T. X.Əliyev 1, S. M.Şahbəndəyev



Yüklə 361,02 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix08.06.2022
ölçüsü361,02 Kb.
#116740
  1   2   3   4
tikilecek erazilerde zelzelelerin dioqnozu



137 
ZƏLZƏLƏ ƏRAZİLƏRİNDƏ TİKİLƏCƏK BİNA VƏ QURĞULARA
SEYSMİK DİAQNOZ QOYULMASI 
 
T.X.Əliyev
1
, S.M.Şahbəndəyev

 
 
1. AzMİU “İnşaat mexanikası” kafedrası, AMEA RSXM, 
2. “S.MODUS” MMC, baş konstruktor, shaxsahrad@gmail.com 
 
Məqalədə seysmik proqnozun hazırda mümkün olmaması şərh edilir. Ona görə də seysmik 
məkanda tikiləcək bina və qurğulara seysmik diaqnoz qoymaqla onların zəlzələyə davamlılığını 
təmin etmək fikri irəli sürülür. Bunun üçün binaların yerləşdiyi məkanın kinematik və dinamik 
parametrlərini öyrənib, eləcə də bina və qurğuların həmin parametrlərini təyin edərək, onların 
uyğunluğunu aradan qaldırmaq lazımdır. Bu halda, əlbəttə, düzgün seysmik diaqnoz qoyulmuş 
bina həmin məkanda özünü təhlükəsiz hiss edəcəkdir. O da bəllidir ki, biz seysmik məkanın 
xarakteristikalarını dəyişdirə, idarə edə bilmədiyimiz halda binanın bu xarakteristikalarını 
idarə edə, dəyişdirə bilərik. Bu tədqiqatı biz, kompleks, universal kompüter proqramı (İng+) 
vasitəsilə, bizim verdiyimiz metodika əsasında aparmışıq. Həmçinin müxtəliflik nəzəriyyəsini 
tətbiq edərək seysmik dağılma riskini azaltmağın mümkünlüyünü göstərmişik. Müxtəliflik 
yaratmaq da seysmik diaqnoz anlayışına daxildir. 
 
Önsöz 
Zəlzələ təhlükəsizliyini sovuşdurmaq üçün seysmoloqlar və antiseysmiklər çoxlu metod və 
qaydalardan istifadə etmişlər. Bunlar qısamüddətli seysmik proqnoz verib, zəlzələ ərəfəsində 
evakuasiya (köçürmə) tədbirlərini həyata keçirmək, layihələndirmə və tikinti mərhələsində zəlzələyə 
davamlılıq problemini həll etmək (adekvat və passiv, eləcə də bunların sintezindən ibarət olan sintetik 
antiseysmik tədbirlərlə silahlandırılması) məsələlərindən ibarətdir. Ancaq baş vermiş zəlzələlərin 
mühəndis təhlili göstərmişdir ki, bu tədbirlər heç də həmişə seysmik təhlükəsizliyə tam zəmanət 
vermir. Başqa kompleks tədbirlər və müasir hesablama vasitələrindən istifadə edərək həyata 
keçiriləcək yeni təklifləri sınaqdan keçirmək lazımdır. Bu məqaləmizdə həmin yolla gedərək 
müxtəliflik nəzəriyyəsi əsasında seysmik təhlükəli ərazilərdə tikiləcək binaları öncə kompüter 
texnologiyası vasitəsilə “sınaq məhəlləsi” halında layihələndirib tikmiş və ona Rixter şkalası ilə 9 
ballıq zəlzələ etkisi vermişik ((İng+) kompüter proqramı əsasında). Alınan nəticə bu üsulun effektli 
olduğunu göstərmişdir. Bu və digər tədbirləri biz seysmik proqnoz diaqnoz mümkün olmadığı üçün 
“seysmik diaqnoz” qoyulması adı altında araşdırmışıq. 
Bu ideyanı ilk dəfə 2000–ci il 25 noyabr Xəzər (Bakı) zəlzələsindən bir il sonra AMEA 
Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) keçirilən Birinci Beynəlxalq Seminarda müəllif 
öz məruzəsində irəli sürmüşdür. Seminarda Rusiyadan, Türkiyədən, Yaponiyadan, Yunanıstandan, 
Hindistandan, ABŞ-dan … gələn alimlər iştirak edirdilər. Məruzə belə adlanırdı: “Seysmik proqnoz, 
yoxsa seysmik diaqnoz?”. Onun mahiyyəti ondan ibarət idi ki, zəlzələ proqnozunun metodikasını 
1900 – cü ildə yapon alimi İmamuri zəlzələ müjdəçiləri vasitəsilə vermişdir. Onun zamanında cəmisi 4 
– 5 müjdəçi məlum idi. Ona baxmayaraq, o, bir neçə zəlzələnin proqnozunu dəqiq verə bilmişdi və 
onlar özünü doğrultmuşdu. Hazırda 400-ə yaxın zəlzələ müjdəçisi bəllidir. Ancaq keçən müddət 
ərzində tək bir dəfə zəlzələnin qısa müddətli proqnozu 13 saat öncə verilmişdir [Çin, Xayçen zəlzələsi, 
fevral, 1975]. Bu proqnozun verilməsi, bizim fikrimizcə, İmamurinin metodikasına əsaslanırdı. Ancaq 
özünü doğrultmuş bu proqnoz olduqca mürəkkəb tədqiqat, müşahidə, monitorinq aparmağı tələb 
etmişdir. Bir faktı yazsaq, bu mürəkkəblik aydın olar: bu yeganə uğurlu proqnozu vermək üçün 100 
min həvəskar seysmoloq, on min peşəkar seysmoloq uzun müddət müşahidələr, ölçmələr aparmış, 
monitorinq keçirmişlər (Bax, jurnal “Kuryer”, iyun 1976, “Zemletryaseniye”, YUNESKO–nun 32 
dildə çıxan jurnalıdır). Proqnozun çətinliyini (hətta, indi deyirlər, mümkünsüzlüyünü) göstərən ikinci 
fakt da düşündürücüdür: bu uğurlu proqnozdan bir il sonra, 1976 –cı ildə həmin Çində fəlakətli Tanşan 
zəlzələsi olmuş, onun proqnozu verilə bilmədiyi, evakuasiya tədbirləri həyata keçirilmədiyi üçün 
böyük insan tələfatı olmuş və ölkəyə külli miqdarada maddi ziyan dəymişdir. 
XX yüzilliyin axırında zəlzələ proqnozu ilə bağlı alimlər çox optimist fikirdə idilər, indi isə bu 
optimizimdən əsər-əlamət qalmamışdır. Bunun bir səbəbi də onunla bağlıdır ki, bir neçə dəfə verilən 
proqnoz özünü doğrultmamış, aparılan evakuasiya tədbirləri inamsızlıq yaratmışdır [İvan Rıbkin, 
2010]. İndi çıxış yolu seysmik dağılma riskinin azaldılmasıdır. 


138 
Bu deyilənləri nəzərə alaraq, biz bir çox məqalələrimizdə seysmik riskin azaldılması yollarını 
araşdırmışıq. Bu araşdırmalarımız bizə imkan vermişdir ki, Birinci Beynəlxalq Seminarda irəli 
sürdüyümüz ideyanı əsaslandıraq və onun zəlzələyə davamlılıq nəzəriyyəsində yerini tutmasını 
reallaşdıraq.
Mühəndis qurğularının möhkəmliyə, sərtliyə və dayanıqlığa görə hesablanması haqqında elm 
olan inşaat mexanikasının dəqiq hesablama üsulları olan qüvvələr və yerdəyişmələr üsulları 200 ildən 
çoxdur ki, bəllidir. Mühəndislər bu üsulları yaxşı mənimsəmişlər. Ancaq bu elmin yaradıcılarından 
biri olan professor İ.M. Rabinoviç 1960-cı ildə öz dərsliyində yazırdı: Dəqiq üsullar çoxdan məlum 
olsa da, onları bir çox monumental binaların, məsələn, Moskva Dövlət Universitetinin 32 mərtəbəli 
binasının, Moskva çayı üzərindəki körpülərin və s. hesablanmasına tətbiq etmək mümkun olmamışdır. 
Ona görə ki, dəqiq üsul yüksək tərtibli cəbri tənliklər sisteminin həlli ilə bağlı olur ki, bunu da əl üsulu 
ilə həll etmək mümkün deyildir. Məcbur olub bu monumental qurğuları təxmini üsullarla hesablamalı 
olurduq. İndi elektron hesablama maşınları (EHM) belə çətin məsələləri asanlıqla həll etməyə imkan 
verəcəkdir [Rabinoviç, 1960]. İ.M. Rabinoviç bu sözləri yazarkən hələ ölkədə EHM-nın tətbiqi geniş 
yayılmamışdı. Onda heç kompüter texnologiyasının adı da yox idi. Hazırda kompüterlərin mühəndis 
hesablamalarına, xüsusilə mühəndis qurğularının seysmik təsirlərə görə hesablanmasına tətbiqi geniş 
vüsət almışdır. 

Yüklə 361,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin