Standartların və normativ sənədlərin
hazılanması texnologiyası
mühazirə
“Standartların işlənmə qaydaları”
Respublikamızda standartlaşdırma, metrologiya və məhsulun keyfiyyəti
məsələləri ilə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi
məşğul olur. Ölkə iqtisadiyyatında ölçmə işinin yaxşılaşdırılması və onun idarə
edilməsinə məsuliyyət daşıyır. Bu işin yerinə yetirilməsi üçün komitə nəzdində
texniki komitələr yaradılır. Bu texniki komitələr standartların və NTS-lərin
işlənib, onların metroloji ekspertizasını komitə nəzdində fəaliyyət göstərən
elmi-tədqiqat instutları, laboratoriya və mərkəzlərinin köməyi ilə aparır.
Hər bir standartın işlənməsi sənayenin tələbləri ilə məqsədəuyğunluğu
araşdırılmalı, onun iqtisadi effektliyi hesablanaraq onun işlənməsi barədə plana
uyğun qərar qəbul edilməlidir. Standartların işlənməsi də elm-texnikanın
nailiyyətləri, xarici ölkə yeniliklərinin tətbiqi, standartlaşdırma məhsul üzrə
patent təmizliyi məsələləri həll edilməlidir. Standart, standartlaşdırılan obyektə
kompleks norma və qaydaları müəyyən edilən və səlahiyyətli orqanlar
tərəfindən təsdiq edilən normativ texniki sənəddir. Standartlar, məhsul ilə
yanaşı xidmət işləri üçün də işlənib hazırlanır. Standartlar təcrübi-konstruktor
texnoloji təşkilatlar elm və texnika sahəsində çalışan mütəxəssislərin iştirakı ilə
hazırlanır. Standartların işlənmisində, razılaşdırılması, təsdiqi və s.
proseslərində texniki komitələrin səlahiyyətli nümayəndələri iştirak edir.
Texniki
komitəyə
söylənilənlərdən əlavə məhsul sifarişləri ictimai
təşkilatlarının nümayəndələri təhlükəsizlik və ekologiya üzrə mütəxəssislər də
iştirak edirlər. Hər bir standartların işlənməsi təşkilati cəhəttən onların bütün
kateqoriyaları üçün aşağıdakı əsas 4 mərhələ qəbul edilir:
1. Standartların, texniki tapşırıqlarının işlənməsi - Texniki tapşırıqda
standartlaşdırılan məhsul haqqında bütün məlumatlar göstərilir. Layihənin
iqtisadi effektliyi hesablanaraq onun məqsədəuyğunluğu təsdiq edildikdən
sonra standartların işlənməsi prosesi aparılır.
2. Standart layihənin birinci redaksiyasının işlənməsi və rəyə gön-
dərilməsi. Texniki tapşırıqların tərtibində standartların rəyə göndəriləcək
müəssisə və təşkilatların siyahısı göstərilir.
3. Rəylərin analizi və standartların axırıncı redaksiyasının işlənməsi.
4. Standartların hazırlanması, razılaşdırılması və təsdiqə verilməsi.
Bu mərhələlərdən əlavə standartların edilməsi və reyestrindən keçməsi
prosesi aparılır. Son nəticədə layihə edilən standartın nəşri aparılır. Standart-
ların işlənməsində texniki komitələrin nəzdində başqa təşkilatlar fəaliyyət gös-
tərir. Bu bazalar standartlaşdırma komtəsi nəzdində və ya nazirlik və sahələr
üzrə baş idarələrdə yaradılır. Standartları işləyən təşkilatların üzvləri ixtisaslaş-
dırılmış mütəxəsislər olub bir və ya bir neçə qrup şəklində birləşərək standart-
ların işlənməsini həyata keçirirlər.