Щюрмятли гонаглар, щюрмятли р-щ биз Сизя е-няшриййат технолоэийаларынын бир нцмуняси олан вя дцнйада эениш истифадя олан Адобе


II. Elmi-praktiki fəaliyyət, tətbiqi işlər və konsaltinq xidmətləri



Yüklə 10,5 Mb.
səhifə2/3
tarix01.01.2022
ölçüsü10,5 Mb.
#102793
1   2   3
II. Elmi-praktiki fəaliyyət, tətbiqi işlər və konsaltinq xidmətləri


  • Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nda (Elektron Azərbaycan) icrası instituta tapşırılan elmi-praktiki işlər yerinə yetirilmişdir

  • 2008-2012- ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” üzrə instituta tapşırılan elmi-praktiki işlər yerinə yetirilmişdir

  • Azərbaycan Respublikasında Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nda icrası instituta tapşırılan tədbirlərin yerinə yetirilməsi üzrə işlər aparılmışdır





  • Məşğulluq strategiyasının icrası üzrə 2007-2010-cu illər üçün Dövlət Proqramı”nda “Əmək bazarının İnformasiya texnologiyaları mütəxəssislər seqmentində tələb və təklifin tədqiqi və müvafiq təkliflərin hazırlanması” istiqamətində müvafiq layihə həyata keçirilmişdir

  • 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına (2008-2010) müvafiq olaraq “İnnovasiya siyasətinin müəyyənləşdirilməsi və informasiya cəmiyyətinin qurulması” problemləri üzrə elmi-tədqiqat işləri aparılmışdır

  • 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş elmi-praktiki işlər yerinə yetirilmişdir

  • AMEF, AMEA və ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu (MTİF) tərəfindən maliyyələşdirilən «Biometrik texnologiyaların təhlükəsizliyinin qiymətləndirilməsi və test edilməsi» qrant layihəsi üzrə işlər yerinə yetirilmişdir


İnstitut “Giriş-çıxış və qeydiyyat” İAMAS Əlaqələndirmə Şurasında təmsil olunur



  • Bir qrup mərkəzi icra hakimiyyəti orqanı üçün informasiya təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərilmiş və elmi-metodiki dəstək verilmişdir

  • “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası”na təkliflər işlənmişdir

  • İnternet Beynəlxalq kompyuter şəbəkəsinin Azərbayсan qovşaqlarının inkişaf etdirilməsi üzrə aşağıdakı işlər yerinə yetirilmişdir:

  • AMEA-nın korporativ şəbəkəsinə qoşulmuş institutlarda ümumilikdə 68 kompyuter üçün kabelləşdirilmə işləri aparılmış və onlar İnternet şəbəkəsinə qoşulmuşlar

  • AMEA İnternetin I Azərbayсan qovşağına 8 yeni abonent telefon xətti vasitəsi ilə Dial-Up rejimində İnternet şəbə-kəsinə qoşulmuşdur

  • AMEA Fiziologiya İnstitutunda 5 mərtəbəli binanı əhatə edən 14 kompyuterdən ibarət lokal kompyuter şəbəkəsi yaradılmış, sazlanmış və BRX vasitəsilə AMEA-nın İnternet şəbəkəsi qovşağına birləşdirilmişdir

  • AMEA Botanika və Mikrobiologiya İnstitutlarında yaradılmış lokal kompyuter şəbəkələrinin BRX vasitəsilə AMEA-nın İnternet şəbəkəsi qovşağına birləşdirilməsi üçün əlaqə xətləri ayrılmış, modemlər qoşularaq sazlanmışdır

  • AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 4 mərtəbəli binanı əhatə edən 12 kompyuterdən ibarət lokal kompyuter şəbəkəsi sazlanmış və BRX vasitəsilə AMEA-nın İnternet şəbəkəsi qovşağına birləşdirilmişdir

  • AMEA-nın əsas binasının təmiri ilə əlaqədar 11 mərtəbənin bütün otaqları nəzərə alınmaqla lokal şəbəkənin yenidən qurulması layihəsi işlənilmişdir

  • AMEA İnternetin Azərbaycan qovşaqlarının infrastruktu­runun genişləndirilməsi, onların funksional imkanlarının artırılması və monitorinqin təkmilləşdirilməsi üzrə aşağıdakı işlər yerinə yetirilmişdir:

  • İstifadəçilərin kompyuterlərindən şəbəkəyə hücumların qarşısını almaq üçün şəbəkə üzrə bütün kompyuterlərə sabit İP ünvan verməklə onların statistikası - Stiker cədvəli tərtib edilmişdir

  • Server və istifadəçi kompyuterləri üçün Trend Micro antivirus proqram təminatı quraşdırılmışdır. Bunun üçün ayrıca server kompyuterində Windows-2003 server proqram təminatı quraşdırılmış və onun üzərində Trend Micro antivirus proqram təminatı sazlanmışdır

  • “Virtual İpək Yolu” layihəsi üzrə işlər davam etdirilmişdir

  • AMEA İntranet abonentləri üçün texniki, proqram xidmətləri və başqa servislərin təşkili işlərinin yerinə yetirilməsi zamanı

AMEA abonentləri tərəfindən nasazlığın aradan qaldırılması, şəbəkənin sazlanması və qurulması üçün il ərzində 1360-a yaxın müraciətlər daxil olmuş və onlar icra olunmuş, 24 saatlıq iş rejimi üçün növbətçilik təşkil edilmişdir



  • AMEA-nın institut və təşkilatlarına məxsus olan 100 ədəd fərdi kompyuterdə təmir-sazlama və onların texniki imkanlarının artırılması və yeni proqramların instalizasiyası, 200 ədəd fərdi kompyuterdə əməliyyat sistemi (Windows 98, 2000, XP, 2003), tətbiqi proqramlar (MS Office – 2000, 2003, 2007) və antivirus proqramlarının (NOD32, Kasperski, Trend Micro və s.) instalizasiya işləri yerinə yetirilmışdir

  • Ali Attestasiya Komissiyasında kompyuterlərə (16 ədəd) əməliyyat sistemi və tətbiqi proqramlar instalizasiya edilmişdir

  • İ CS-telecom6.++ proqram təminatı əsasında TELERADİO İB-də əlavə işçi yerlərinim yaradılması layihəsi yerinə yetirilmişdir




  • “Aztelekom” İB ilə təklif olunan yeni işlərin texniki şərtləri işlənmişdir










  • İCS-telecom6.++ proqram təminatının tətbiq sahələrini genişləndirmək üçün yeni rəqəm xəritəsinin işlənməsi layihəsi yerinə yetirilmişdir

  • “ATLAS-3000” tipli mobil radiomonitorinq stansiyanın tələblərinə uyğun olaraq Respublika ərazisinin elektron xəritələr bazasının hazırlanması və onun stansiyaya inteqrasiya olunması üzrə layihə yerinə yetirilmişdir

  • Mərkəzləşdirilmiş Ödəniş Sisteminin AZƏRİQAZ seqmentinin yaradılması üçün layihə təklifi hazırlanmışdır

  • A zərbaycan Dövlət Teleqraf Agenliyi - AzərTac üçün “Kadrlar Korporativ İnformasiya Sistemi” hazırlanmış və istifadəyə verilmişdir

  • W ikimedia Foundation Inc. (http://wikimediafoundation.org) təşkilatının təyinatı ilə Azərbaycan bölməsinə administratorluq həyata keçiril­mişdir və bu statusda məqalələrin zənginləşdirilməsi, redaktəsi və nəzarəti işləri aparılmışdır



  • V ikipediya və digər Viki-layihələrdə (VikiLüğət, VikiSitat, VikiMənbə, VikiKitab, Commons) yeni kateqoriyalar, məqalələr yaradılmış, şəkil, audio və video-fayllar daxil edilmişdir

  • “IEEE Transactions on Knowledge and Data Engineering” jurnalından göndərilmiş “Evolutionary Discovery of Rhetorical-Level Knowledge from Natural-Language Texts” məqaləsinə rəy verilmişdir




  • “İntellektual kütləvi informasiya xidməti sistemi”nin yaradılması üzrə işlər davam etdirilmişdir




  • İnstitut əməkdaşlarının elmi əsərlərinin www.kitab.azwww.wikipedia.org saytlarında yerləşdirilməsi üçün işlər aparılmışdır

  • PCİ-2008 “Kibernetika və infor­matika problemləri” Beynəlxalq konfransının www.pci2008.science.az

saytı yaradılmış və administrasiyası həyata keçirilmişdir

  • A zərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az ünvanlı İnternet səhifəsinin yaradılması işləri həyata keçirilmişdir




  • Uşaqlar üçün İnformatika ensiklope­diyasının Azərbaycan nəşri hazırlanmışdır




  • Azərbaycan Milli Ensiklopediyasının “A” hərfi ilə başlayan ümumi sözlüyünün layihəsi araşdırılmış, rəy və təkliflər təqdim olunmuşdur

  • “Azərbaycanda informatikanın tarixi” kitabının hazırlanması-na dəstək verilmişdir.




Yüklə 10,5 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə