1. İqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi



Yüklə 112,8 Kb.
səhifə20/60
tarix05.04.2022
ölçüsü112,8 Kb.
#115149
1   ...   16   17   18   19   20   21   22   23   ...   60
IDT cavablar

Ekletik keynsçilərin fikrincə məşğuliyyətin bərpa olunması uzun müddət çəksə də, hər halda baş verəcəkdir. Tələbin tənzimlənməsi və ona nəzarət hüdudsuz ola bilməz, buna görə də aktiv tənzimedici siyasət yeritmək lazımdır.

Radikal keynsçilərin fikrincə tam məşğuliyyətdən kənarlaşma daha uzun müddətə ola bilər. Keynsian tipli işsizlik real əmək haqqının aşağı düşməsinə və bununla da onun nominalının və qiymətinin azalmasına səbəb ola bilməz. Əgər bu baş versə belə, pul kütləsinin məcburi azalması məcmu tələbin artmasına əngəl törədər. Bütün hallarda gələcəyə nikbin məcmu tələbin artmasına maneçilik törətməyə kifayət edir. Bu şəraitdə dövlətin ilkin vəzifəsi təklifin təmin olunması tədbirlərini həyata keçirmək yox, istehsalın həcmini artırmaq, iqtisadiyyatı bərpa etməkdən ibarət olmalıdır.

11. Merkantilizm nəzəriyyəsi

Merkantilizm - kapital yığımı dövründə burjua siyasi iqtisadiyyatın ilk məktəbi olmuşdur. Bu cərəyan xüsusi və milli sərvəti bir-birindən ayırmayaraq ona sərvətin mütləq forması kimi baxmaqla, sərvətin artırılmasının ancaq dövlət tədbirləri əsasında aparılmasını qeyd edirdilər. Onların təliminə görə dövlət ticarət balansını aktivləşdirmək yolu ilə ölkədə pul yığımını artıqmaq tədbirlərini həyata keçirməlidir. Bu zaman heç də ölkədən pul çıxarılması qadağan olunmamalıdır. Çünki, ölkədən çıxanlar pula ucuz mal alınıb ölkəyə gətirilməsi və başqa formada digər ölkələrə satılması son nəticədə ölkədə pul kütləsinin artırılması deməkdir. Burada əsas tezis « Ucuz alıb baha satmaq»-dan ibarətdir.

Göründüyü kimi merkantilistlər dövlətin rolunu ancaq xarici ticarətin tənzimlənməsində görürdülər. Lakin dövlətin daxili tənzimləmə funksiyasından, kənarda xarici tənzimləmə qeyri mümkündür. Məsələn, əgər ölkə daxilində faiz norması xarici ölkələrdəkindən aşağıdırsa bu xarici səhmdarlar vasitəsilə ölkədən qiymətli metalların sıxarılmasına səbəb olacaqdır. Belə şərait dünya təsərrüfatında mühüm rola malik ölkələr üçün risklidir. İri həcmli idxal-ixrac əməliyyatları əgər dövlət tərəfindən tənzim olunmazsa bu iflasa gətirib çatdıra bilər. Merkantilizm dövrünü təhlil edən ingilis alimi C.M.Keyns yazmışdır ki, «ticarət balansının xoş niyyətli qalığı təsərrüfatı stimullaşdırır, bunun əksi isə depressiyaya səbəb ola bilər».

Merkantilizm dövrünün təhlili göstərirdi ki, iqtisadiyyatın dövlət tənzimlənməsinin ilkin başlanğıcı ticarət balansı olsa da, son nəticədə tənzimlənmə siyasətinin ölkə daxilində aparılması əsas məsələdir. Bu dövlət üçün pul indiqatorundan geniş istifadə olunması şansı verir. Lakin merkantlı dövlət siyasəti pul toplanması, idxala qarşı qadağaların qoyulması və s. son nəticədə ölkənin böhrana düşməsinə səbəb olur. Çünki ölkəni ancaq ticarət (tədavül) sferası ilə inkişaf etdirmək olmaz, bunun üçün istehsal vacibdir. Yəni dövlət proteksionizm siyasətindən istifadə etməklə yanaşı, istehsalın inkişafını da təşkil və tənzim etməlidir. Digər tərəfdən həmin dövrdə dövlətin tənzimləmə siyasəti mürəkkəblik törətdiyi üçün məsələ dövlətin iqtisadiyyata müdaxilə etməməsi kimi qoyulmağa başladı.

Fiziokratlar . Tam iqtisadi nəzəriyyə XVIII- əsrin ortalarında Fransada yaranmış və F.Genenin ( 1694-1774) adı ilə bağlıdır. Merkantilizmdən fərqli olaraq fiziokratlar sərvətin mənbəyinin ticarətdə yox, istehsalda olduğunu göstərirdilər. Fiziokratlar nəzəriyyəsinin sonrakı inkişafı A.R.Türqonun (1727-1781) adı ilə bağlıdır. Türqo sənayeçiləri iki hissəyə bölür: sahibkarlara və muzdlu fəhlələrə. Türqo ticarət və sənaye mənfəətini qəbul edir, lakin onun həcmini torpaqdan alınan gəlirdən çıxılması nəticəsi kimi göstərir. Fiziokratlar dövlətin iqtisadiyyata- müdaxilə etməməsində israrlı idilər. ( nə istəyirlər etsinlər və hara istəyirlər getsinlər. Laissez faize, Laissez passer) Bu iqtisadi liberalizm idi.

12. Fiziokratlar

Fiziokratların yaradıcılığı feodalizmdən kapitalizmə ke­çid dövrünə təsadüf edir ki, bu dövrdə Qərbi Avropa nisbətən yetkinləşmiş iqtisadi inkişaf mərhələsində idi.

Fiziokratlar üçün xarakterik xüsusiyyət kəsb edən iqtisadi liberalizm ideyası dArjanson tərəfindən formalaşdırılır. Bu ideyanı isə Qurne sonralar ardıcıl olaraq inkişaf etdirir. 1751-ci ildə Qurne ticarət üzərində olan bir neçə məhdu­diyyətləri aradan qaldırır. O merkantilistlərin siyasətini tənqid edir, feodal imtiyazlarının əleyhinə çıxır, vergi islahatı keçir­məyi tələb edir və iqtisadi liberalizm anlayışını irəli sürür.

Fiziokratların ideyalarına yaxın fikirləri bankir Riçard Kantilyon inkişaf etdirir. O 1733-cü ildə "Ticarətin təbiəti haq­qında oçerk" adlı əsər yazır. Kantilyon bu əsərində açıq şə­kildə fiziokrat ideyaları irəli sürürdü. O qeyd edirdi ki, məhz sərvətin yeganə mənbəyi torpaqdır, çünki torpaq yaşayış va­sitələri ehtiyatına malikdir, insan əməyi torpaqdan sərvət ya­radır. Bununla belə Kantilyon iddia edirdi ki, bütün əhali, zümrələr, təbəqələr torpaq mülkiyyətçiləri hesabına varlanırlar. O hətta cəmiyyəti üç sinfə də bölmüşdü. Kantilyonun fikrincə cəmiyyət əkinçilərdən, sənətkar­lardan və tacirlərdən ibarətdir.




Yüklə 112,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin