Bərpa olunan enerji mənbələri və tullantılar tədarükü
Bərpa olunan enerji mənbələri və tullantıların təbiəti fərqli olduğuna görə istehsaldan istehlaka qədər hərəkətləri də fərqlidir. Məsələn, külək enerjisi və ya günəş kollektorlarından alınan enerji yalnız elektrik enerjisinin istehsalı üçün istifadə olunur; geotermal və günəş istilik enerjisini anbarda saxlamaq mümkün deyil, lakin, bərk, maye və qaz şəklində maddələr anbarda saxlanılır.
İstehsal
Bəzi məhsulların (hidroenerji, günəş enerjisi) gələcəkdə istifadə edilməsi üçün onların elektrik enerjisinə çevrilməsi tələb olunur. I qrupa aid olan (yuxarıda göstərildiyi kimi) bu məhsullardan enerji istehsalı yalnız elektrik enerjisinin istehsalı ilə məhdudlaşır.
Bərpa olunan enerji mənbələri və tullantılardan müxtəlif texnologiyalarla istehsal olunan II və III qrupa aid məhsullar elektrik və istilik enerjisinin istehsalı üçün istifadə oluna bilər və ya bilavasitə digər enerji məqsədləri üçün istehlak oluna bilər.
II qrup məhsulların istehsalı yerin təkindən (altından) çıxan istilik enerjisinin və ya günəş şüalarının istilik enerjisinin tutulmasına (toplanmasına) əsaslanır. Geotermal enerjinin istehsalında enerjinin buxardan və ya isti (qaynar) sudan alınması texnologiyasından istifadə olunur. Günəş istilik enerjisinin istehsalında günəş kollektorlarından istifadə olunur, bu kollektorların köməkliyi ilə istilikdaşıyıcı elementin qızdırılması baş verir və sonra bu istilik digər enerji məqsədləri üçün istifadə olunur.
III qrup məhsulların istehsalına sənaye və ya kommunal tullantılardan bioloji parçalanan və parçalanmayan materialların çıxarılması (alınması), ilkin biokütlədən ibarət materialların istehsalı və ya ilkin bioloji parçalanan materialların (məsələn, ağac kütləsi, axar suların çöküntüsü, zibil) törəmə enerji məhsullarına çevrilməsi daxildir. Məsələn, odunu elektrik və istilik enerjisinin istehsalı üçün buxar enerji qurğusunda yandırmaq olar, ağac kömürünə çevirmək olar və ya qidanın hazırlanması üçün daş sobada istifadə etmək olar.
I qrup bərpa olunan enerji mənbələri və tullantıların axınlarının sadələşdirilmiş sxemi
Külək enerjisi
Qabarma, dalğa və okean enerjisi
Günəş fotoelementləri
Hidroenergetika
İstehsal
Ümumi istehlak
II qrup bərpa olunan enerji mənbələri və tullantıların axınlarının sadələşdirilmiş sxemi
Geotermal enerji
Günəş istilik enerjisi
İstehsal
Ümumi istehlak
İxrac
İdxal
III qrup bərpa olunan enerji mənbələri və tullantıların axınlarının sadələşdirilmiş sxemi
Sənaye tullantıları
Bərk məişət tullantıları
İstehsal
Ümumi istehlak
İxrac
İdxal
Ağac, ağac tullantıları, digər bərk tullantılar
Üzvi maddə tul-lantısı qazı
Axar suların çöküntüsündən olan qaz
Digər bioqazlar
Maye bioyanacaqlar
Ağac kömürü
Strateji ehtiyat-ların yığılması
Strateji ehtiyatla-rın sərfi
Yenidən göndərmə
Elektrik və istilik enerjisinin ümumi istehsalı üzrə statistik məlumatlar elə toplanılır ki, I, II və III qrup məhsulların istehsalı üzrə ayrı-ayrı statistik məlumatların alınması mümkün olsun.
I qrup məhsulların istehsalı yalnız elektrik enerjisinin istehsalına əsaslanır və “Elektrik və istilik enerjisinin ümumi istehsalı” hissəsində göstərilir. Bu proses su elektrik stansiyalarında elektrik enerjisinin istehsalına aiddir.
II və III qrup məhsulların istehsalı əks olunur. Lakin, əgər bu məhsullar elektrik və istilik enerjisinə çevrilirsə, onda istehsal olunmuş elektrik və istilik enerjisinin miqdarı göstərilir.
İstehsal olunmuş geotermal enerjinin miqdarı yerin altından çıxarılan maye və ya buxarın enerjisindən yerin altına qayıdan mayenin istilik enerjisini çıxarmaqla müəyyən edilir. Günəş istilik enerjisi istilikdaşıyıcı elementlə alınan istilikdir (optik itkilər və kollektordakı istilik itkiləri çıxılmaqla).
İstehsal olunmuş bərk biokütlənin miqdarı yanacaq kimi istifadə olunan maddənin aşağı istiliktörətmə qabiliyyəti üzrə müəyyən edilir. İstehsal olunmuş miqdarı materialın karbonlaşdırmadan sonrakı kütləsi ilə müəyyən edilən ağac kömürü istisna olunur.
Sənaye və bərk məişət tullantılarının miqdarı yanacaq kimi istifadə olunan maddənin aşağı istiliktörətmə qabiliyyəti ilə ölçülür. İstehsal olunmuş bioqazların (qıcqırma prosesinə sərf olunan qazlar daxil edilməklə, lakin, məşəldə yandırılan qaz istisna olunmaqla) miqdarı bioqazın aşağı istiliktörətmə qabiliyyətinə uyğundur.
İstehsal olunmuş maye bioyanacaqların miqdarı istehsal qurğusundan çıxan son məhsulun kütləsinə uyğundur.
Göstərilən kəmiyyətlər üçün aşağıdakı ölçü vahidlərindən istifadə edilir: elektrik enerjisi üçün qiqavatt-saat (QVt.saat), istilik enerjisi üçün teracoul (TC), ağac kömürü və maye bioyanacaqlar üçün min ton (1000 t). Bütün ədədlər tam ədədə qədər yuvarlaqlaşdırılmalıdır, mənfi ədədlər olmamalıdır.
Dostları ilə paylaş: |