1973-cü il: Danimarka, İrlandiya və İngiltərə
1981-ci il: Yunanıstan
1986-cı il: Portuqaliya və İspaniya
1995-ci il: Avstriya, Finlandiya və İsveç
2004-cü il: Estoniya, Litva, Latviya, Çex Respublikası, Polşa, Kipr, Slovakiya, Sloveniya, Malta
və Macarıstan
2007-ci il: Rumıniya, Bolqarıstan
Avropa Şurası 1997-ci il Dekabrda, Lüksenburq Zirvəsində genişlənməni mümkün hesab edən müddəti başlamışdır. Bu müddətdə ilk növbədə aşağıda göstərilən on iki ölkə namizəd ölkə statusu almışdır: Bolqarıstan, Cənubi Kipr Rum İdarəsi, Çex Republikası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Rumıniya, Slovakiya, Sloveniya. Avropa Komisiyyasının tövsiyyəsi ilə 31 mart 1998-ci ildə, altı ölkə ilə müzakirələrə başlamışdır: Kipr, Çex Respublikası, Estoniya, Macarıstan, Polşa və Sloveniya. Malta 1996-cı ildə “dondurulmuş” olduğu üzvlük müraciətini,1998-ci ilin Oktyabrında yenidən başlatmışdır. Avropa Şurası 1999-cu Dekabrında Helsinki Zirvəsində,üzvlük müddətinin keyfiyyətini əhatəli şəkildə artırmış və Avropa Komisiyyasının tövsiyyələrinə əməl edərək, altı üzv ölkəyə daha rəsmi üzvlük müraciətinə başlamağı qərar vermişdir: Bolqarıstan, Laviya, Litva, Malta, Rumıniya və Slovak Respublikası. Bu altı ölkə ilə müzakirələr, 15 fevral 2000-ci ildən rəsmən açılmışdır. Avropa Şurası Helsinkidə, Türkiyənin digər üz ölkələrə tətbiq olunan eyni kriteriyalara görə bir üzv olduğunu qeyd etmişdir. 1 May 2004-cü il tarixində, 10 yeni üzv ölkənini (Çex Respublikası, Macarıstan, Polşa, Slovakiya, Sloveniya, Litva, Latviya, Estoniya, Malta və Kipr) Aİ-yə rəsmən qatılması ilə , Aİ tarixinin ən əhatəli genişlənməsini başa çatdırmış oldu. Cəmi 378 milyon əhalisi olan Aİ-nin əhalisi son genişlənmə ilə birlikdə 454 milyaona çatarkən, 10 yeni ölkənin qatılmasıyla Aİ-nin rəsmi dillərinin sayı da 11-dən 20- yə yüksəldi. Avropa qitəsinin tarixi bölünməsini sona çatdıran bu genişlənmə dalğası, Aİ-nin sosial, mədəni, iqtisadi tarazlıqları ilə birlikdə təşkilati dayağını da böyük ölçüdə dəyişdirdi.
Dostları ilə paylaş: |