1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə



Yüklə 3,21 Mb.
səhifə4/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   2   3   4   5   6   7   8   9   ...   178
B.= Ölkədaxili tələb

1. İstehsal - hasil olunan və ya istehsal olunan yanacağın miqdarını əks etdirir, göstərilən fəaliyyət və ya aparılan əməliyyatların nəticəsı kimi hesablanır. Hasilat və ya istehsal zamanı məhsul qrupları (məsələn, xam neft başqa minerallar da daxil olmaqla) üzrə uçota alınır.

2. Digər mənbələrdən daxil olan enerji daşıyıcıları ilkin enerji daşıyıcılarından fərqlidir. Bura əlavələr (benzol, alkoqol, təbii qazdan alınmış metanol məhsulları), təmizlənmiş yanacaq qalıqları (neft-kimya sənayesindən yanacaq kimi istifadə edilərkən geriyə qayıtmış məhsullar), bərk kömür qırıntıları (qayıtmış kömür), qaz işlərində əmələ gələn qazlar (təbii qaz, təmizlənmiş qaz, LPG, kömürün yanması və digər hallarda əmələ gəlmiş qazlar) daxildir.

3. İdxal və ixrac olunan enerji daşıyıcılarına ölkəyə kənardan gətirilən və kənara aparılanlar aiddir.

a) kömür yanacağının idxalı və ixracına tranzit formada ölkədən keçən kömür daxil edilmir.

b) xam neftin və neft məhsullarının idxalı və ixracı müqavilələrə müvafiq olmalıdır (ölkədən keçən tranzit neft bura daxil edilmir). Xam neft, NGL və təbii qazın mənşəyi üzrə hesabatda göstərilməlidir. Təmizlənmiş yanacaq qalıqları və neft məhsulları sonuncu ölkənin məhsulu kimi hesabata daxil edilir.

4. Beynəlxalq dəniz nəqliyyatının bunkerlərində mövcud olan yanacağın miqdarına gəmilərin suda olarkən istifadə etdikləri yanacaq daxil edilmir. Hərbi məqsədlər üçün istifadə edilən yanacaq hesabatda ayrıca göstərilməlidir.

5. Qalığın dəyişməsi. İlin əvvəlinə olan yanacaq qalığı ilə ilin sonuna olan yanacaq qalığının fərqini göstərir. Bu göstəricini hesablayarkən istehsalda, emal sənayesində, istehlakçılarda mövcud qalıq əsas götürülür. Borularda qalmış enerji məhsulları qalıq kimi uçota alınmır. Qalığın dəyişməsi müsbət və mənfi ola bilər.

6. Ölkədaxili tələb aşağıdakı kimi hesablanır:

Ölkədaxili təklif = istehsal + idxal – ixrac + beynəlxalq dəniz nəqliyyatı bunkerlərində qalıq +/- qalığın dəyişməsi

7. Transferlər məhsullararası, məhsullar üzrə və dövri transferlərə ayrılır. Məhsullararası transferlər məhsulların yenidən təsnifləşdirilməsi və ya spesifikasiyası zamanı əmələ gəlir. Məsələn, kerosin təmizlənəndən sonra qazolin qrupuna düşür (təsnifləşə bilər). Məhsullararası xalis balans sıfır olur. Təmizlənmə üçün idxal edilən neft məhsulları məhsullar transferində əks etdirilir. Məsələn, yanacaq nefti təmizləndikdən sonra yanacaq qalığı kateqoriyasına transfer edilir. Dövri məhsullar bazar şəbəkəsindən ikinci dəfə keçmiş son məhsuldur. Bu transfer məhsulun son istehlakçıya çatdırılmasını ifadə edir.

8. Statistik fərq aşağıdakı kimi hesablanır:

Son istehlak + enerji sektorunda enerji çevrilməsində istifadə + paylanma zamanı itki – ölkədaxili istehlak - transferlər. Təklif komponentləri müxtəlif inzibatı mənbələrdən əldə edildikdə statistik fərq dəyişir.

Enerji balansının tərtibi üçün nəzərdə tutulan məhsullar müvafiq beynəlxalq təsnifat əsasında hazırlanmış milli Sənaye Məhsullarının Statistik Təsnifatı (siyahısı) üzrə təsnifləşdirilir.



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin