəlif rollar götürür, bu prosesdə uşaqlar arasında qarşılıqlı münasibətlər formalaşır, onlar rol bölgüsü əsasında öz hüquq və vəzifələrini dərk edirlər.


Yüklə 40,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin