Mədəniyyətimizin görkəmli nümayəndəsi



Yüklə 76,67 Kb.
tarix27.05.2018
ölçüsü76,67 Kb.
#51806


Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş

Kitabxana sisteminin Metodika şöbəsi

Uşaq hüquqlarının müdafiəsi dünyada və Azərbaycanda”




GƏNCƏ 2013


Azərbaycanda Uşaq Hüquqlarının müdafiəsi.
Cəmiyyətin sağlam özəyi, gələcəyi, köməyə ehtiyac duyan kövrək zümrəsi olan uşaqlar həyatımızın mənası, ailəmizin sevinci, fərəhidir. Hər bir evin ən böyük ziynəti, dəyərli sərvəti onlardır.

Uşaqlar ömrümüzün bəzəyi, sevincimiz, fərəhimizdir. Ona görə də uşaqlara diqqət, xeyirxahlıq və mərhəmət bu günümüzün, gələcəyimizin etibarlı təminatı deməkdir. Ölkəmizdə də uşaqların firavan yaşaması, sağlam böyüməsi üçün hər cür şərait mövcuddur. Buna görə də Vətənimiz Odlar yurdu Azərbaycanda böyüyüb, boya-başa çatan uşaqlar hər mənada xoşbəxt və bəxtəvərdirlər. Uşaqlara bütün sahələrdə göstərilən qayğı bir amala, bir məqsədə ünvanlanıb: cəmiyyət üçün layiqli, faydalı insan böyütmək!

Təsadüfi deyildir ki, uşaqların hüquqları Azərbaycanın da təmsil olunduğu beynəlxalq təşkilatlar, konvensiyalar tərəfindən qəbul olunmuş qanun və qərarlarla müdafiə olunur.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsində deyilir: “Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq təlim – tərbiyə müəssisələrin-də aparılır”.

“Uşaqlar bizim gələcəyimizdir” söyləyən ümummilli lider Heydər Əliyev ölkənin sabahını daha parlaq görmək üçün gənc nəslə diqqət və qayğı ilə yanaşmışdır.Ulu öndərin layiqli davamçısı İlham Əliyev Azərbaycan Respublikasında uşaqlara dövlər qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demokrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr2008- ci il tarixli sərəncam imzalamışdır. 2009- cu ilisə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demokrati perspektivlərinin müəyyənləşdirilməsinin nümunəsi kimi “Uşaq ili “ elan olundu, mühüm layihələr həyata keçirildi.

Keçmiş Sovetlər Birliyində 1 iyun 1949-cu ildən uşaq bayramı kimi qeyd edilirdi. Həmin il iyunun 1-də keçirilənqadınların beynəlxalq konfrasında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşüb.

BMT 1989-cu ildə “Uşaq hüquqları haqqında” Konvensiyanı qəbul edib. Hazırda 190 dövlət həmin konvensiyaya qoşulub. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixli və 236 saylı qanunla BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya edib.

Azərbaycanda uşaqlar dövlətin daim diqqət mərkəzindədir. Məhz bu səbəbdən də Azərbaycan Respublikası müstəqilliyinin ilk ilindən Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş və həmin beynəlxalq sənədin müddəalarına uyğun olaraq öz öhdəliklərini tam həcmdə yerinə yetirir. Uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.


Uşaq hüquqlarının müdafıəsi diqqət mərkəzindədir”
Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafıəyə ehtiyacı var. Məhz bu prinsipləri nəzərə alaraq uşaq hüquqlarının müdafıəsi sahəsində beynəlxalq sənədlər qəbul edilib. Uşaq Hüquqları Konvensiyası insan hüquqlarının mülki, mədəni, iqtisadi, siyasi və sosial da daxil olmaqla bütün növlərini özündə birləşdirən və ölkələri öhdəliklərlə bağlayan ilk hüquqi sənəddir.

Uşaqların hüquqlarının müdafiəsi sahəsində Azərbaycan bir sıra müqavilələrə, o cümlədən 1992-ci ildə Uşaq Hüquqları Konvensiyasına qoşulub. Respublikamızın Konstitusiyasındada Uşaqların hüquq və mənafeyi müdafiə olunur, bu hüquqlara dövlət tərəfindən təminat verilir. Milli qanunvericilik sistemində bir sıra hüquqi islahatlar keçirilib. 1989-cu ildə “Uşaq hüquqları haqqında” qanun qəbul edilib. Bu qanun ölkəmizdə uşaqların hüquq və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Ölkədə fəaliyyət göstərən İnsan Hüquqları üzrə Müvkkilin (Ombudsman) fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi və müdafiəsi, pozulmuş hüquqlarının bərpasından ibarətdir. BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan hökumətinə təqdim etdiyi tövsiyəni nəzərə alaraq 2006- cı ildə Müvəkkil yanında Uşaq Hüquqları Mərkəzi yaradılıb. Ölkə başçısının sərəncamı ilə 2009-cu il ölkəmizdə “Uşaq ili” elan edilib. O cümlədən ölkədə 30-dan artıq xüsusi dövlət proqramı reallaşdırılıb. Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlarla bağlı xüsusi tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, Mehriban Əliyevanın təşəbbüsü ilə nəinki uşaqların təhsili, eləcə də onların sağlamlığı istiqamətində də bir çox işlər görülür.

Qeyd edək ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizdə qanunvericilik bazası formalaşıb. “Uşaq hüquqları haqqında” qanun və bəzi digər hüquqi normativ aktlar qəbul edilib. Hazırda Azərbaycan dövləti şəxsiyyət azadlığının və insan hüquqlarının qorunmasına, eləcə də cəmiyyətin gələcək inkişafına kömək göstərəcək istənilən əməkdaşlıq formasını qəbul etməyə hazırdır. Bu baxımdan, respublikada ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir.

Hazırda Azərbaycan Hökuməti uşaq hüquqlarının təşviqi ilə əlaqədar olaraq həm BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən verilmiş tövsiyələrin yerinə yetirilməsi, həm də BMT Baş Assambleyasının uşaqlara həsr olunmuş 27-ci xüsusi sessiyasının yekun sənədi olan “Uşaqlara yararlı dünya” Bəyannaməsinin və Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində iş aparır və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.

Ölkəmizdə uşaqların hamısı keyfiyyətli təhsil almaq hüququna malikdirlər. Hazırda Azərbaycanda 1612 məktəbəqədər təhsil müəssisəsi, 4550 gündüz ümumtəhsil məktəbi, 108 peşə məktəbi və peşə liseyi, 60 orta ixtisas təhsil müəssisəsi, 48 ali məktəb fəaliyyət göstərir.

Bu gün Mədəniyyət və Turizm Nazirliyi sisteminin klub müəssisələrində 3672 uşaq dərnəkləri və bədii özfəaliyyət kollektivləri, 104 uşaq kitabxanası və 234 uşaq musiqi incəsənət və rəssamlıq məktəbləri fəaliyyət göstərir.

Azərbaycanda gələcəyimiz sayılan uşaqların sağlam və gümrah yetişməsi üçün hər cür şərait vardır. Dövlətimiz bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Uşaq hüquqlarının müdafiəsi kitabxanalarda təbliği.

Uşaq hüquqlarının müdafiəsi problemi həmişə ictimaiyyəti maraqlandıran bir məsələ olmuşdur. Dünyanın bir sıra ölkələrində bu məsələ ilə məşğul olunur. Azərbaycanda da uşaq hüquqlarının müdafiəsi ilə bağlı mühüm addımlar atılmış, bir sıra qərar və qanunlar qəbul edilmişdir. İctimaiyyəti bu cəhətdən maarifləndirmək, onları öz hüquqları barədə məlumatlandırmaq kitabxanaların üzərinə düşən mühüm vəzifələrdən biridir. Bu sahədə Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin xidmətləri əvəzsizdir. Belə ki, kitabxanalarımızda keçirilən bir sıra tədbirlər uşaqların, yeniyetmələrin, hətta valideynlərin hüquqi cəhətdən maariflənməsinə kömək edir.

MKS-nin uşaqlara xidmət edən uşaq şöbəsi, 14, 15, 16 saylı filialları, habelə uşaqlarla işləyən kitabxanaları var. Bu kitabxanaların uşaqların dünyagörüşünün formalaşmasında,onlara müsbət keyfiyyətlərin aşılanmasında xüsusi rolu vardır. Kitabxanalar uşaq mütaliəsinin təşkilatçısıdır.

Uşaq hüquqlarının tapdanmasını özündə əks etdirən M.Ə.Sabirin “Oxutmuram əl çəkin”, “Çörək satan qızlar” kimi əsərlərinin oxuculara tövsiyə olunması məqsədə uyğun ola bilər. Belə ki, bu əsərlərin hər birində uşaqların acınacaqlı vəziyyəti, bir parça çörək uğrunda qatlaşdıqları iztirab, təhsil ala bilməmələri hazırki dövr üçün də müəyyən qədər xarakterikdir.

Bu mövzu xarici ədəbiyyat nümayəndələrinin də hər zaman diqqət mərkəzində olmuşdur. Alfred dö Breanın “Bir balaca parijlinin həyatı”, “Çariz Dikkensin “Qliver Tvist”, Cems Qrinvudun “Balaca səfil”, Viktor Hüqonun “Səfillər” əsərində uşaq hüquqları ilə bağlı mövcud problemlər işıqlandırılır. Bu ədəbiyyat nümunələrinin icmalının keçirilməsi oxucularda bu əsərlərə qarşı maraq yaradar.

Uşaq hüquqlarını təbliğ etmək üçün məruzə və mühazirələr təsirli təbliğat forması hesab edilir. Belə ki, məruzə və mühazirər vasitəsilə kitabxanalara çoxlu sayda oxucu cəlb etmək mümkündür.

Kitabxanalarda kiçik yaşlı uşaqlar üçün keçirilən tədbirlərdən biri “Ucadan oxu”dur. Bu tədbir hər zaman oxucularda böyük maraq doğurur. Cəlil Məmmədquluzadənin uşaq hüquqlarından bəhs edən “Qız tərbiyəsi”, “Uşaq teatrı” əsərlərinin ucadan oxunması oxucular üçün maraqlı ola bilər. Bildiyimiz kimi bu əsərlərdə qeyd olunan uşaq hüquqları ulə bağlı problemlər müasir dövrlə də ayaqlaşır.

Uşaqların öz hüquqlarını yaxşı öyrənmələrinə nail olmaq üçün məktəblilər arasında “Uşaq hüquqları necə qorunur?” mövzusunda inşa müsabiqəsinin keçirilməsi yaxşı nəticə verə bilər. Mövzunu işləyərkən uşaqlar müvafiq ədəbiyyatı oxumalı, internetdən lazımi informasiyanı almış olacaqlar. Bu da istər-istəməz onların öz hüquqları ilə bağlı məlumatlanmasına səbəb olacaq.

Bildiyimiz kimi bir çox uşaq bəzi hallarda müdafiə oluna bilmədiyi üçün onların hüquqları pozulur. Bu məqsədlə kitabxanaçıların uşaqlara müəyyən məsləhətlər verməsi, onları bu cəhətdən maarifləndirmələri gələcəkdə müsbət nəticə verə bilər. Kitabxanaçıların aşağıdakı məsələlərlə bağlı məsləhət verməsi məqsədə müvafiqdir.


  1. Uşaq evdə tək olduğu zaman nə etməlidi?

  2. Uşaq küçədə necə davranmalıdır?

Məktəblilərlə “Siz öz hüquqlarınızı bilirsinizmi? Adlı disputun keçirilməsi yaxşı nəticələrə gətirib çıxarar. Belə ki, uşaqlarla bu haqda söhbətin aparılması onların öz hüquqları haqqında məlumatını artırar. Tədbirə hər hansı bir uşaq hüquqları təşkilatının nümayəndəsini dəvət edərək uşaqları maraqlandıran sualların cavablandırılmasına şərait yaratmaq da məqsədə uyğundur.

Kitabxanaçılara kömək məqsədi ilə Üuşaq hüquqları necə qorunur? Başlığı altında sual-cavab gecəsinin senarisini veririk.

Kitabxanaçı viktorinaya ciddi hazırlıq görməli və uşaq hüquqları ilə bağlı müxtəlif suallar tərtib etməlidir. Həmin suallar müzakirə zamanı uşaqların hüquqlarının qorunması mahiyyətinin aydınlaşdırılmasına xidmət etməlidir.

Sual-cavab gecəsi üçün 1 aydan artıq vaxt ayırmaq lazımdır. Həmin dövrdə oxuculara kitabxanaçı tərəfindən hazırlznmış suallar verilməli və suala hazırlaşmaq üçün vaxt təyin etməlidir. Suallar belə ola bilər.



  1. Uşaq Hüquqları Konvensiyası neçənci ildə qəbul olunub?

Cavab:_1989.__Uşaq_Hüquqları_Konvensiyasına_neçə_dövlət_daxildir__Cavab'>Cavab: 1989.

  1. Uşaq Hüquqları Konvensiyasına neçə dövlət daxildir?

Cavab: 192.

  1. Uşaq Hüquqları Konvensiyasının neçə maddəsi var?

Cavab: 54.

  1. Hansı dövlətlər Uşaq Hüquqları Konvensiyasına daxil deyil?

Cavab: ABŞ, Somali.

  1. Uşaq Hüquqları Komitəsi harada yerləşir?

Cavab: Cenevrədə.

  1. Uşaq Hüquqları Konvensiyası nədir?

Cavab: BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq dünyanın hər yerində yaşayan uşaqları konvensiya ilə müəyyən edilmiş normalar üzrə hüquqları təmin edir.

  1. Uşaqların lazımi həyat səviyyəsinin

yüksəldilməsi üçün kimlər məsuliyyət daşıyır?

Cavab: Valideyn.

  1. Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevin sərəncamı ilə neçənci ildə “Uşaq ili” elan edildi?

Cavab: 2009-cu ildə.

  1. “Uşaq hüquqları” haqqında Azərbaycan

Respublikasının Qanunu neçənci ildə qəbul edilib?

Cavab: 1998- ci il may ayının 19-da.
Kitabxanaçı mövzuya uyğun sualların sayını artıra bilər. Müzakirə zamanı maraqlı və oxucuları düşündürən məsələlər meydana çıxa bilər.

Uşaq Hüquqlarına dair qəbul edilmiş sənədlər.
1.1924-cü il – Millətlər Cəmiyyəti uşaqların

müdafiəsini və firavan həyatını

nəzərdə tutan 5 əsas prinsipdən

ibarət bəyannamə hazırlamışdır.

2.1948-ci il – “İnsan hüquqları haqqında”

Ümumdünya Bəyannaməsi qəbul

edilmiş

3.1950-ci il – iyunun 1-də BMT Baş Assambleyası



tərəfindən təşkil olunan “Qadınların

Beynəlxalq Konfransı”nda uşaq

hüquqlarının təmin edilməsi ilə bağlı

təkliflər səslənib və elə həmin tədbirdə

də 1 iyun tarixini uşaqların beynəlxalq

müdafiəsinə həsr etmək qərara alınıb.

4. 1959-cu il – noyabrın 20-də BMT-nin Baş Məclisi

Uşaq Hüquqları Bəyannaməsini

yekdilliklə qəbul etmişdir.

5.1978-ci ildə Polşa hökuməti tərəfindən BMT-nin

insan Hüquqları Komissiyasına uşaq

hüquqları haqda konvensiya təqdim

olunmuşdur.

6.1979-cu ildə təşkilatın bununla bağlı xüsusi işçi

Qrupu yaradılmış, sonrakı 10 il ərzində

danışıqlar, diskussiyalar davam

etmişdir.

5.1989-cu il – noyabrın 20-də Uşaq Hüquqları

Konvensiyası BMT-nin Baş Məclisində

qəbul edilmişdir.

6.1998-ci il - may ayının 19-da “Uşaq hüquqları

haqqında” Azərbaycan Respublikasının

Qanunu qəbul edilib.

7.1990-cı ildə -sənəd 20 dövlətin radifikasiyasından

sonra qüvvəyə minmişdir.

8.1990-cı il Uşaqların yaşaması, müdafiəsi və

inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsi qəbul edilmişdir.

9.1993-cü ildə ölkəmiz “Uşaqların yaşaması,

müdafəsi və inkişafının təmin edilməsi haqqında” 1990-cı il 30 sentyabr tarixli Ümumdünya Bəyannaməsinə qoşulub.

10.1993-cü ildən bu sahənin fəaliyyətini

tənzimləyən milli qanunvericiliyin

təkmilləşdirilməsi məqsədilə ardıcıl

islahatlar həyata keçirilmiş, respublikamız

uşaq hüquqlarının təminatı ilə bağlı

bir sıra beynəlxalq sazişlərə qoşulmuş.

11.1994-cü ildə BMT-nin Uşaq Hüquqları

Konvensiyasına qoşulub.

12.1999-cu ildə isə “Uşaq Hüquqları haqqında” və

“Valideynlərini itirmiş və valideyn

himayəsindən mərhum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.

13. 2000-ci il 6-8 sentyabr tarixlərində BMT Nyu-

Yorkda keçirilmiş Minilliyin Sammitində

isə Azərbaycan Prezidenti İlham Əliyev

bu konvensiyanın “Uşaqların silahlı

münaqişəyə cəlb olunması” və “Uşaq

alveri, uşaq fahişəliyi və uşaq

pemoqrafiyası” üzrə Fakültativ

Protokollarını imzalayıb.

14.2002-ci ilin mayında Aərbaycan nümayəndə

heyəti BMT-nin Baş Assabmbleyasının

uşaqlara həsr olunmuş

xüsusi sessiyasında fəal iştirak edib.

15. 2004-cü ildə Azərbaycan Beynəlxalq Əmək

Təşkilatının “Uşaq əməyinin ən pis

formalarının ləğv edilməsi” haqqında 182

saylı Konvensiyası və eyni adlı 190 saylı

Tövsiyəsinə, həmçinin Beynəlxalq övladlığa

götürməyə dair Haaqa Konvensiyasına

qoşulub.

16. 2006- cı il iyulun 1-dən ölkədə ünvanlı sosial

yardım sisteminin tətbiqinə

başlanılmışdır.

17.2006-cı il fevralın 6-da Qadın Problemləri üzrə

Dövlət Komitəsinin əsasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamış

18. 2006- cı ilin aprel ayında “Xüsusi istedada malik

olan uşaqların (gənclərin) yaradıcılıq

potensiyalının inkişafı üzrə (“2006-2010 illər)

Dövlət Proqramı təsdiq edildi.

19. 2006-cı ilin mart ayının 29-da “Azərbaycan

Respublikasında dövlət uşaq

müəssisələrindən uşaqların ailələrə verilməsi

(de-institusionalizasiya) və alternativ qayğı

Dövlət Proqramı” təsdiqlədi.

20. 2009-cu il Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin sərəncamı ilə “Uşaq ili”elan

edildi.


Hüquqi ədəbiyyatın təbliği.


  1. Rzalı Rəsmiyyə.Dünya uşaq zorakılığına qarşı mübarizəni gücləndirməlidir. /R. Rzalı// Azərbaycan.-2011.-19 aprel.- s.7

  2. Azərbaycanda uşaq hüquqları //Həftə içi.-2011.-05-07-08 fevral.-s.4-5.

  3. Abdullayeva Nigar.

Uşaq hüquqlarının qorunması üçün cəmiyyətin maariflənməsinə ehtiyac var.Palitra.-2010.-26 noyabr.-s.7.

  1. Sevinc.

Uşaqların müdafiəsi və onların bütün problemlərinin həlli dövlətimizin əsas prioritetlərindəndir. //Yeni Azərbaycan.- 2010.-29 sentyabr.s.3.

  1. Əliquluyev Rasim.

Virtual məkanda uşaq hüquqlarının etibarlı müdafiəsi. //Mədəni-Maarif.-2009.s.28-33.

  1. Həmidov Habil.

Ölkəmizdə uşaq hüquqları beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi normalarına əsasən qorunur //Azərbaycan.-2009.-13 fevral.-s.13.

  1. Abdullayeva Nigar.

Uşaq hüquqlarının Müdafiəsi üzrə lazımlı hüquqi baza yaradılıb //Palitra.-2009.-26 may.-s.5.

  1. Əliyeva Nurlana.

Gələcəyə hesablanmış nəcib missiya //Azərbaycan.-2009.-31 dekabr.-s.8.

  1. Əliyeva İ.

Azərbaycanda uşaq hüquqlarına etibarlı təminat mexanizmləri mövcuddur //Azərbaycan.-2009.-20 noyabr.-s.6

  1. Ölkəmizdə hər bir uşaq dövlət qayğısı ilə əhatə olunur. //Xalq -2007.- 1 iyun.-s.1.

  2. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrində uşaqların ailələrə verilməsi və alternativ qayğı(2006-2015-ci illər)” Dövlət Proqramının inkişaf konsepsiyası.//Azərbaycan müəllimi.-2007.-12 yanvar.-s.7.

  3. G. Bünyadzadə.

“Uşaq əməyinə nəzarət edən rəsmi qurumlar olmalıdır”.//Cəmiyyət.-2009.-20-21 yanvar.-№07.

  1. Nəzakət.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. //Səs.-1iyun.-s.10.

  1. Azərbaycanda uşaqların müdafiəsi

islahatı üzrə milli konfrans işə başlamışdır. //Azərbaycan.-2009.-23 oktyabr.-s.2-3.

  1. Y. Vəliyev.

İşıqlı gələcəyimiz naminə //Mədəni-Maarifş-2009.- № 3. S.2.

  1. Aynurə Şirinova.

Uşaqlar dövlətin qayğısıilə tam əhatə olunub. //İki sahil.-2011.-1 iyun.-s.14.

  1. Elçin Bayramlı.

Kiçik ürəklərin böyük bayramı//İki sahil.-2011.-s.14.

  1. T.Əliyev.

Azərbaycanda uşaqlara dövlət qayğısı ildən-ilə artır. //Xalq qəzeti.-

  1. Əli zülfüqaroğlu.

1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günüdür. //Həftə içi.-2011.-s.6.

  1. İnsan hüquq və azadlıqlarının tarixinə ümumi baxış. //Həftə içi.-2011.-21 may.-s.7.


Tərtib edən: Rüstəmova Rəqibə.

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodiki İşlərin Təşkili Şöbəsinin metodisti.



Rəy verən:



  1. Qədimova Fəridə - Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini.




  1. Abbasova İradə - Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodiki İşlərin Təşkili Şöbəsinin müdiri.


Kompyuterdə yığan:
Rüstəmova Rəqibə - Metodist.
Yüklə 76,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin