R. R. Denktaşa bağışlayıram



Yüklə 0,73 Mb.
səhifə5/11
tarix21.10.2017
ölçüsü0,73 Mb.
#7839
1   2   3   4   5   6   7   8   9   10   11

Osman türkayın sorAğında
Osman Türkayın poeziyası haqqında az-çox bilgim vardı. Kıbrısda Doğulduğundan xəbərdardım. Məni onun poeziyasındakı milli ruhu cəlb edirdi. Birinci dəfə adada olanda Osman Türkayı xəbər almağa, onunla görüşə cəhd göstərməyə imkanımız olmamışdı.

İkinci dəfə Kıbrısda olanda Osman Türkayı görmək, onunla söhbətləşmək, müsahibə almaq istədim. Çox təəssüf ki, istəyimi reallaşdıra bilmədim. Kimi dedi, burada yoxdur, Londondadır, kimi dedi, onunla görüşmək mümkün deyil, kimisi də laqeydliklə başını yelləyərək — görüşməyə dəyməz, kosmopolit kafalıdan nə öyrənəcəksən. Ümümiyyətlə, mənim Tanıdığım adamlar arasında Osman Türkay haqqında fikir ayrılığı vardı.

Ömrünün çoxunu Londonda keçirən, şerlərini türkcə və ingiliscə yazan, 1995-ci ildə Hindistanda Poeziyanın Sonuncu İmperatoru seçilən O.Türkayın ilk kitabı 1959-cu ildə çap olunubdur. Septet adlı kitabının çap olunması ilə ədəbi ictimaiyyətin diqqətini cəlb etməsi bir olub. Ədəbi tənqid onun poeziyasını kosmik eranın ilk həqiqi poeziyası adlandırıb.

Şairin “Dünya üçün simfoniya” kitabına amerikalı tənqidçi Panos Bardisin yazdığı ön sözdə oxuyuruq: “Bu nəşr elə olmazın təəssürat yaradır və öz nəhəngliyinə elə inandırır ki, biz dünyanı onun gözüylə görməyə məcbur qalırıq, onun musiqili sətirlərini təkrar-təkrar oxuyuruq, o vaxta qədər ki, içimizdəki qara qüvvələr öz yerini nurun gücünə təslim edir və parlaqlığın qamaşdırıcı şəfəqi ilə parçalanır.”

Osman Türkay poeziyası 60-cı illər adamının insan Ağlının dəb olan sərhədsizliyi, hüdudsuzluğu qarşısında heyranlıq deyil. O, əvvəlcədən başa düşürdü ki, yer adamı öz ruhi rahatlığının əsiridir, özü tərəfindən qurulan anlamlı həzz və arzular aləminin məhbusudur. Belə adama kosmosu açmaq onu əbədi qorxutmaqdır. Türkaya görə elə burda poeziyanın gücü lazımdır ki, insanı yeni yollara, axtarışlara yönəltsin.

Şair Cənub Şərqi Asiyaya, Latın Amerikasına, ABŞ-a və dünyanın bir çox ölkələrinə səyahət etmişdir. Səyahətdən sonra: “Mən dünyanı gözlərimlə görənə qədər onun haqqında çoxlu yazılar yazmışdım. Həmin yerləri gözlərimlə görəndə isə heyrətə gəldim ki, mənim görüşlərim necə də həqiqidir, dəqiqdir” — deyə etiraf edir.

Ən son gördüyü Türküstan — Qazaxıstan və Özbəkistan onu yeni şerlər və poemalar yazmağa ilhamlandırmışdı. Kazanı — Tatarıstanı da görmək, gəzmək, o yerlər haqqında yazmaq arzusu vardı.

Osman Türkay iki dəfə sevsə də evlənib ailə qura bilməmişdi. Sonralar o deyirdi: “Mən şair olmaq üçün Doğulmuşam, başqa heç kim ola bilmərəm. Mən Poeziya ilə evliyəm, içimdə başqa heç nəyə hissim qalmır.”

1927-ci ildə Girnedə Doğulan şair kitablarından birinin ön sözündə uşaqlığını belə xatırlayır: “Mən özümü yazda badam, gavalı, nar ağaclarının çiçəkləri arasında anadangəlmə şair hiss edirdim. Yayda dəniz köpüyü günəş işığı və mərmər parıltısı ilə qarışıb mənim dünyamı ağappaq edirdi. Payızlarım uçuşan yarpaqların, soluxan otların qızılı rəngi ilə parıldayırdı. Qışlarım isə Ağdənizin mavisi kimi idi.”

Kıbrısda Ali İngilis Məktəbini bitirən, jurnalistlik edən, “Hürr söz” qəzetinin baş redaktor köməkçisi işləyən O.Türkay ilk şerlərini 14 yaşından yazmağa başlayıb. 1953-cü ildə NATO-ya yenicə daxilolmuş Türkiyə qoşunlarında ingilis və fransız dillərindən tərcüməçi kimi işə girir. Nəticədə bütün Türkiyəni gəzmiş və klassik türk poeziyası və sufi şairlərini — Yunis İmrə, Füzuli, Mövlanə C. Rumini dərindən öyrənmişdir.

Bir müddət sonra dövrünün seçkin ədəbiyyat mühitlərinin diqqətini çəksə də, ruhi müdrikliyi ona heç bir qrupa daxil olmağa imkan verməyib. Qruplararası ziddiyyətlərdən bezdiyin­dən elə o payızda da Londona gedib. London Universitetində ingilis, amerikan şairlərindən çoxlu tərcümələr edib, fəlsəfəni və jurnalistikanı öyrənib. 1958-ci ildə yenidən Kıbrısa qayıdıb. Bu Kıbrısın ən gərgin günlərinə təsadüf edirdi. Siyasi gərginlik, vətəndaş müharibəsi, xaos içərisində olan adanın qəzetləri onu obyektiv və vətənsevər yazar adlandırıb. Şairin tarixi qovuşuq mədəniyyətli iki cəmiyyətin qarşılıqlı hörmət, sülh içərisində yaşaması fikirləri 1961-ci ildə düz çıxmadı. Onun özü də yüz minlərlə məcburi köçkünlərdən birinə çevrildi.

Osman Türkayın şerlərinin tərcüməçisi və tədqiqatçısı Ravil Buxaraev yazır ki, şairin şerləri 60-cı illərdə ruscaya çevrilsəydi Nazim Hikmət qədər məşhur olardı. Nazim Hikmət siyasi qaçqın, solçu və kommunist olduğuna görə ona sovet ədəbiyyatının qapıları açıq idi. Gəncliyində Osman Türkay Nazim Hikmətin şöhrətinə bir az qısqanclıqla yanaşıb. Lakin bu ona müasiri haqqında yazılar, esselər yazmağa mane olmayıb. Hikmətin kommunist fikirlərinə ləng gedişli yaşlılıq xəstəliyi kimi baxıb: “Kim 20 yaşında sosialist deyilsə, onun ürəyi yoxdur, kim 40 yaşında hələ sosialist olaraq qalırsa, onun ağlı yoxdur.” Şair daha çox N.Hikmətin türk xalqları arasında şöhrətinə, geniş tərcümə olunmasına qibtə edib.

Avropa ədəbiyyatşünaslarının fikrincə O.Türkayın ingilisdilli poeziyası o qədər yenidir ki, onu indi belə türkcəyə çevirmək mümkün deyil. O metaforası və dünyagörüşü baxımından müasir türk poeziyasının üfüqlərindən də çox-çox uzaqlardadır.

Ravil Buxaraevə görə, onu tərcüməyə “tatar poeziyasında Hadi Təktaşın və Hasan Tufanın idrakı və ürəyi çatardı. Təəssüf ki, onların hər ikisinin də qanadlarını erkən kəsdilər. Məsələ yalnız dil imkanlarında deyil, həm də dilin inkişaf yönündə və ona xas olan poeziyadadır. Türkay ona görə kosmos şairi deyildi ki, qədim yunan və misir miflərini bilirdi, onun poeziyasında həm də sələflərinin Göy Türklərin göylər, ulduz mənşəli olması mifi də həllolunmuşdu. Yəni, türk dili onun üçün həmişə ilahi dili olaraq qalıb.”

Osman Türkayın iş kabineti Soxonun düz göbəyindəki malika­nə­nin mansardında idi. Bu əlli il əvvəl Kıbrıslı Türklər Assosia­siyasının aldığı bir evdir. Bura o hər səhər “Cyprus Turkish Association Publish jurnalını redaktə etmək üçün gələrdi.

1989-cu ildə Londonda nəşr olunan “Dünya üçün simfoniya” kitabına öncədən Türkiyədən, Madrasdan Argentinaya, Avstrali­ya­ya qədər hər yerdə çap olunan poemaları, şerləri toplanıb. 35 dilə tərcümə olunub, 40 ölkədə yayılıb. Ömrünün son illərində ona ABŞ ədəbiyyatşünasları çox maraq göstərib. “Dünyəvi səya­hət” “Kosmorama” kitabları bir-birinin ardınca çap olunub. “Dünya üçün simfoniya” kitabına görə Amerika Bioqrafik İnstitutu ona 1997-ci ilüçün “ilin adamı” adını” verib. Şair üç dəfə Nobelə namizəd görülüb. 50 beynəlxalq mükafatın, o cümlədən Eynşteyn adına dünya mükafatının və BMT-nin dünya mükafa­tının laureatı, dünyada ən çox tərcümə olunan şair hesab edilir.

Qərb şairləri onu şərqli olduğuna və qərb sivilizasiyasını kor­ko­ranə qəbul etmədiyinə görə sevmədilər. Çünki qəbul etməmək özlərinə aid olmalı idi, yadlara yox. Şərq isə onu Qərb mədəniy­yətinə yaxın olduğu üçün sevmədi. Nəticədə ona körpü olmaq düş­dü. Bu isə o deməkdir ki, səndən keçirlər, həm də ayaqlayırlar.

Şair həmişə vətənə dönəcəyini bilirdi, lakin Londonun ano­nimliyi onu qane edirdi. Çünki London tənhalıqdan qorxma­yan­­lar və özü ilə söhbətdən çəkinməyənlər üçün gözəl sığınacaqdır. Osman Türkay Londonda qalmasını belə izah edirdi: “Burda insan istəsə hər zaman tək qala bilər. Kıbrısda dostlar və qohumlar qapında sonsuz təbil çalacaqlar, məhz həmin vaxt ki, insan yazır, ilhamı isə qaçırtmaq elə asandır ki!”


Müəllifdən: kitab mətbəədə olarkən Osman Türkayın dünyasını dəyişdiyini eşitdik. Qəzetlər və radio-televiziya “3-cü minilliyin lap başlanğıcında poeziyanın sonuncu imperatoru»nun dünyadan köçdüyünü xəbər verdilər.

İsmail Bozkurtla tanışlıq
Kıbrısa ilk səfərimiz qısa olduğundan və rəsmi xarakter daşıdıüğından, ədəbiyyat və mədəniyyət xadimləri ilə görüşüb söhbətləşə bilmədiyimiz kimi, bu yerləri örəyimizcə gəzib-dolaşıb təbiətini, abidələrini də görə bilməmişdik. Xoş bir təəssüratla ayrıldıüğımızdan buraya bir daha dönməyi arzulayırdıq.

Bəlkə buna görə, 1995-ci il9-11 Haziranda Kırıkkaledə keçirilən “Dünya Hoşgörü Manas Abay yılı” başlıqlı “VII Uluslararası Türk Halk Edebiyyatı Semineri ve I Uluslararası Türk Dünyası Külüör Kurultayı”nda Kıbrısdan gəlmiş İsmail Bozkurtu, Harid Fedai və Mahmut İslamoğlunu doğmalarım kimi qarşıladım. Onlar da buna təəccüblənmədilər. Elə bil 30-40 ilin tanışı idik. İ.Bozkurt “Kıbrıs Türklerinde dastan geleneği”, H.Fedai “Konyalı Aşıq Şeminin bilinmeyen bir dastanı: Elifname”, M.İslamoğlu “Kıbrıs Türklerinde eskiden günümüze Nevruz ve ya Mart Dokuzu etkinlikleri”, mən isə “Dastanlarımızın quruluşu” mövzusunda çıxış edirdik.

Fasilələrdə, süfrə arxasında, gah Kıbrısda, Azərbaycanda, gah da dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın taleyindən söhbət gedirdi. Məni ən çox Kıbrısın çətin günləri — 1974-cü il maraqlandırırdı. Mahmut bəy söhbətin mövzusunun tez-tez həmin günlərə gəldiyini görüb: “O günlərin acısını da, hünərini də yaşayan ailələrdən biri İsmail bəyin ailəsi olub. Özü isə həmin günlərdə komutan idi. Xatirələrini çözələsən çox şey öyrənərsən” — dedi.

İsmailbəy bu söhbətləri çox sakit qarşıladı. Az danışan, bir az da qaraqabaq görünüşlü bu adam “Yusufçuklar oldu mu?” romanına “Sayın Ali Şamilov’a sevgi ve kardeşlikle. 9.8.1995”, “Mangal” romanına isə “İsmail Bozkurt’dan sayın Ali Şamilov’a sevginin ve kardeşliğin hep var olması dileği ile... 9.8.1995.” yazıb mənə bağışladı. Biz iyunda, yəni altıncı ayda görüşsək də İsmailbəy avtoqrafda səkkiçinci ayı göstərmişdi. Bu yanlışlıq həmin an nə İsmailbəyin, nə də mənim diqqətimi çəkməmişdi. Bakıya gəlib kitabı oxumaq istəyəndə onu gördüm.



Yusufcuklar oldu muу? Kitabinin son səhifəsindəki İ.Bozkurtun dostluq

шаржы”

Mahmut İslamoğlunun avtoqrafla mənə baışladığı folklora aid kitabını isə Bakıya gələndə tələbəlik illərindən Tanıdığım, millətçi bir insan kimi sevdiyim rəhmətlik Taner Əliyevə radioda veriliş hazırlamaq üçün verdim. Ondan da kitabı kim aldısa, bir daha geri qaytarmadı.

İsmail Bozkurtun “Yusufçuklar oldu mu?” romanının cildinin arxasında yazıçının dostluq şarjı və Atilla Özkırımlının aşağıdakı qeydləri verilib:

İsmail Bozkurt, Kıbrıs’ta etkin görevlerde bulunmuş bir politikacı ve devlet adamı. Lefkoşa, Geçitkale, Boğaziçi bölgesi Mücahit komutanlıkları, Türk Cemaat Meclisi ve Toplumcu Kurtuluş Partisi başkanlıkları, Kültür ve Turizm Bakanlığı geçmişteki bu görevlerinden birkaçı. Ayrıca makale ve denemeleriyle kendini Kıbrıslı okurlara kabulettirmiş bir yazar.



Türk okuru, daha önce Cem Yayınevi’nde yayımlanan “Kızılmey­dan­da bir uçak” (1987) adlı kitabıyla tanımıştı İsmail Bozkurt’u. Bu kez Yusufçuklar oldu mu? adlı bir romanla çıkıyor Türk okurunun karşısına Bozkurt. Yine aynı yalın ve içten anlatımıyla.

Yusufçuklar oldu mu? bir aydının romanı. İyi yetişmiş, sorum­lu­luklarının bilincinde, namuslu bir aydının... Aynı zamanda Kıbrıs’ta yaşanan olayların insan dünyasına yol açtığı yıkımları, küçük hesablara dayalı siyasal çekişmeleri ve toplumsal çalkalan­tıyı da başarıyla betimliyor İsmail Bozkurt. Romanın baş kişisi Ke­mal’ın bireysel hesaplaşması, sonuçta Doğruyu arayan bir aydının hesaplaşmasına dönüşüyor. İlk olmasına karşın belirli bir düzeyi tuttura bilmiş, rahatça okunan bir kitap Bozkurt’un yaptığı...”

Gəncliyində Mücahit komutanı olan İsmailbəyin dolu gövdəsi rəssamın da, dostlarının da zarafat mövzusu olub. Kıbrısda olduğum günlərdə zarafatı (şakanı) çox sevdiklərini gördüm. Əsas konuları rumlarla birgə yaşadıqları dönəmi kapsıyor.

Məsələn: “Bir gün yolpolisi işləyən Mustafa küçə hərəkəti qaydalarını pozanı Rumlu sürücünü saxlayıb ona qızır və cəzalandırmaq üçün sənədlərini alır. Sürücünün soyadını oxuyur və hirslə deyir: “Səbeş! Bu nə soy adıdır?”



Sürücü halını pozmadan deyir: “Mustafa abi, Dübirdən səbeş çoxdur ki!”

Mustafa sürücünün onu tanıdığını, hətta incə yumorla Dübir soyadına məharətlə sataşdığını görüb hazırcavab­lığından xoşlanaraq onun sənədlərini geri qaytarır”.

1998-ci ilKomrat Universitetində III Halklararası Qaqauz Kültür Simpoziumunun iştirakçıları. Birici sırada sAğdan ikinci İsmayılBozkurt.

İsmailbəylə, Harid bəylə, Mahmut bəylə Bakıda, Kıbrısda tez-tez görüşmək, əlaqələri genişləndirmək arzusu ilə Kırıkkaledə ayrıldıq. Lakin arzularımızı gerçəkləşdirmək o qədər də asan olmadı. İsmail Bozkurtla bir də üç il sonra Komratda (Moldaviya Respublikasındakı Qaqauz Yeri Muxtar Cümhuriyyətinin Mərkəzində) görüşə bildik. O da 1998-ci ilin 5-7 Kasımında Komratda keçirilən III Halklararası Gagauz Kültür Sempozyumuna “Bir Kıbrıslı Türkün gözünde Gagauzlar” məruzəsiylə qatılmışdı. Moldovada havanın soyuq olacağını Ağlına gətirməyən İsmail Bozkurt yöüngül geyimdə gəlmişdi. Qaldığı hoteldə yaxşı qızdırılmırdı. Soyuqlayacağından ehtiyat edirdik. Qaqauz şairəsi Tudora Arnaut anasının yundan toxuduğu corabları verdi ki, heç olmasa geyib ayaqlarını isitsin. Uşaq kimi utancaqlıqla almaq istəmirdi. Tahir Kutsi Makal və başqa dostlarının təkidindən sonra corabları götürdü.



II Uluslararası Kıbrıs

Araşdırmaları Konqresində
Komratdakı simpoziumdan 20 gün sonra İsmail Bozkurtla yenidən görüşdük. Bu dəfə Kıbrısın Gazimağusa şəhərində II Uluslararası Kıbrıs Araşdırmaları Konqresində. Konqresi Doğu Akdeniz Üniversitesi ilə İsmail Bozkurtun başkan olduğu Kıbrıs Araşdırmalar Mərkəzi hazırlamışdı.

Konqresə dünyanın 20-yə yaxın ölkəsindən 200-dən çox araşdırıcı qatılmışdı. Konqresin qurucuları bizi gecə “Ercan” hava limanından alıb Gazimağusa şəhərinə – Doğu Akdeniz Üniversitesinin yerləşdiyi şəhərə gətirdilər. Qonaqlar müxtəlif hotellərdə yerləşdirilirdi. Azərbaycandan gedənlər – Bakıdakı Asiya Univer­si­tetinin rektoru, Prof. Dr. Cəlil Qərib oğlu (NAğıyev), Türkoloq, filologiya elmləri namizədi Tamella Əliyeva, filologiya elmləri namizədi Güllü Yoloğlu və mən “Palm Beach” hotelində yerləş­dirildik. Ağ dənizdən doğan Günəşin şəfəqləri məni yuxu­dan oyatdı. Durub balkondan dənizə xeyli tamaşa etdim. Hotellə balaca çimərliyin solundakı, dənizin içərisinə Doğru uzanan qayalıq mənə tanış gəldi. Aşağı endim. Axşam qaranlığında, yorğunluqdan haraya gəldiyimizə diqqət yetirməmişəm.



Palm Beach” otelinin eyvanında bir axşam söhbət – soldan:

Komrat Dövlət Universitetinin rektoru Stephan Varban, Türkiyə folklor araştırmaları Kurumunun başkanı Ürfan Nasrettinoğlu, Əli Şamil və

Asiya Universitetinin rektoru Cəlil Nağıyev.
Arif Rəhimoğlu ilə 1992-ci ildə Kıbrısa gələndə bu hotelin açıq havadakı restoranında bizə gözəl bir qonaqlıq vermişdilər. Onda balaca çimərlik zolağında, necə deyərlər, iynə atsaydın adam əlindən yerə düşməzdi. Avropanın müxtəlif ölkələrindən, Kanadadan, ABŞ-dan, hətta uzaq Avstraliyadan gəlmiş turistlər burada çimir, Günəşlənir, ailələri ilə dincəlirdilər.

Gəzə-gəzə şəhərin Maraş adlandırılan bölgəsini seyr etməyə getdim. Qaldığımız hoteldən o qədər də uzaq olmayan Maraş qəlbimdə bir sızıltı, ağrı qoymuşdu. Bir zamanlar adanın bəlkə də ən gur yeri bura imiş. Dünyanın hər yerindən axın-axın gələn turistlər burada dincəlirmişlər. Çoxmərtəbəli hotelləri, restoran­ları, kazinoları və başqa əyləncə yerləri, bərq vuran reklamları ilə insanlara gəl-gəl deyən bu yerlər 1974-cü il olaylarından sonra xarabalığa çevrilib. 6 hektara yaxın sahə taxta hasarla çevrələnib. BMT Təhlükəsizlik (Əmniyyət) Şurası Qüvvələrinin nəzarəti altındadır. Küçənin ortasından asfaltı yarıb çıxan pöhrələr qollu-budaqlı ağaclara çevriliblər. Hər yeri kol-kos basıb. Binalar miskin bir görkəmdədir. Rum tərəfi ilə razılığa gəlmək mümkün olmadığından, adaya ildə xeyli xeyir verə bilən bölgə bu vəziyyətdədir.



5-10 addım o tərəfdə isə həyat qaynayır. İnsanlar elə bil ötüb keçənləri unutmuşdular. Səliqə-səhmanıyla göz oxşayan bir şəhərin qoynunda xarabalığın varlığına üzülməyə bilmirsən. Şəhərin küçələriylə addımladıqca abadlıq sanki mənə də Maraşın xarabalıqlarını unutdurur. Dodaqaltı Bedia Balsesin “Mağusa” şerini pıçıldayıram. Şer şairin soyadı kimi ruhuma hopur:

Gazımağusada Lala Mustafa Paşa gəmisi (Kıbrısda da Türkiyədə olduğu kimi minarəli məscidlərə cami, minarəsialərə isə məscid deyilir.) St.Nikolas katedralı kimi tikilə

N bu kilsə 1571-ci ildən Sinan Paşa tərəfindən qüllələri minarəyə, içərisi mehraba uyğunlaşdırılıb gəmiyə çevrildi və Kıbrısı fəth edən sədrəzəm Lala Mustafa Paşanın adı verildi.Onun qəbri isə İatanbuldadkı Əyyüb sulatn yanındadır.

Heybetli surların dayanamadı savaşa

Nice fetihlere göğus gerdin

Nice kanlar döküldü de uğruna

Altı harfli bir sevdaya yenik düştün Mağusa

Güldüğüm, Ağladığım, sevdiğim şehir

Sen çocukluğumun en güzel oyuncağı

Sen ilk aşkımın sıcak bakışı

Sen alın terim, param, emeğim

Seninle ne sırlar paylaştık

Yanarken ağaçlar Beşparmak’larda

Biz kayıp sevdalarımıza ağladık

Kimseye söyleyemedik Mağusa

Her tüten sabah kahvesinde tadını aldım

Seni,

Yorgun mesai çıkışları

Elektriksiz sokaklarınla sevdim.

Sıradan insanların gözleriyle

Hiç bakmadım sana
Ne olur kızma

Aşıklar yolunu unuttum

Kumralsaçlı bir coçuğun yolunda

Sana yalan söyleyemem

Bir onu sevdim senden fazla
Şimdi kazandığımız zaferler hatrına

Yenik sevda şiirlerimi ne olur hatırlatma

Haydı aç kapını, aç Mağusa

Varmısın sevmek için

Yeniden başlamaya.

Doğu Akdenİz Ünİversİtesİ
Quzey Kıbrısda bir neçə özəl universitet olsa da, bizi konqreyə dəvət edən Doğu Akdeniz Üniversitesi dövlət müəssisəsidir. 1979-cu ildən fəaliyyətə başlayıb, yarandığı ilk gündən burada da təhsil yuxarıda deyildiyi kimi ingiliscədir. Son illər proqramda Türk dilinə və Türk xalqları ədəbiyyatına da yer ayrılıb. 1998-ci ilədək Universiteti 6500 gənc bitirib. Hazırda isə 54 ölkədən 11300 nəfər təhsilini davam etdirir. Professor-müəllim heyəti yalnız Quzey Kıbrıslılardan formalaşdırılmayıb. 31 ölkədən 800-dən çox mütəxəssis dəvət edilib. Bu cür çox millətli, çox dilli, çox dinli və çox mədəniyyətli bir toplumu idarə etmək nə qədər çətindirsə, burada təhsil almaq bir o qədər maraqlıdır. Belə ki, uzaq-uzaq ölkələrə səyahət etmədən oralardan gəlmiş insanlar vasitəsilə bilgi almaq mümkündür. Dərslərdə hamı ingiliscə danışsa da, dəhlizlərdə, kitabxanalarda, çayxanalarda, yemək­xanalarda, yataqxanalarda çeşid-çeşid dillərdə danışılır. Univer­sitetə həsr olunmuş bir kitabçada bu çox dillilik, çox mədə­niyyətlilik barədə belə yazılır: “Fikirlerin özgürce tartışıldığı, bilimsel yaşam heyecanının beraberce paylaşıldığı bu ortam, Eğitimin bütün renklerini yansıtır”.

Doğu Akdeniz Üniversitesi dünyanın bir çox ünlü universitet­ləri ilə yaratdığı ortaq araşdırma projeləri, öğrənci mübadiləsi proqramlarıyla diqqəti çəkir. Universitetin kitabxanası zəngin kitab fondu və müasir texniki avadanlıqları ilə seçilir. Belə ki, kitabxanada 100 minə yaxın kitab, jurnal, sənəd və s. var. Buraya hər ilminə yaxın qəzet, jurnal daxil olur. Fakültələrdə, araşdırma mərkəzlərində qurulmuş bilgisayarların vasitəsilə Mərkəzi kitabxananın fonduna daxil olub istədiyin kitabla tanış ola bilər və istədiyin səhifələrin surətini çıxara bilərsən.

Universitetdəki araşdırma mərkəzləri bir növ bizim elmi-tədqiqat institutlarını xatırlatsa da, fərqli cəhətləri çoxdur. Belə ki, bu araşdırma mərkəzlərində mövzu götürmək, elmi iş yazıb müdafiə etmək və s. mümkün deyil. Universitetdə 14 belə araşdırma Mərkəzi olduğunu söylədilər. Onların da ən fəal və diqqəti çəkəni Kıbrıs Araştırmalar Merkezidir. Avropa Araştırma və İnformasyon Merkezi, Bilgi Texnolojileri Araştırma ve Gelişdirme Merkezi, Deniz Bilimleri Araştırma ve Geliştirme Merkezi, Kadın Araştırmaları Merkezi və başqaları gördükləri işlərlə diqqəti çəkir.

Universitetlərdə fakültələr də bizdə olduğundan fərqlidir. Belə ki, tibb, hüquq fakültələrinin hər birinin yalnız bir bölümü olduğu halda, mühəndislik fakültəsinin 6, işlətmə və ekonomi fakültəsinin 5, fənn və ədəbiyyat fakültəsinin 8 bölümü vardır. Kimya, fizika, matematik və bilgisayar öğrətmənliyi, uyqulamalı matematik və bilgisayar bilimləri, arxeoloji və sənət tarixi bölümləri, fənn və ədəbiyyat fakültəsinin tərkibindədir. Memarlıq fakültəsinin iki — memarlıq və iç memarlıq bölümləri var. İnşaat mühəndisliyi bölümü isə, bizdəki kimi memarlıq fakültəsinə deyil, mühəndislik fakültəsinə daxildir. İlətişim fakültəsinin üç bölümü — radio-TV-sinema, qəzetəçilik, xalqla ilişkilər və reklamçılık bölümləri var.

Doğu Akdeniz Üniversitesinin yeddi fakültəsindən əlavə iki yüksək okulu da var. Turizm ve hotelçilik, bilgisayar ve texnoloji yüksək okullarında yeddi bölüm fəaliyyət göstərir.


DAĞ-də tədris korpuslarından biri.
Gazimağusa şəhərinin üç kilometrliyində yerləşən Doğu Akdeniz Üniversitesinin ətrafı da tarixi abidələrlə zəngindir. Antik Salamis şəhərinin qalıqları, Venediklərin ucaltdıqları qala divarlarının qalıqları, Şekspirin məşhur “Otello” faciəsinin adı ilə bağlılığı güman edilən Otello qalasının, eləcə də bürünc dövrünə aid Engomi və St.Barnabas monastırı və kral məzarlıqları da universitetin binalarının pəncərələrindən görünür. Doğu Akdeniz Üniversitesi 60 hektara yaxın sahəni abad edən bir şəhərcikdir. Özünün restoranları, mağazaları, idman salonu, üzgüçülük hovuzu, gəzinti və istirahət guşələri olan gözəlbir şəhərcik. Burada 37 yaraşıqlı bina müəllim və tələbələrin ixtiyarına verilib. İstər tədris binaları, istər yataqxanalar əsasən 3-4 mərtəbəlidir.

Müəllim və tələbələrin dərsdən sonrakı vaxtlarını keçirmələri üçün tennis, futbol, voleybol, basketbol, həndbol, kriket, dağçılıq (alpiniçm), qəzetəçilik, fotoqrafçılıq, musiqi, kino, teatr, folklor və s. yönlü klublar var. Bunların sayı 41-dir. 1998-ci iliyulun 25-də 3550 yerlik İdman Sarayının açılışında iştirak edən Türkiyə Cümhuriyyətinin cumhurbaşkanı Süleyman Demireldemişdir: “DAÜ’nün büyüyüp gelişmesini yerinde görmek beni gururlandırmıştır. Doğu Akdeniz Üniversitesi’nin uluslararası alanda ve bölgede akademik çalışmalara önemli ölçüde katkıda bulunabilecek bir konuma geldiğini böyük bir memnuniyetle görüyorum.






DAĞ yaxınlığında Otello qalası.

Doğu Akdeniz Üniversitesi’nde öğrenim gö­ren gencler ve bu üniversiteden mezun olan değerli mezunlar, bu üniversiteye mensup ol­maktan gurur duymalı. Burada gerçekten Doğu Akdeniz’in en güzel, en böyük ve en itibarlı Eğitim kültür merkezlerin­den birisi olan ilim ve irfan yuvası meydana gel­mişdir. Daha şimdi­den, dünyada itibar sa­hibi olan DAÜ’nün önü­müzdeki yıllarda çok daha gelişeceğine ve itibarını sür­düreceğine inanıyorum.”

Universitet radiosunun yayınlarını yalnız universitet şəhərciyində olanlar deyil, ətraf bölgələrin sakinləri də maraqla dinləyirlər.

Universitetdə təhsil pulludur. Hər tələbə ildə 3350 ABŞ dolları ödəməlidir. Bundan əlavə, Bəzi fondlar və s. üçün də az miqdarda pul alınır. Bütün xərclər üst-üstə 3500 dolları keçmir. Tələbələri yaxşı oxumağa həvəsləndirmək üçün təqaüdlər (burslar) ayrılıb. Məsələn, “DAÜ-1. Teşvik Bürosu” adlandırılan təqaüdə sahib olan tələbə təhsil xərcindən tam azad olmaqla yanaşı, iki nəfərlik yataqxanadan da pulsuz istifadə edir. Bundan əlavə ona ilin on ayında ayda 200 dollar xərclik verilir. Dərs kitablarını pulsuz alır. İldə iki dəfə Kıbrıs-Türkiyə təyyarə reyslərinə gediş-gəliş bileti alır.

DAÜ-2. Teşvik Bursu”nu alan tələbə isə kitab və təyyarə biletindən başqa birinci teşvik bursunun hüquqlarından tam istifadə edir.

Bundan əlavə, universitetin “Başarı Bursu”, “Yüksek Şeref Bursu”, “Başarılı Sporcu Bursu” adlı təqaüdləri də vardır. Tələbələr üçün 3-ü şəhərdə, 9-u isə universitet şəhərciyində olan 12 yataqxana tikilib. İsti-soyuq suyu, hər cür şəraiti olan bu yataqxanalarda aylıq kirayə 40 dollardan 180 dollaradəkdir. Bu yataqxanalarda 2000 tələbənin yaşaması üçün gözəl şərait var. Bundan əlavə, universitet tələbələrə şəhərdə mənzil tutmağa da yardım edir. Belə mənzillərin kirayə haqqı adətən 200-250 dollar olur.

Yataqxanalarda tələbələrin öz otaqlarında xörək bişirmələ­rinə, çay qaynatmalarına və s. icazə verilmir. Hər korpusda yeməkxana-çayxana və s. var. Buradakı qiymətlər şəhərdəki eyni tipli müəssisələrdən çox ucuzdur.

Universitet şəhərciyindən Gazimağusanın müxtəlif guşələrinə gedənlər universitetin avtobuslarının xidmətindən pulsuz istifadə edirlər. Bələdiyyənin və özəlsektorun avtobuslarından istifadə isə pulludur.

Hava mülayim olduğundan tələbələrin yoxsul-varlılığı o qədər hiss edilmir. Yəni qalın və isti geyimlərə, xəz paltarlara, isti çəkmələrə ehtiyac duyulmur. Bu yerlərdə təbiət tələbələri belə qiymətli paltarlara pul xərcləməkdən azad edib.

Burada olarkən eşitdiyimiz bir fakt da bizi sevindirdi. Universitetin himnini Azərbaycanlı bəstəçi Faiq Söcəddinov yazıb. O, üç ilə yaxındır Universitetedə bölüm başkanıdır.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin