|
|
səhifə | 243/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| lar deyirdilər ki:
– Cənablar heç kəsi qəbul etmirlər. Ataları vəfat etmişdir, bu saat matəm saxlayırlar.
Ejen Parisin kübarlar aləmini yaxşı tanıdığına təkid etmədi. Delfina ilə görüşmək belə mümkün
olmadığını görüb məyus oldu, qapıçının yanında bu sözləri yazdı:
“Atanızı son mənzilinə ləyaqətlə üçün qiymətli şeylərinizdən birini satın”.
O, kağızın ağzını bağladı və baronun qapıçısına verdi ki, Tereza vasitəsilə baronessaya çatdırılsın, lakin qapıçı məktubu baronun özünə verdi, o isə kağızı buxarıya atdı. Ejen əlindən gələni etdikdən sonra saat üçdə pansiona qayıtdı və küçə qapısında iki stulun üstünə qoyulmuş, üstünə qara parça salınmış tabutu gördüyü zaman, ixtiyar gözləri yaşardı. Gümüşü mis tasın içindəki müqəddəs suda köhnə, əldən düşmüş buxurdan görünürdü; hələ heç kəs ona toxunmamışdı, belə qara çəkməmişdilər. Bu, bir dilənçi ölümü idi: nə təntənə, nə qohum, nə dost, nə aşna, heç nə, heç kəs yox idi. Xəstəxanada məşğul olan Byanşon Rastinyaka məktub yazaraq, ibadət haqqında danışmış olduğunu xəbər verirdi. Günorta ibadətinə gücləri çatmayacaq, ancaq daha ucuz qiymətə başa gələn axşam duası ilə kifayətlənməyə məcburdurlar. Bu xüsusda dəfn k ntoruna Kristof vasitəsilə məktub göndərmişdi. Ejen Byanşonun qara- qurasını yenicə oxuyub qurtarmışdı ki, birdən madam Vokenin əlində qızıl çərçivəli medalyonu gördü: Qorionun qızlarının saçı bu medalyonda idi.
Rastinyak soruşdu:
– Siz bunu necə cəsarət edib götürdünüz? Silviya təəccüblə:
– Yoxsa onunla bərabər dəfn edəcəyik? Axı qızıldır.
Rastinyak hiddətlə:
– Əlbəttə, qızıldır! – dedi. – Qoy o, qızlarından qalan bu yeganə xatirəni özü ilə aparsın.
Matəm arabası gəldikdən sonra Ejen tabutun yenə yuxarıya qaldırılmasını əmr etdi, qapağını açıb, hələ Delfina ilə Anastazinin gənc, pak, günahsız olduqları, can verən qocanın söylədiyi kimi, “mühakimə mədikləri” zamanların maddi inikası olan bu medalyonu dərin ehtiramla qocanın sinəsi üstünə qoydu.
Bu zavallı atanın cənazəsini Nev-Sent-Jenevyev küçəsinin yaxınlığındakı Sent-Etyen-dü-Mon kilsəsinə aparan matəm arabasını ancaq Rastinyak, Kristof və iki məzarçı ötürürdü. Kilsəyə çatdıqdan sonra cənazəni kiçicik və qaranlıq bir ibadətxanaya qoydular. Rastinyak kilsədə Qorio atanın qızlarını və kürəkənlərini axtardısa da, görmədi. Tabutun yanında
Dostları ilə paylaş: |
|
|