Vilayət bağçası beşİncİ cİld


İdeal tələbə təşkilatının meyarları27



Yüklə 1,05 Mb.
səhifə19/22
tarix14.07.2018
ölçüsü1,05 Mb.
#56585
1   ...   14   15   16   17   18   19   20   21   22

İdeal tələbə təşkilatının meyarları27

Bismillahir-Rəhmanir-Rəhim.


Ramazan məclisləri

Əziz tələbələr, çox xoş gəlmisiniz. İllərdir mübarək ramazan ayının bir günündə bu məclis keçirilir. Bu məclis mənim danışmağım üçün deyil, sizin danışmağınız üçündür. Mənim tələbələrə çox sözüm var; deməli və lazımlı sözlər. Lakin onları universitetlərə gedəndə, tələbə görüşlərində və yaxud bəzi səfərlərdə gənclərlə təşkil olunan məclislərdə deyirəm. Ramazan ayı məclisi isə əsasən, sizi dinləməkdən ötrüdür. Bu məclisdə bizim məqsədimiz iki-üç məsələdir:

Əvvəla, universitetə və tələbəyə hörmətdir. Bu, simvolik bir işdir. Biz istəyirik ki, bununla universitetin və tələbənin məqamı və mənəvi dəyəri gözəl şəkildə bəyan olunsun. Biz təxminən iki saat vaxt ayırırıq ki, sizinlə oturub söhbət edək.

İkincisi budur ki, tələbə təşkilatları bir-birinin yanında olsunlar. Bəllidir ki, söhbət ölkə qanunları və İslam Respublikasının təməl prinsipləri çərçivəsində faəliyyət göstərən tələbə təşkilatlarından gedir. Təbii ki, təqvaya, düzgün düşüncəyə və imana kim daha çox bağlı olsa, bizim üçün daha əzizdir. Lakin İslamın fikir və əməl əsasları və İslam Respublikası quruluşunun əsas meyarı ilə hərəkət edən təşkilatların hamısı bizim üçün məqbul və idealdır. Həmçinin digər sahələrin elmi nümunələri indi dostumuzun dediyi şəkildə bir-birinin yanında oturur və xalqa ümumi bir təsvir təqdim edirlər. Çünki bizim məclisimizi sonra bütün xalq görəcək.

Üçüncüsü budur ki, sizin sözlərinizi eşitmək mənim üçün çox faydalı bir imkandır. Sizdə - istər təşkilatlarda, istər elmi nümunələrdə eşitməli sözlər var. Mən nə zaman tələbələrdən bir söz eşitmişəmsə, qeyd etmişəm. Bu qeydlər də təkcə kağız üzərinə yazmaq üçün deyil. Bunların əsasında iş görülür, addım atılır. Bəziləri universitetlərlə, bəziləri nazirliklə, bəziləri dövlətin digər sahələri ilə əlaqədar olur. Bunlarla mümkün həddə məşğul olurlar.

Sevinirik ki, bu il də buna müvəffəq olduq, lakin təəssüf ki, vaxt az olub, indi təxminən bir saat yarımdan artıq vaxtımız yoxdur. Hər halda, dostlar başlasınlar. Xahiş edirəm ki, söhbətlərin girişindəki hörmət və komplimentləri də ixtisara salsınlar.


Dövlət və işgüzarlıq mövzusu28

Dostumuz əhəmiyyətli məsələlərdən danışdı. Həm işgüzarlıq məsələsi əhəmyyətlidir, həm dövlət mövzusu. O bunu işgüzarlıqla əlaqələndirdi. Tamamilə doğru və mühümdür. Bizim elan dediyimiz Cavabdehlik ilinə də diqqət yetirilməlidir. Lakin burada bir-iki incə məqam da var. Əvvəla, siz bir şey soruşub cavab istəyəndə sualı elə verməlisiniz ki, kimin tərəfindən olursa-olsun, cavabı kəmiyyət baxımından təyin edilməli və dəyərləndirilməli olsun. Məsələn, siz "bilirsinizmi işsizlik səbəbindən hansı problemlər yaranır?" – deyə soruşsanız, cavabı budur ki, bəli, bilirik. Belə sual tərzi nəticəsizdir. Yaxud Ali Məhkəmədən soruşursunuz ki, siz bu xarabalığı aradan qaldırmaq üçün son beş ildə nə etmisiniz? Onlar sizə beşsəhifəlik bir statistika göstərəcəklər ki, bu işləri görmüşük. Cavabdehlik çox həssas bir məsələdir.

Ədalət və fəsadın aradan qaldırılması tələbi də çox əhəmiyyətlidir. Bu istəklər olmalıdır. Bu istəklərin yanında, həm də belə olmalı deyil ki, insan məsul şəxslərin gördüyü bütün işləri sual altına aparsın və hamısına şübhə ilə baxsın. Xeyr, təsadüfən, sizin dediyiniz sahələrdə çoxlu yaxşı işlər görülmüşdür. Lakin bugünkü dövrdə ölkənin idarəsi çox çətin işdir. Bilirsiniz ki, biz bu gün böyük bir problem içindəyik. Güc mərkəzlərinin fikri budur ki, bu quruluş öz işgüzarlığını tam surətdə isbat etsə, onların vəziyyəti pisləşəcək. Necə ki, onlar indi də görürlər ki, İslam Respublikası quruluşu qarşısında az iş görmüşlər və bizim quruluşumuz dostumuzun toxunduğu inkişaflara nail ola bilmişdir. Mənsə sizə deyim ki, müxtəlif sahələrdə olan inkişaflar bunlardan da çoxdur.
İslam quruluşu – işgüzar bir quruluş

Düzdür, bəzi nöqsanlar mövcuddur, amma bacarıqsızlıq yoxdur. Bunları bir-birindən ayırmaq lazımdır. Bacarıqsızlıq yoxdur, İslam quruluşu işgüzardır. Quruluşun işgüzarlığının bir əlaməti sizin varlığınızdır. Mömin və quruluşa inamlı tələbə gənc öz sözünü və məqsədini cəmiyyətdə qüdrətlə ortaya qoya bilir. Sizin sözünüz sabah bütün cəmiyyətdə yayılacaq. Bu, çox mühüm bir məqamdır. Bunun özü quruluşun uğrudur. Quruluşun işgüzarlığı bu qurumun, yaxud o qurumun işgüzarlığı deyil. Quruluş işgüzar bir quruluşdur.


İranlının milli ruhiyyəsinin təhqiri

Cəmiyyətdə elm uca tutulduqda, insanların daxili istedadı çağladıqda elm yerliləşir. Elm üçün sərmayə qoyuluşu bu məqsədlə olmalıdır. Başqalarının öz elmi nailiyyətlərini, formul və nəzəriyyələrini öyrətmələri, öyrənənlərin də dərinliyə varmadan öyrənmələri heç bir ölkənin inkişafına kömək etməz; nə bizim, nə də başqa ölkənin.

Keçmişdə bu ölkədə elm bulaqları qurumuşdu. Bu iş müxtəlif yollarla baş tutmuşdu. Biri bu idi ki, Qərbin elmi tərəqqisi qarşısında ölkəmizdə belə bir təsəvvür çox ciddi şəkildə formalaşmışdı və təkidlə deyilirdi ki, iranlı qadir deyil, iranlı bacarmır, iranlının elm və sənaye inkişafı üçün lazım olan istedadı yoxdur. Bu gün bu söz sizin qulaqlarınıza tanış deyil, amma bilin ki, uzun müddət ölkədə bu düşüncə tərzi yayılırdı. Deyirdilər ki, iranlı ancaq ədəbiyyatı bacarır, özü də poetik ədəbiyyatı - gülü-bülbülü və sair belə məsələləri. Ədəbi araşdırmalarımızı da avropalılar və Avropa şərqşünasları aparırdılar, iranlı ciddi və əsaslı işləri bacarmırdı. Elmi yoxsulluğun nəticəsi sənaye yoxsulluğu oldu. Sənaye yoxsulluğunun nəticəsində adi dünya yaşayışı səviyyəsinə nail olmaq üçün bütün ehtiyatları xərcləməli olduq; yəni həmişə idxal etdik, montaj sənaye yaratdıq, başqalarının ardınca qaçdıq, neft və digər daxili ehtiyatları əldən verdik. Başqa bir nəticəsi də bu oldu ki, bu ölkədə humanitar istedadlardan əlavə, həm də çoxlu təbii potensiallar məhv oldu. İnsanlar alim olmadıqda, sənaye, elm və texnologiyaları olmadıqda, özlərinin təbii sərvətlərindən xəbərsiz qaldılar.

Uzun illər ötürdü; bu ölkədə neft var idi, amma heç kim bilmirdi ki, o nədir və hansı işə yarayır. İnkişaf etmiş əcnəbilər isə onu tanıyır, işləndiyi yerləri yaxşı bilirdilər. Buna görə də, gəlib onu kəşf etdilər, ona sahib çıxdılar və öz xeyirlərinə işlətdilər. Həm bizim ölkəmizdə, həm də dünyanın çoxlu neft ölkələrində belə etdilər. Bütün bunlar elmi geriliyin nəticəsidir. Elm olmayan yerdə sənaye də olmaz; sənaye olmasa, cəmiyyətin çoxlu sərvətləri gizli qalar, bütün ehtiyatlar günün sənayesini əldə etməyə xərclənər. Bunun ardınca isə əcnəbiləri izləmək, yad mədəniyyətləri yamsılamaq və çarəsiz halda onların siyasətlərinə tabe olmaq gəlir. Bütün bunlar elmsizliyin nəticəsidir.


Elmin yayılması – inqilabi vəzifə

Buna görə də, bu ölkədə elm yayılmalıdır. İnqilabın mühüm işlərindən biri bu idi. Elmi ölkə daxilində yaydı. İnqilabın əvvəlində qısa bir dövrdə biz universitetsiz qalmağa məcbur olduq. Universitet mədəni inqilaba və universitetdə mövcud məsələlərə görə tələbələrin təkidi ilə tətil olundu. Tehran universitetində müxtəlif qruplaşmalar döyüş otaqları düzəldib universitetdən çaxnaşma, fitnə, inqilabla, quruluşla və İslamla müharibə üçün istifadə edirdilər. Universitet bir müddət bağlı qaldı. Lakin bu qısa müddətdən sonra elmi fəaliyyət, universitet və tələbə fəaliyyəti möcüzəli şəkildə inkişaf etdi. Siz bu gün işin içindəsiniz; bizim hansı vəziyyətdə olduğumuzu və haradan haraya çatdığımızı yaxşı bilmirsiniz. Biz uzun illər bu ölkədə öz müalicəmiz üçün taylandlı, pakistanlı və hindistanlı həkimə müraciət etməyə məcbur idik. Çünki ciddi həkim çatışmazlığı vardı. Bu gün isə dövlətin narahatlıqlarından biri budur ki, bu qədər həkimi necə işlə təmin etsin. Bəziləri bundan ötrü kədər içindədirlər. Mənim fikrimcə isə, bu, üslubun yanlış olmasından irəli gəlir. O zaman ölkənin azsaylı universitetlərinin idarəsi üçün müəllimimiz yox idi. Düzdür, inqilabın əvvəlində bir qədər müəllim ölkədən getdi, amma gedənlər çox deyildilər, onların sayını şişirtdilər. Bu gün xoşbəxtlikdən, ölkədə açılmış bütün bu universitetlərdə çalışan fəal müəllimlərimiz çoxdur. Bugünkü universitetlərimizin sayı keçmişlə müqayisəedilməzdir. Onların siyasətlərinin təyin və icrasında bəzi səhvlər baş verə bilər. Kəmiyyətin bu formada artımını da mütləq şəkildə müdafiə etmirəm, lakin əsas məsələ budur ki, elmə əhəmiyyət verildi. Mən bu gün sizə demək istəyirəm ki, mənim əzizlərim, elmə əhəmiyyətli yanaşın. Müxtəlif qıfılları açmağın əsas açarı elmə əhəmiyyətli yanaşmaqdır.


Təqvasız elm

Əlbəttə, onun yanında bu bəlli məsələyə də diqqət yetirməlisiniz ki, elm və alimin faydalı olması qədər zərərli olması da mümkündür.

Oğru çıraq ilə gələrsə əgər,

Ən yaxşı meyvəni ağacdan dərər!

Elmi olan, lakin təqvası, əmanətdarlığı və sədaqəti olmayan bir insan zərərli mövcud ola bilər, öz elmini ölkə əleyhinə, onun maraqlarına qarşı işlədə bilər. Buna görə elmin yanında mədəniyyət, mənəvi paklıq, əxlaq və mənəviyyat da lazımdır. Buna əsla şübhə etməyin. Universiteti və tələbəni dinsiz və mənəviyyatsız etmək üçün bəzi işlər görürlər. Mənim fikrimcə, onun bir qədəri diqqətsizlikdən olsa da, bir qədəri planlı şəkildə görülür. Bu işdə çoxları müqəssirdir; həm universitetlərdə təqsirkar var, həm nazirlik və dövlət qurumlarında. Bəziləri planlı şəkildə ölkənin elm, elmi inkişaf, elmi tərəqqi, elmi tərbiyə və elmi gələcək mühiti olan universiteti və tələbəni mənəviyyatdan uzaqlaşdırmaq istəyirlər. İsətiylər ki, onda iman, təqva, mənəviyyat, Allaha və dinə bağlılıq olmasın. Qətiyyətlə deyirəm ki, bu, ölkə maraqlarının zərərinə olan bir hərəkətdir.

İlahi! Bu gənc və itedadlı qəlbləri Öz mərifət nurunla doldur!

İlahi! Ramazan ayının bir saatında bu əziz gənclərin oruc halda bir yerə toplaşmasını Öz bərəkətinlə mübarək et!

İlahi! Bizim gənclərimizi saleh və möhkəm et!

İlahi! Ölkənin gələcəyini bu gənclərin əli ilə elmli, mərifətli və təqvalı et! Düşmənləri bu ölkəyə və İslam Respublikası quruluşuna yol tapmağa günbəgün ümidsiz et! Dövrün imamının müqəddəs qəlbini bizdən şad və razı et! Bizim şəhidlərimizi peyğəmbər və övliyalarla birgə et! Böyük İmamın pak ruhunu övliyalarınla birgə et!

Allahın salamı və rəhməti olsun sizə!






Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə