Wiley finance



Yüklə 2 Mb.
səhifə17/32
tarix17.08.2018
ölçüsü2 Mb.
#71584
növüXülasə
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

5.1.4 Kredit Ödənişi
Kredit müraciəti təsdiqləndikdən sonra imzalanacaq kredit müqaviləsi hazırlanır. Kredit müqaviləsi bank və borcalan arasındakı hüquqi anlaşmadır və əsas məbləğ, faiz dərəcəsi və onun hesablanması, ödəniş qrafiki və ödəmə, girovdan istifadə, razılaşmalar və s. kimi öhdəliklər və anlayışları özündə cəmləyir. Müqavilənin imzalanmasından sonra borcalan qeyd olunan vəsaiti götürə bilər.
5.1.5 Kredit Monitorinqi
Kreditin təyin olunmasından və borcalanın vəsaiti götürə bilməsindən sonra bank borcalanın maliyyə fəaliyyətinin monitorinqini keçirməyə davam edir. Ümumiyyətlə müqavilədə sərt və yumşaq olan şərt və ya müddəalar yer almaqdadır (Bölmə 4.4.6). Sərt müqavilə şərtinə nümunə olaraq borcalanın bütün kredit müddəti boyunca əsas maliyyə əmsallarını mühafizə etməsi ilə bağlı tələbi göstərmək olar.

Bankların kredit proseslərində əhəmiyyətli dərəcədə müxtəlifliklər mövcuddur. Kredit müraciəti təsdiqləndikdən sonra imzalanacaq kredit müqaviləsi hazırlanır. Kiçik bankların mərkəzləşdirilmiş kredit təsdiqi, təhlili və idarəetməsi funksiyaları olduğu halda, digər daha iri banklarda səlahiyyətin regional səviyyədə baş mütəxəssisə ötürülməsi və ya müəyyən məbləğdən çox olan kreditlərə kredit komitəsi tərəfindən baxılmasının tələb olunması mümkündür. Əsas məqsəd üstün tutulan seçim və strategiyadan asılı olmayaraq, kredit müraciətlərinə yubanmadan səmərəli cavab vermək, müştəri ilə münasibətləri peşəkar səviyyədə qurmaq, yüksək keyfiyyətli xidmət göstərmək, riskləri idarə etmək və kreditin davamlı monitorinqini həyata keçirməkdir.





    1. KREDİT TƏHLİLİ PROSESİ

Daha əvvəl qeyd olunduğu kimi, kəmiyyət modelləşməsi və inandırıcılığın əhəmiyyətliliyindən asılı olmayaraq, şirkətin kredit riskinin məqbulluğunun müəyyənləşdirilməsi üçün hər hansı vahid formul, əmsal və ya alət olmadığından kredit təhlil dəqiq elm hesab oluna bilməz. Bu səbəbdən, əsas prinsiplərə və müsbət kredit vermə təcrübələrinə istinad etmək vacibdir.


5.2.1 Kredit 5 C-si
Kreditin 5 C-si müsbət kreditləşmə üçün əsas çərçivədir ki, bu da xüsusilə kiçik biznes kreditləşməsi və Kiçik və orta müəssisələr sektoru üçün daha uyğundur. Bank maliyyələşməsi kiçik və ya yeni təsis olunan firmalar üçün əsas seçimdir, çünki bu firmaların iri firmalar kimi maliyyə bazarlarına çıxış imkanı – səhm və istiqrazların buraxılması – yoxdur. Şəkil 5.2-də 5 C-nin sxematik təsviri göstərilir.

Şəkil 5.2 Kredit 5C-si

Kredit



Kreditin 5 C-si: 1-ci – Xüsusiyyət

Xüsusiyyəti təhlil edərkən bank aşağıdakı suala cavab axtarır: Şirkət rəhbərliyinin sektorda və daha iri biznes cəmiyyətindəki nüfuzu necədir?

Banklar hər zaman təmiz fəaliyyətə və güclü istinadlara malik şirkətlərə kredit verməkdə maraqlıdırlar. Kredit analitikləri rəhbərliyin işçilər və eləcə də müştərilərlə münasibətlərini, həmçinin bu münasibətlərin şirkətin öhdəlikləri çərçivəsində necə idarə olunduğunu müəyyən etməlidir. Qeyd olunanlar rəhbərlik xüsusiyyətlərinin müəyyən olunmasına imkan yaradır.


MİSAL

Biznesi yaxşı qurulmuş “Müsbət Təəssüratlar” şirkətinin üç sahibi kredit üçün Gamma Banka müraciət etmişdir. Şirkətin rəhbərlik xüsusiyyətlərini qiymətləndirə bilmək üçün kredit analitiki şirkətə gedərək onun rəhbərliyi ilə aparmış olduğu müsahibədən aldığı təəssüratlara istinad edəcəkdir. Məhsulların yüksək keyfiyyəti, şirkət ofisinin cəzbedici görünüşü və rəhbərliyin işçilərlə yaxşı münasibəti müsbət xüsusiyyətlərin olduğunu nümayiş etdirir. Lakin, sonradan məlum olur ki, şirkət dəfələrlə özünün kredit saldosunu keçmiş və mütəmadi olaraq fakturalarının ödənişi gecikdirmişdir. Son iki məsələ bank analitikin narahatlığına səbəb olur və o, bu məlumatları riskin təhlili bölməsinə daxil edir. Aparılan təhlillərin nəticəsində məlum olmuşdur ki, şirkətlə işgüzar əməkdaşlıq ilkin təsəvvür olunduğundan daha risklidir.

Xarakter rəhbərliyin şirkətin gələcəyin idarə edə bilmə qabiliyyəti ilə bağlıdır. İdarəetmə qabiliyyətləri göstəricilərinə gündəlik əməliyyatlarda iştirak səviyyəsi, cari texnologiyaların əhatə olunma çevikliyi, sektor üzrə mövcud istiqamətlərin başa düşülməsi və ən vacibi xərcləri idarəetmə və səmərəlilik axtarma bacarığı daxildir.



Kreditin 5 C-si: 2-ci – Kapital

Kapitalı təhlil edərkən bank aşağıdakı suallara cavab axtarır: Hazırda şirkət necə maliyyələşir? Şirkət sahiblərinin şirkətin aktivləri qarşılığında biznesə qoyduqları levericin (pulun və ya səhmdar kapitalın məbləği) nə qədərdir? Aktiv və passivlər və ya leveric arasındakı əlaqə ilə bağlı ətraflı məlumat üçün Fəsil 2-yə baxın.

Aktivlə borc arasındakı əlaqə əhəmiyyətlidir və borcla əlaqədar səhmdar kapital səviyyəsinin yüksək olması şirkətin kredit riskinə qarşı daha sağlam olmasını təmin edir. Daha aşağı levericin olması və ya şirkətin kapitallaşdırılmasının daha yüksək olması şirkət sahiblərinin maliyyə öhdəliyini nümayiş edir və onların özlərini nə qədər risk altında qoyduqlarını göstərir. Sahibkarın maddi vəziyyətinin biznesin gələcək uğuru ilə sıx əlaqəli olduğu kiçik və orta həcmli biznes müəssisələrində yalnız şirkətin maliyyə hesabatları deyil, həmçinin sahibkarın şəxsi maliyyə mövqeyi, aktivləri və kredit qabiliyyətliliyi də dərindən öyrənilməlidir.


MİSAL

“Müsbət Təəssüratlar” şirkətinin sonrakı təhlili zamanı Gamma Bankın analitiki şirkət sahiblərinin hər birinin biznes üçün öz şəxsi pullarından 250,000 dollar investisiya qoyduğu qeydə almışdır ki, bu da özlüyündə müsbət amildir. Lakin, analitik həm də öyrənmişdir ki, şirkət sahibləri girov olaraq özlərinin sahibkarlıq faizlərindən istifadə edərək 14 milyon dollar kredit götürmüşlər və indi də şirkətin fəaliyyətini dəstəkləmək üçün bankdan əlavə 2 milyon dollar pul istəyirlər. Sahibkarların ümumi investisiya kapitallarını (750,000 dollar) və cari borclarını (14 milyon dollar) nəzərə alan analitik 2 milyon dollar məbləğində kreditin verilmə riski çox yüksəkdir.

Borcalanın defolt vəziyyətinə düşməsi halında, borcverən maliyyələşmiş öhdəlik və ya kapitaldan (əsas məbləğ üstəgəl faiz) daha çox itirir. Məsələn, reputasiya riski vacibdir, çünki banklar səhmdarlar qarşısında öhdəlik daşıyırlar və depozitorlar fəaliyyətin məntiqi və mənfəətli tərzdə həyata keçirilməsi ilə bağlı etimad göstəriblər. Əhəmiyyətli defoltlar rəhbərliyin vaxtının qeyri-mütənasib hissəsini korlayır və bank rəhbərliyini borcalan və borcverənlərlə mürəkkəb danışıqları həyata keçirə bilmək üçün biznesin inkişafında istifadəyə məcbur edir. Defoltlar fəaliyyətinin çətin dövründə olan mənfi reputasiyalı və sərt iqtisadi dövrdə müştərilərinə təzyiq göstərən banklara üstünlük verməyəcək potensial borcalanlara mənfi təsir edəcəkdir.


Kreditin 5 C-si: 3-cü – Şərait

Şəraiti təhlil edərkən bank aşağıdakı suallara cavab axtarır: Şirkətin fəaliyyət göstərmiş olduğu ölkədə və ya ölkələrdə iqtisadi vəziyyət necədir və onun fəaliyyətdə olduğu sektor üzrə iqtisadi mühit hansı vəziyyətdədir?

Kredit analitiki şirkətin maliyyə vəziyyətinin pisləşməsinə səbəb olacaq kənar riskləri müəyyən etməlidir.


MİSAL


“Müsbət Təəssüratlar” şirkətinin sonrakı təhlili zamanı Gamma Bankın analitiki müəyyən etmişdir ki, şirkət məhsullarının əsas bazarı Malayziyadır və məhsulun ümumi satışının 80%-i və şirkətin ümumi gəlirinin 90%-i bu ölkənin payına düşür. Gəlir və nağd pul axının borcverəninkindən fərqli valyutada olduğu biznes ciddi riskin olduğunu göstərir. Risklərdən biri Malayziya valyutasının ABŞ dollarına qarşı məzənnəsinin düşmə mümkünlüyüdür. “Müsbət Təəssüratlar” şirkətinin bu riski azaltmayacağı (sığortalamayacağı) halda, şirkətə veriləcək kredit dəyəri gözlənildiyindən daha çox ola bilər və nəticədə borcun əsas məbləğinin və faizinin ödənilməsi şirkətə baha başa gələ bilər. Şirkətdən gözlənilən mümkün birbaşa kredit riskini deyil, həmçinin şirkətin xarici valyutada və xarici ölkədə fəaliyyəti ilə əlaqədar yarana biləcək risklərinin müəyyənləşdirilməsi məqsədilə analitik şirkətin fəaliyyət göstərmiş olduğu iqtisadi şəraiti (Malayziya və ABŞ halında) nəzərdən keçirməlidir.


Kreditin 5 C-si: 4-cü – Potensial

Potensialı təhlil edərkən bank aşağıdakı suallara cavab axtarır: Şirkətin formalaşdırmış olduğu kapital nə qədərdir və nağd pul axınları dayanıqlı, davamlı və proqnozlaşdırıla biləndirmi? Kredit analitiki şirkətinin münasib nağd pul axınlarını formalaşdırma qabiliyyətini, eləcə də, rəhbərliyin fəaliyyəti səmərəli və effektiv şəkildə həyata keçirmə qabiliyyətini qiymətləndirməlidir. Kredit analitiki nağd pul axınının planlaşdırılmasını araşdıraraq şirkətin üzləşə biləcəyi borc və ya risk hallarını müəyyən etməlidir.
MİSAL

“Müsbət Təəssüratlar” şirkətini qiymətləndirərkən Gamma Bankın analitiki şirkət gəlirlərinin mənbələrini və istifadə istiqamətlərini araşdırmaqla şirkətin kreditini, eləcə də cari xərclərini ödəməsinə kifayət edəcək qədər vəsait əldə edə bilməsini müəyyən edəcəkdir. Analitik “Müsbət Təəssüratlar” şirkətinin gəlir əldə etmə potensialını proqnozlaşdıra bilmək üçün kəmiyyət modeli quracaqdır. Xüsusilə bu analitikin biznesin nağd pul axını və biznesi özünün gələcək mənfi təsir edəcək, həmçinin asanlıqla və sürətlə pisləşəcək amilləri müəyyənləşdirməsi vacibdir. Gəlir əldə etmə potensialı yeganə narahatlıq səbəbi deyil, bu dərindən başa düşülməsi vacib olan məsələlərdən biridir. Nağd pulu meydana gətirəcək müsbət potensial təhlil olunacaq birinci və ən vacib amillərdən biridir.

Maliyyələşmə ehtiyacları şirkətdən asılı olaraq dəyişir və zaman, iqtisadi şərait və biznes mühiti kimi amillərdən təsirlənə bilər. Proqnozlaşdırılan mövsümi kənarlaşmaların olmasına baxmayaraq, bir sıra şirkətlər üçün nağd pul axını sabit yol izləyəcəkdir. Bu cür hallarda, tarixi məlumatlar əsasında şirkətin kredit qabiliyyətliliyi ilə bağlı daha düzgün qərarın bank tərəfindən verilə bilməsi səbəbindən, daimi maliyyələşmə məsələsi ilə bağlı olaraq bank fəaliyyətini göstərən müəssisə ilə danışıqların aparılması daha asandır. Buna baxmayaraq, xüsusilə satış və xərclərin qeyri-taraz uyğunlaşdırıldığı digər bizneslər də maddi nağd pul axınının dəyişkənliyi təcrübəsinə malik ola bilərlər. Bu halda, nağd pul axının proqnozlaşdırılması çətin olsa da, mümkünsüz deyil. Nadir nağd pul axını dəyişkənliyinin müşahidə olunduğu biznes modelləri onların nağd pul axınları ilə bağlı risklər səbəbindən daimi maliyyələşmə xidmətinin yaradılması məqsədli kreditləşməni həyata keçirmir. Bu hallarda, ümumiyyətlə borcalana müvəqqəti maliyyələşmənin müxtəlif variantları təklif olunur. Şirkətin nağd pul axını dəyişkənliyini anlamaq çox vacibdir, çünki bu bank tərəfindən təklif olunan maliyyələşmənin məbləği və ya növünə təsir edə bilər. Bununla belə, kreditləşmə ilə bağlı qərarın qəbul olunmasında əsas amil nağd pul axınının adekvatlığı və proqnozlaşdırıla bilməsidir.

Banklar maliyyələşmələrini mövsümi, dövri və daimi olmaq üzrə ayırırlar. Mövsümi və dövri maliyyələşmə müvəqqəti maliyyələşmə olaraq qəbul olunur.


  • Mövsümi maliyyələşmə adətən inventar və cari işdəki əsaslı artımın ödənilməsi məqsədilə təmin olunur. Məsələn, mövsümi kreditlər yay satışları ilə məhdudlaşan çimərlik geyimi istehsalçısı və ya satışın ən yüksək olduğu vaxtdan (əsas bayramlar) əvvəl malları almaq istəyən pərakəndə ticarətçilər və istehsal mallarını almaq istəyən oyuncaq istehsalçıları tərəfindən istənilə bilər. Mövsümi kreditlərin əvvəlcədən proqnozlaşdırılması mümkündür və burada yaxşı təsis olunmuş struktura riayət olunur.

  • Dövri maliyyələşmə mövsümi maliyyələşməyə oxşardır, burada istisna dövrün mövsümi dəyişikliklə əlaqəli deyil, biznes dövrünün olması və borcun ödənilməsi biznesin fəaliyyət göstərməkdə olduğu uzunmüddətli makroiqtisadi mühitdəki nadir dəyişikliklərdən asılı olmasıdır. Banklar dövri ehtiyacların əvvəlcədən müəyyənləşdirilməsini daha çətin hesab etdiklərindən, onlar dövri maliyyələşmənin mövsümi maliyyələşmədən daha riskli olduğunu düşünürlər. Dövri maliyyələşməyə digər misal məhsulun dövriyyəsi vasitəsilə təmin olunan yeni maliyyələşmə vasitəsilə yeni məhsulun hazırlanması və istehsalının dəstəklənməsinə həsr olunan kreditlərdir.

  • Daimi maliyyələşmə adətən 15 il və ya daha uzun müddət üçün olan və ipoteka (30 illik ipoteka ilə evin alınması üçün fərdi borcalma) və ya şirkət üçün istiqrazların buraxılması formasında olan uzunmüddətli maliyyələşmədir. Daimi maliyyələşmələrdən adətən binalara və digər daşınmaz əmlak layihələrinə investisiya məqsədilə istifadə olunur.

Şəkil 5.3 aktivin artımı və maliyyələşmə ehtiyacları arasındakı əlaqəni göstərir. Satış ilə aktivlər və aktivlərin maliyyələşməsi arasında möhkəm əlaqə var. Şirkət inkişaf etdikcə onun satış, gəlir və aktivləri də artır. Satış artdıqca aktivlər də artır və şirkətlər artımı aktivlərlə maliyyələşdirməlidirlər. Lakin, satış azaldıqca aktivlər və onların maliyyələşmə ehtiyacı da azalmış olur. Aktivlərdəki artımın bir hissəsi daimi artımı əks edir və şirkətin yaratmış olduğu yeni fabrik, xidmət, avadanlıq və istehsal infrastrukturunu özündə cəmləyir. O həmçinin şirkətin malik olduğu inventarın artan səviyyəsini və şirkətin yığmış olduğu korporativ borcları əks edir. Şirkət aktivlərdəki daimi artımının əksər hissəsinin orta və uzunmüddətli maliyyələşməsini istəyir. Bu aktivlərin uzunmüddətli maliyyələşmə ehtiyacları səhmdar kapitalın maliyyələşməsi vasitəsilə də təmin oluna bilər.

İnkişaf etməkdə olan şirkətlərin də aktivlərində müvəqqəti dəyişiklər baş vermişdir. Satış və aktivlərdəki müxtəliflik dövri və ya mövsümi xarakter daşıyır. Dövri aktiv dəyişikliyi şirkətin biznes dövriyyəsi vasitəsilə dəyişkən rifahını əks edir. İqtisadiyyat dövrlərdən – tərəqqi, durğunluq və tənəzzül - keçdikcə satış, gəlir və aktivlər bundan təsirlənir. Durğunluq və tənəzzül dövrlərində satış düşür və aktivlərə olan ehtiyac azalır. Azalmaqda olan aktivlər maliyyə ehtiyaclarını azaldır. Tərəqqi dövründə satış və aktivlər çoxalır və borcalma ehtiyacı artır. Bunun əksi olaraq da, azalmaqda olan aktivlər maliyyə ehtiyaclarını azaldır. Kapitala olan tələbatdakı dəyişikliklərə cavab vermək üçün bir çox banklar 3 ildən 5 ilədək olan biznes dövriyyəsinə uyğun olan ortamüddətli maliyyələşmə ilə təmin edirlər.


Şəkil 5.3 Aktivlərin artımı və maliyyələşməsi




Mövsümi və ya dövri aktivlər


Müvəqqəti –

qısamüddətli

kreditlər




Daimi aktivlər

Maliyyə

Ehtiyacları

Daimi –

uzunmüddətli

kreditlər

ZAMAN

DOLLAR

Daha əvvəlki nümunələrdə qeyd olunduğu kimi, aktivlərdəki mövsümi

Mövsümi dəyişikliklər satış, gəlir və aktivlər üzərində qısamüddətli təsir gücünə sahibdir. Bu maliyyələşmə ehtiyacları təxminən birillik ödəniş müddətinə malik qısamüddətli kreditlər vasitəsilə ödənilir.

Borcalanın aktivlərinin keyfiyyətinin qiymətləndirilməsi də potensialın təhlilinin bir hissəsidir və şirkətin aktivlə təmin olunan kreditləşmədə istifadə edə biləcəyi və ya borcların yığılmasından sonra nağd pula çevrilə biləcək əhəmiyyətli depozitor borclarına malik olması halında xüsusilə faydalıdır.

Depozitor borcları şirkətin ödəniş qarşılığında məhsul və ya xidmətləri alması üçün müştərilərinə kredit təqdim etdiyi kredit satışlarının nəticəsində meydana gəlir. Bir çox kiçik və orta həcmli bizneslərdə şirkətə borclu olanların və vaxtı keçmiş fakturaların siyahısı yalnız vaxtı keçənlər və şirkətin alacaqları ilə bağlı deyil, həmçinin şirkətin borclarını yığma və siyasətlərini tətbiq etmə bacarığı ilə bağlı məlumat verir və alıcının kredit qabiliyyətliliyini qiymətləndirir. İqtisadi tənəzzül dövründə müştərilərin daha çox ticarət maliyyələşmələrindən istifadə etmələri və ya ödənişlərini zəiflətmələri səbəbindən, aktivlərin artması mümkündür. Bu səbəbdən, aktivlərin artımının (daha əvvəl müsbət amil olaraq qeyd olunan) ciddi şəkildə təhlil olunmasına və “yaxşı” aktiv artımı ilə “pis” aktiv artımının fərqləndirilməsinə ehtiyac var.

Kredit analitikləri həmçinin şirkətin inventarının qiymətləndirilməsini də həyata keçirirlər. İnventar şirkətin fəaliyyətini davam etdirə bilməsi üçün satıla bilən keyfiyyətdə olmalıdır və müflis olma halında şirkətin aktivləri satılacaqları halda borclara ödəyə bilmə keyfiyyətində olmalıdır.

Analitik borcalanın likvidliyini də qiymətləndirməlidir. Yetərli nağd vəsaitə malik bizneslərin ödəniş vaxtını keçməsi halında əlindəki imkanlarla borcunu ödəmə imkanı yüksəkdir. Mənfəətli olduğu halda, yetərli nağd pul axını çatışmamazlıqları ilə üzləşən bizneslərin daxil olduğu qeyri-likvid bizneslər potensial kredit riski daşıyır.
Kreditin 5 C-si: 5-ci – Girov

Girovu təhlil edərkən bank aşağıdakı suala cavab axtarır: Borcalanın öz öhdəliyini yerinə yetirə bilməməsi halında, bankın borcu bağlamaq üçün qane olacağı hansı aktivləri mövcuddur? Bölmə 4.4.5 girovun rolunu müzakirə edir.

Analitik şirkətin borcunu ödəməsi üçün əsas ödəniş mənbəyinin, nağd pul axını və aktivlərinin onun öhdəliklərinin yerinə yetirilməsinə kifayət etdiyini və edəcəyini təsdiqləməlidir. Lakin borcverən öz səhmdarları və depozitorları qarşısında ikinci dərəcəli və ya əlavə ödəniş mənbəyini təmin etmə öhdəliyi daşıyır. İkinci ödəniş mənbəyi borcalanın sahib olduğu digər aktivlərdir (bir çox hallarda girov kimi istinad olunan). Defoltun baş verməsi halında bank bu aktivlərə nəzarəti öz əlinə keçirmə və kreditin şərtlərinə cavab verməsi üçün satışını təşkil etmə iqtidarında olmalıdır. Defolt riskinin yüksək olduğu daha aşağı reytinqli şirkətlərə verilən kreditlərdə şirkət özünün bütün aktivlərini girov olaraq qoymalı olur.


MİSAL

Kreditin qiymətləndirilməsi prosesində bank və “Müsbət Təəssüratlar” şirkəti kreditin şərtlərinə cavab verəcək girovun hansı olduğunu müzakirə edir. Bank və şirkət avadanlığın alınmasını maliyyələşdirəcək kreditin əvəzində şirkətin bəzi avadanlıqlarının girov olaraq qoyulması ilə bağlı razılığa gəlirlər. Kreditin təsdiqlənməsi zamanı bankın kreditin mütəxəssisi əmin idi ki, “Müsbət Təəssüratlar” şirkətinin kreditini ödəyə bilməməsi halında, bank girovu digər şirkətlərə satmaqla dəymiş zərəri ödəyəcəkdir. Kreditin verilməsindən bir neçə ay sonra biznes fəaliyyəti pisləşməyə başladı. Bir il ərzində “Müsbət Təəssüratlar” ağır dövr keçirdi və kredit borcunu ödəyə bilmədi və nəticədə bank onun girovunu özününküləşdirdi. Lakin analitik şirkətin bir neçə yerli və beynəlxalq rəqibinin olmasını nəzərə almamışdı. Beləliklə də, bank girov olaraq götürdüyü avadanlıqları satmaq istədikdə alıcı tapa bilmədi. Nəticədə bankın krediti ümidsiz kredit kimi qəbul etməkdən və bunu zərərli əməliyyat olaraq qeydə almaqdan başqa yolu qalmadı. Bundan alınacaq dərs: girov olaraq qoyulan aktivlərin gələcək dəyərini və təcililik və ya qeyri-sərfəli bazarda onların satılma mümkünlüyünü araşdırın. Bu cür hallarda adətən aktivlərin çox az olur və ya heç olmur.


5.2.2 Kredit Təhlili Üsulu
Uğurlu kredit təhlilinin üsulu hər bir potensial müştərinin kredit qabiliyyətliliyini dəqiq qiymətləndirilməsindən keçir. Buna nail olmaq üçün kredit analitikləri əsas biznes, maliyyə və struktur risklərinin nəzərdən keçirirlər. Bu üç sahə kredit təhlili üsulu adlandırılan əsas istiqamətlənmiş təhlil alətinin bir hissəsini formalaşdırır. Təhlil mərhələləri Şəkil 5.4-də təsvir olunur.

Şəkil 5.4 Kredit təhlili mərhələləri və risk

BİZNES RİSKLƏRİ MALİYYƏ RİSKLƏRİ STRUKTUR RİSKƏR

Makro-iqtisadi təhlil

Nümunələr

  • Ümumi Daxili Məhsul (ÜDM)

  • İnflyasiya

  • Demoqrafik istiqamətlər

  • Biznes dövriyyəsi

  • Siyasi sabitlik

  • Tənzimləyici mühit

  • Hüquqi mühit




Mikro-iqtisadi təhlil

Nümunələr

  • Sektor üzrə istiqamətlər

  • Tənzimləyici istiqamətlər




İdarəetmə təhlili

Nümunələr

  • Proaktiv və ya reaktiv

  • Strategiya

  • Motivasiya

  • Təcrübə

  • Bütövlük

  • Korporativ idarəetmə



Maliyyə təhlili

Nümunələr

  • Əməliyyat və maliyyə mövqeyi

  • Maliyyə açıqlaması



Borcalan növü

Nümunələr

  • Holdinq şirkət

  • Birbaşa fəaliyyət göstərən törəmə şirkətlər

  • Dolayı fəaliyyət göstərən törəmə şirkətlər




Borcalma növü

Nümunələr

  • Təminatlı

  • Təminatsız

  • Uzunmüddətli

  • Qısamüddətli

  • Subordinasiyalı



Kredit təhlili üsulunda əsas diqqət borcalana mənfi təsir edə biləcək müxtəlif risklərin təhlil edilməsinə yönəlir. Ümumi təhlil biznes (və ya makro) riskləri, maliyyə (və ya mikro) riskləri və struktur riskləri əhatə edir. Bu risk sahələri biri-birilərini tamamlayır, çünki bu müxtəlif sahələrə təsir edən sahələr yaxından əlaqəli və bir-birindən asılıdır.

Təhlilin üç sahəsi müxtəlif ümumi təbəqələrə və ya komponentlərə bölünüb və Şəkil 5.5-də göstərilir.


Şəkil 5.5 Biznes, maliyyə və struktur riskləri





BİZNES RİSKLƏRİ

  • İqtisadi mühit

  • Biznes dövriyyəsi

  • Sektor üzrə istiqamətlər və tənzimləyici istiqamətlər

  • Siyasi risklər

  • Sosial məsələlər






MALİYYƏ RİSKLƏRİ

  • İdarəetmə strategiyası və bacarıqlar

  • İdarəetmə bütövlüyü

  • Şirkətin təşkilati strukturu

  • Şirkətin sistemləri

  • Şirkətin ümumi və maliyyə fəaliyyəti





STRUKTUR RİSKLƏRİ

  • Məsələnin strukturu (təminatlı/təminatsız, ödəniş müddəti, kredit şərti və s.)

  • Qrup əlaqələri (nağd pulun formalaşdığı və riskin olduğu yerlər haradır)




Kredit təhlili üsulu şirkətin qərar qəbuletmə prosesinin birbaşa olaraq təşkilatın üzləşəcəyi risklərə təsir edəcəyini və rəhbərliyin qərarlarının sektor üzrə makro və mikro-iqtisadiyyat istiqamətlərindən təsirləndiyini göstərir. Biznes və struktur riskləri arasındakı əlaqə Şəkil 5.6-da göstərilir.



Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə