Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə33/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   ...   55

Bəlanın mə`nası


Kəramət və bəsirət sahibləri “Allahummə əzuməl-bəlai” cümləsindəki “bəla” kəlməsini bir neçə cəhətdən mə`nalandırmışlar:

1. Günah.

Qeyd olunur ki, “bəla” dedikdə xəstəliklərin ən böyüyü olan günah nəzərdə tutulur. Əgər insan tövbə və saleh əməl vasitəsi ilə bu xəstəliyi müalicə etməsə qəlbi ölümə məhkumdur. Qəlb öldükdən sonra Allahla bəndə arasındakı bağlar qırılır və insan Allahın rəhmətindən əbədi məhrum olur.

İmam Səccad (ə) “Taibin” duasında bu həqiqətə işarə edərək belə buyurur: “Böyük cinayətim olan həmin günahkarlığım qəlbimi öldürmüşdür.” Əbuzərdən hansı xəstəliyə düçar olduğunu soruşdular. Cavab verdi ki, «günahlarımın xəstəliyinə.»

Çox mühüm bir sual-cavab


Əminül-İslam Təbərsi “Məcməul-bəyan” təfsirində “Vaqiə” surəsinin təfsirinin müqəddiməsində belə rəvayət edir:

Osman ibn Əffan , Əbdullah ibn Mə`sud xəstə olduğu vaxt ona baş çəkməyə getdiyi zaman ondan soruşdu: “Nədən şikayətin var?” Cavab bu oldu ki, - “Günahlarımdan”. Yenə sual verdi: “İştahan nə istəyir?” Əbdullah cavab verdi: “Allahın rəhmətini.” Osman ondan həkim gətirilməsi barədə soruşduqda Əbdullah dedi: “Məni həkim xəstələndirib.” Osman soruşdu ki, - “Haqqını (maaşını) beytül-maldan (xəzinədən) ödəyimmi?” Əbdullah cavab verdi: “Möhtac olduğum vaxt ödəmədin, ehtiyacım olmayandamı ödəmək istəyirsən?” Osman dedi: “Qoy ödəyim, qızların istifadə edər.” Əbdullah imtina etdi: “Qızlarımın ona ehtiyacı yoxdur. Onlara demişəm ki, “Vaqiə” surəsini oxusunlar. Həzrət Peyğəmbərdən (s) eşitmişəm ki, hər gecə “Vaqiə” surəsini oxuyan heç vaxt fəqir olmaz.”


Üveys Qərən ilə söhbət


“Təzkirətül-övliya” kitabında nəql olunmuş bir rəvayətdə Hərim ibn Həyyan deyir:

«Üveys Qərənin şəfaət məqamı haqqında eşitdikdən sonra onunla görüşmək arzusuna düşdüm. Kufəyə gəlib onu axtarmağa başladım. Nəhayət, tapdım. O, dəstəmaz alırdı. Məni görüb soruşdu: “Bura gəlişinin səbəbi nədir?” Dedim ki, - “Səninlə görüşmək eşqi.” Dedi: “Allahı tanıyan insanın Ondan başqası ilə ünsiyyət axtarmasına inanmıram.” Dedim ki, - “Mənə nəsihət et.” Dedi: “Ölümü yatanda başının altında, oyananda isə qarşında gör. Günahın kiçikliyinə yox, Allahın böyüklüyünə diqqət et. Gör kimin qarşısında dayanmısan. Günahı kiçik saysan, Allahı kiçik saymış olarsan!»



2. Yaxın məqamdan uzaqlıq.

Alimlərin fikrincə «böyük bəla» Allaha yaxın məqamdan uzaq düşməkdir. Bu elə bir məqamdır ki, iman, saleh əməl və gözəl əxlaq vasitəsi ilə əldə edilir, Qiyamətdə insanın peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə yoldaşlığına səbəb olur.

Belə bir məqamdan uzaq düşənlər, nəhayət, insanlıqdan, iman və saleh əməllərdən əsər-əlamət olmayan bir səviyyəyə - şeytanlara və dördayaqlı heyvanlara məxsus olan bir səviyyədə enirlər.

İlahi məqama doğru daim hərəkətdə olanlar xüsusi feyzlərdən faydalanırlar. Bu feyzlərin tə`sirindən insan vəsfəgəlməz bir şadlıqla ibadət edir, xalqa yardım əlini uzadır. Belələri üçün xalis bəndəlikdən başqa bir iş yoxdur. Onların yeganə arzusu məhbubun ağuşuna yetişməkdir.

Yusif Siddiq rəbbani eşqin tə`siri altında Kən`anın evini məscidə döndərdi. Yolun başlanğıcında rö`yalar aləminə səyahət edib bə`zi məqamlardan xəbərdar oldu. Züleyxa üçün zəlalət uçurumu olan saray Yusif üçün yüksəliş zirvəsinə döndü. Yusif zindanı ibadət məkanına çevirdi. Nəhayət, Misir sultanlığını xalqa xidmət üçün vasitə etdi.
Ey qəlb fəryad qopar, nalə çək, ağla,

Ol vəfalı yarı axtar, soraqla.

Sirrini açmaqçün o qara zülfün,

Hər telini götür, ayrı daraqla.

Bu eşq kitabında çatmaqçün haqqa,

Oxu asta-asta, aram varaqla.

Ya Rəbb, bu candakı həvəs ağacın,

Kökdən qopar, yerdə otun oraqla.

Eşqindən qəlbimə düşməsə işıq,

Süzəcək dünyanı şirin maraqla.

Yaddan çıxarılmaq istəməyən can,

Götür eşq kəmərin, belinə bağla.


3. Nadanlıq.

Cəhalət və nadanlıq da «böyük bəla» hesab olunur. Bütün bədbəxtliklərin və məhrumiyyətlərin kökü nadanlıqdır. Həzrət Əli (ə) buyurur:

“Cəhalət xəstəlik və gücsüzlükdür.”275

“Cəhalət xəstəliklərin ən şiddətlisidir.”276

“Cəhalət diriləri öldürür, bədbəxtlikləri əbədi edir.”277

“Cahil təqsirini anlamır, nəsihəti qəbul etmir.”278

“Cahil diri də olsa, ölüdür.”279

“Cahil su axmayan daş, budağı cücərməyən ağac, otsuz torpaqdır.”280

Həzrət Əli (ə) bir duasında Allaha belə münacat edir: “Mən cəhaləti səbəbindən Sənə itaətsizlik göstərmiş, günaha batmış, Səni unutmuş və dünyaya könül vermiş cahiləm.”281

Hal pisliyi


«Hal pisliyi» dedikdə ən pis xəstəliklərdən olan əxlaqi çirkinliklər nəzərdə tutulur. Bəsirət əhlinin fikrincə bu xəstəlik insanı bir çox həqiqətlərin dərkindən, səadət və ilahi razılıqdan məhrum edən bir hicabdır. “Mutəffifin” surəsinin 15-ci ayəsində oxuyuruq:

Xeyr, o gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar.”

Allah-Taala gözəl əxlaqa bütün digər vəzifələrdən daha tə`kidlə tövsiyə edir. “Şəms” surəsində on bir dəfə and içildikdən sonra əxlaqlı insanların əbədi səadətə çirkin əxlaqlıların isə ümidsizliyə qovuşacağı buyurulur:

Nəfsini təmizləyən mütləq nicat tapacaqdır; onu çirkləndirən isə əlbəttə ziyana uğrayacaqdır.”282

Bəsirət gözünün korluğu, həqiqətdən uzaqlıq, haqqa münasibətdə karlıq, rəhmət qoxusunu duymamaq hal pisliyi əlamətlərindəndir.

Həzrəti Peyğəmbər (s) buyurur: “Mö`mində iki xasiyyət ola bilməz: xəsislik və pis əxlaq.”283

Həzrət Əli (ə) buyurur: “Pis əxlaqdan da qorxunc bir dəhşət yoxdur.”284 “Ən pis yoldaş pis əxlaqdır.”285

İslam Peyğəmbəri (s) buyurur: “Şübhəsiz ki, bəndə pis əxlaqına görə Cəhənnəmin lap dibinə enəcəkdir.”286


Əməldə qüsur


Əgər insan səadətə mə`nəvi kamilliyə Behiştə çatmaq istəyirsə öz əməllərini Qur`an və Əhli-beyt (ə) göstərişlərinə uyğunlaşdırmalı, zəruri şərtlərə əməl etməlidir.

Əgər əməllər mə`rifət libası geyməmişsə Allahın istəyincə deyilsə sevgi və məhəbbətlə yerinə yetirilmirsə onda riya, tamah, təkəbbür, düşmənçilik varsa, bu əməllərə ümid etmək olarmı?! Onlar insanı nicat sahilinə çıxara bilərmi?!

Böyük mə`nəvi sərmayəyə malik olan Həzrət Əli (ə) öz münacatında göz yaşları axıdaraq deyir: “Aman ehtiyatın azlığı, səfərin uzunluğu və yolun qorxusundan!”287

Əsl bəndəlik eşqi və ixlasını dərindən dərk etmək üçün övliyaların həyatını əks etdirən kitablar oxumaq faydalıdır. İnsan bu yolla qəlbində mə`rifət çırağı yandırıb mə`nəvi həyatın zövqlərini əldə edə bilər.

Şəhid Qazi Nurullah Şüştəri “Məcalisul-mu`minin” kitabında belə rəvayət edir:

Üveys Qərən gecələrin bir qismində “bu, rüku gecəsidir” deyib, həmin gecələri rüku halında keçirər, digər qismini də “bu səcdə gecəsidir” deyib, həmin gecələri səcdə halında başa vurardı. Soruşurlar ki, - “Uzun gecələrin rükusu, səcdəsi səni yormurmu?” Cavab verir: “Kaş bütöv həyat bir gecə olaydı və onu bir səcdə ilə sona çatdıraydım!”




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə