Mövzu №12. Hesablaşma əməliyyatlarının auditi



Yüklə 18,4 Kb.
səhifə1/4
tarix23.05.2023
ölçüsü18,4 Kb.
#127473
  1   2   3   4
Audit-Hesablaşma mövzu (2)



Mövzu № 12. Hesablaşma əməliyyatlarının auditi.
Plan:

  1. Hesablaşma əməliyyatlarının normativ hüquqi bazası

  2. Hesablaşma əməliyyalarının auditinin məlumat mənbələri

Müəssisə və təşkilatlar arasında istehsal münasibətləri və eyni zamanda iqtisadi münasibətlər elə qurulub ki, aparılan əməliyyatların hamısı onların bankdakı hesablaşma hesabı ilə həyata keçirilir. Buna görə də hesablaşma hesabında olan pul vəsaitlərinin hərəkəti mühasibat işçiləri tərəfindən daimi nəzarətdə saxlanılır və tənzimlənir.


Auditor üçün audit zamanı hesablaşma hesabının hərəkətinə nəzarət və onun yoxlanılması çox vacibdir. Aparılan audit yoxlamaları sübut edir ki, müəssisə və təşkilatların maliyyə - təsərrüfat fəaliyyətində ən çox nöqsan və çatışmazlıq hesablaşma hesabının auditi zamanı aşkar edilir. Buna görə də auditorun əsas vəzifəsi hesablaşma əməliyyatlarının vaxtında həyata keçirilməsinə, onun qanuniliyinə və məqsədyönlülüyinə fikir verməkdir.
Hesablaşma hesabı vasitəsi ilə həyata keçirilən əməliyyatların düzgünlüyünü yoxlamaq məqsədi ilə auditor qarşılıqlı üzləşdirmələr aparmalıdır. Belə ki, hesablaşma hesabından köçürülən pul vəsaitlərinin məqsədyönlülüyü yoxlanılmalıdır. Xammal-material alınması üçün köçürülən pul vəsaiti əvəzinə müəssisəyə daxil olan xammal və materiallar qarşılıqlı yoxlanılmalıdır.
Auditor əmtəəsiz mal dövriyyəsinin qarşısını almaq məqsədilə hesablaşma hesabından köçürülən pullara diqqətlə fikir verməlidir. Bütün qeyri-normal hərəkətlərin qarşısını almaq və aşkar etmək üçün başdan-başa yoxlama həyata keçirməlidir. Hesablaşma hesabından silinmiş pul vəsaiti müəssisənin istehsal xərclərinə aid edilərək, qanunsuz əməliyyatlar həyata keçirilə bilər. Belə ki, debutor borcu gizlədilə bilər, mal-material alınması üçün köçürülən pul vəsaiti mədaxil edilmədən gizlədilə bilər, işçilərin götürdükləri kreditlərin faizi, cərimələr ödənilə bilər.
Kreditor borcunu bağlamaq üçün hesablaşma hesabından köçürülən pul vəsaiti yoxlanılan zaman onun ödəmə sənədləri, kreditorların bank rekvizitləri, hər bir kreditor üzrə analitik uçot yoxlanılmalıdır. Nəticədə kənarlaşma aşkar edilə bilər. Bu halda audit edilən müəssisənin rəhbərliyinə məlumat verilməlidir.

Yüklə 18,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin