Xoşbəxtlik qorxusu nədir?



Yüklə 8,42 Kb.
tarix02.08.2018
ölçüsü8,42 Kb.

Xoşbəxtlik qorxusu nədir?
Xoşbəxtlik və qorxu – bir-birinin əksi olan bu iki söz birləşib sanki bir ahəng yaradıb. Görəsən biz qorxu hissi olmadan sadəcə xoşbəxt ola bilmərikmi?

Xoşbəxtlik – pozitiv və xoş emosiyalar ilə xarakterizə olunan zehni bir vəziyyətdir. Xoşbəxtlik –bəşəriyyətdəki bütün insanların çatmaq istədiyi son nöqtədir, o nöqtə ki, insan özünü sanki buludların üzərində hiss edir. Bu zaman ortaya qorxu sözü daxil olur və sanki insan buludların üstündən bir anda yerə düşür. Ona görə də çox vaxt insan xoşbəxt olduğu zaman sanki bu xoşbəxtlikdən qorxur və hətta ətrafındakılar da onun bu qorxusunu dəstəkləyir “çox sevinmə”, “bugünün sabahı var” kimi sözlərlə insanın ümidlərini daha da qırırlar. Hətta bəzi mədəniyyətlərdə insanlar işləri yaxşı getdiyində, özlərini xoşbəxt hiss etdiklərində çox qorxurlar, onlar xoşbəxtliyi günah hissi, abırsızlıq və mənəvi tənəzzül kimi anlayışlarla əlaqələndirirlər.

Bəzi insanlar düşünə bilər ki, onlar qorxmur sadəcə xoşbəxtdirlərvə bu hissə sahiblənmək istəyirlər. Amma bilmirlər ki, əslində var olanların içində ən dəyərlisi sahib ola bilmədiklərimizdir. Xoşbəxtliyə sahib ola bilmərik, sadəcə o qapımızı döydüyü zaman onu qəbul edib, hər gələn qonaq kimi onu da yola salmağı bacarmalıyıq.

Biz pis hadisələrlə qarşılaşdıqda, pis insanlarla üzləşdikdə və ya sevdiyimiz birini itirdikdə daim həyatı pisləyirik. Xoşbəxt olmadığımız zamanda yenə günahı həyatın üzərinə atırıq. Axı həyat oğrudur, bizim xoşbəxtlik hissimizi əlimizdən alır. İnsanlar bu cür düşüncələrlə xoşbəxtlik hissini özləri də bilmədən uzaqlaşdırırlar. Çünki insan daim nəyisə fikirləşirsə sanki kainat o düşüncəni insanın həyatına əks etdirir.



Əgər bir xoşbəxtliyin içində qorxu varsa, onu xoşbəxtlik adlandıra bilmərik, çünki biz ya xoşbəxt ola bilərik, ya da qorxa bilərik. Buna misallarla belə aydınlıq gətirmək olar:

  • Xoşbəxt olmaq daima kimisə xoşbəxt etməyə çalışmaq, daima basqalarını düşünmək, qazandığın maaşın son qəpiyini də kimin üçünsə xərcləmək deyil, bu xoşbəxtlikdən qorxmaqdır.

  • Xoşbəxt olmaq daima səni incidən insanlara hörmət əlaməti olaraq heç bir söz deməmək, susub sakitcə dayanmaq deyil, bu xoşbəxtlikdən qorxmaqdır.

  • Başqalarına zərər verməmək üçün sakitcə öz həyatını yaşamaqla xoşbəxt olduğunu düşünürsənsə yanılırsan, bu xoşbəxt olmaqdan qorxmaq deməkdir.

  • Öz haqqlarını qoruya bilmirsənsə, başım dinc olsun devizinə sığınırsansa sən xoşbəxt deyilsən, xoşbəxtlikdən qorxursan. Çünki yeri gəldiyində insanların qarşısına çıxıb öz haqqlarını qorumalısan, sən bu cur xoşbəxt olduğunu göstərməlisən.

Əslində bizim problemimiz xoşbəxtliyin nə olduğunu bilməməyimizdir. Biz sadəcə onun arxasıyca qaçırıq, ona sahiblənmək istəyirik və onu tapdığımızı sanıb itirməkdən qorxuruq. Xoşbəxtlik sadəcə bir andır, olur və bitir. Ona görə də çalışmalıyıq o anın nəbzini tutaq. Nə olursa olsun, hətta ən pis günümüzdə belə, gülümsəməyə bir səbəb tapaq. Çünki bu həyat bizə yalnız bir dəfə verilir, ikinci şansımız yoxdur…

Xəzər Universitəsinin, psixologiya fakültəsinin 3-cü kurs tələbəsi

Xədicə Aşurova
Kataloq: files
files -> Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi”
files -> Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3
files -> Ümumi məlumat Fənnin adı, kodu və kreditlərin sayı
files -> Mühazirəotağı/Cədvəl I gün 16: 40-18: 00 #506 V gün 15: 10-16: 30 #412 Konsultasiyavaxtı
files -> Mühazirə otağı/Cədvəl ivgün saat 13 40 15 00 otaq 410 Vgün saat 13 40 15 00
files -> TƏDRİs plani iXTİsas: 050407 menecment
files -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti TƏHSİl faküLTƏSİ
files -> Mühazirə otağı/Cədvəl Məhsəti küç., 11 (Neftçilər kampusu), 301 n saylı otaq Mühazirə: Çərşənbə axşamı, saat 16. 40-18. 00

Yüklə 8,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə