1. İqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi



Yüklə 112,8 Kb.
səhifə21/60
tarix05.04.2022
ölçüsü112,8 Kb.
#115149
1   ...   17   18   19   20   21   22   23   24   ...   60
IDT cavablar

Fransua Kene fiziokratizmin əsasını qoymuş və bu mək­təbin rəhbəri idi. O, nəinki fiziokratlar məktəbinin əsasını qoymuş, hətta fiziokratizmin iqtisadi və siyasi proqramını for­malaşdırmışdır. F.Kenenin ideyalarını və axtarışlarını XYIII əs­rin ikinci yarısı Fransasının dövlət xadimi baş maliyyə nəza­rətçisi Ann Raber Jak Tyürqo (1727-1781) davam etdirmişdir.

Kene və ümumiyyətlə fiziokratlar, ekvivalent mübadilə ideyasını irəli sürürdülər. F.Kene belə hesab edirdi ki, tədavülə daxil olan əmtəələr qabaqcadan verilmiş qiymətlər əsasında çıxış edirlər. Lakin F.Kene nə üçün əmtəələr qabaqcadan müəyyən olunmuş qiymətlər əsasında çıxış edirlər səbəbinin elmi əsasını verə bilməmişdir. O, mübadilənin ekvivalent xarakter daşıdığını əsas tutaraq merkantilizmi tənqid edirdi. Çünki merkantilistlər iddia edirdilər ki, sərvət tədavüldə yaradılır. Buna görə də F.Kene göstərirdi ki, əmtəələrin alışı hər iki tərəfdə bərabərlik yaradır, satış hər iki tərəf üçün uyğun olan qiymətlər əsasında aparılır və mübadilə heç nəyə üstünlük vermir.

F.Kene pulu qeyri-faydalı sərvət adlandırmışdır. O elan edirdi ki, pul mübadilədə vasitəçi rolunu oynayır. Keneyə görə pul ölkə sərvətinin təkrar istehsalına kömək etmir. Keneyə görə isə ölkənin sərvətinin mənbəyi və varlanmağın açarı maddi istehsaldır. Maddi istehsal dedikdə o kənd təsərrüfatını nəzərdə tuturdu.

Fiziokratların nəzəri axtarışlarının əsasını "təbii qaydalar" təşkil edirdi. Belə bir konsepsiyanı F.Kene özünün "Təbii hüquq" (1765) əsərində şərh etmişdir. Onun bu əsəri özünün və ümumiyyətlə fiziokratların dünya görüşü və fəlsəfi baxışlarını əks etdirən bir traktatdır. F.Kene belə hesab edirdi ki, ictimai qanunların özü "təbii qaydalar" qanunlarıdır. Bu qanunlar allah tərəfindən göndərilmişdir və cəmiyyət onlardan təkrar istehsal və bölgü münasibətlərində istifadə etməlidir.

Fiziokratlar iddia edirdilər ki, sənayedə izafi məhsul yaradılmır, kapitala görə sənayedə mənfəət də yoxdur. Kapitalistlərin gəliri yüksək əmək haqqı kimi izah edilirdi. Onlar belə hesab edirdilər ki, gəlir və fəhlənin əmək haqqı istehsal xərclərinə daxildir.

Jak Tyürqo 1766-cı ildə "Sərvətin yaranması və bölüşdürülməsi haqqında düşüncələr" adlı əsərini yazır və əsəri 1776-cı ildə kitab şəklində çap etdirir. Bu əsərdə Tyürqo fiziokratların doktri­na­larını əks etdirir, lakin bir çox əlavələr və şərhlər də fiziokratların fikirlərinə əlavə edir.

Tyürqonun fikrincə "ilkin vaxtlarda mülkiyyətçilərlə əkinçilər arasında fərq olmamışdır, sonra torpaq üzərində mülkiyyətçilər yaranmağa başlayır. Beləliklə, insanlar arasında bərabərsizlik meydana çıxır. Çünki insanlar güclüdürlər, əməksevərdirlər və qənaətcillik, ehtiyatlılıq göstərib mühüm torpaq sahələrini tutmuşlar, nəticə etibarilə borc verənlərə çevrilmişlər. Bu proseslərin nəticəsində icarə münasibətləri yaranır.

Tyürqonun iqtisadi baxışlarında əsas cəhətlərdən biri də ondan ibarətdir ki, o, pulla əmtəə dünyası arasında olan əlaqələri açmış və belə bir nəticəyə gəlmişdir ki, pulun özünün də əmtəə təbiəti vardır.

F.Kenenin və bütünlükdə fiziokratların proqramında belə bir fikir də öz əksini tapmışdır ki, torpaq sahiblərinin "xalis məhsulundan" vergi tutulmalıdır. Fiziokratlar əmək haqqı və zəruri istehlak şeylərindən vergi alınmasının əleyhinə çıxış edirdilər. Onların fikrincə vergilərin çoxluğu vergi toplamağı çətinləşdirir və bu proses xeyli xərclərin olmasını tələb edir. Əgər bu belə olarsa ticarət əngəlliklərlə qarşılaşa bilər və nəticədə cəmiyyətin sərvətinin bir hissəsi məhv olar.

13. Klassik nəzəriyyə

Klassik nəzəriyyənin inkişafı A.Smitin ( 1723-1790) adı ilə bağlıdır. A.Smitin konsepsiyası əsası merkantilist U.Petti ( 16231687) və fiziokrat P.Buaqilber ( 1646-1714) tərəfindən irəli sürülmüş əmək dəyər nəzəriyyəsinə əsaslanmışdır. Fiziokratlardan fərqli olaraq A.Smit sərvətin maddi istehsalda yaradıldığını və onun mənbəyinin əmək olduğunu təsdiq edir. Sərvətin artırılması şərti isə əmək məhsuldarlığıdır. A.Smit iqtisadi qanunlarda, təbiət qanunları kimi cəmiyyətin inkişafında rolu olduğunu qeyd edirdi. Onun bu fikri «Təbii harmoniya» ideyasına uyğun gəlirdi. Bu isə iqtisadi proseslərin "«görünməz əl» vasitəsilə idarə olunması anlamına gətirib çıxarırdı, dövlətin iqtisadiyyata müdaxiləsindən imtina edilərək, onun ancaq qayda-qanunu qoruyan bir qrum olduğunu qeyd edilirdi.

A.Smitin davamçısı kimi D.Rikardo (1772-1823) pula tədavül vasitəsi kimi baxırdı. Onun fikrincə insanların şəxsi marağı cəmiyyətin inkişafının təkan vericisidir. D.Rikardoda iqtisadiyyata dövlətin müdaxiləsini qəbul etmirdi. O, qeyd edirdi ki, iqtisadiyyatda dərk olunun iqtisadi və təbiət qanunları fəaliyyət göstəririrlər. Bununla belə D.Rikardo dövlətin iqtisadi siyasəti işləyib hazırlanmasını lazım bilirdi ki, bu da cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına şərait yaratmış olardı. Smit və Rikardo azad ticarətin tərəfdarları olaraq ( friderçilik) qeyd etmişlər ki, merkantil ticarət məhsulların qiymətinin yüksəlməsinə səbəb olur. Buna görə də onlar « müqayisəli xərc» prinsipini irəli sürürdülər. ( yəni məhsulu kimə və harada satmaq sərfəlidir).
14, Sey qanunu

A.Smitin ardıjılı fransız C.B.Sey (1766-1832) olmuşdur. Fransa Vuldar siyası iqtisadının banilərindəndr. Əsas müddəası məhsulun dəyərinin onun fəallığı ilə yəni, istehlak dəyərində ilə yəni, istehlak dəyərində olmasını göstərməkdir. Bunun üçün gəlirlərin arqement ondan ibarətdir ki, bazar şəraitində əmək haqqı, faiz stavkası daha çevik olub tələb və təklifin təsiri altında dəyişilərək, bazarın yeni vəziyyətinə tez uyğunlaşırlar. Bu iqtisadiyyatda « Sey qanunu» kimi ifadə olunmuşdur.

C.B.Sey, A.Smitin dəyərlərin yaranması mənbəyi kimi əmək, kapital, torpağın götürülməsini bir azda inkişaf etdirmişdir. Bu mövqedən əmək haqqı, kapitalistin mənfəəti, torpaq rentası istehsal xərclərinə mütabiqdir. Yəni məhsulun mübadilə dəyəri istehsal xərclərinə bərabərdir. Bu fikirlə o, D.Rikardodan irəliyə getmişdir. Çünki, D.Rikardo torpaq və kapitalın mübadilə dəyəri yaratmadığını söyləyirdir. Kapitalist mənfəəti və torpaq rentası fəhlənin yaratdığı dəyərdən çıxılmalardır. A.Smitin davamçısı və şagirdi olan T.R.Maltus (1766-1834) yoxsulluğun əsasını pis idarəetmədə yox, özünün elan etdiyi « əhali artımı qanunu»nda görürdü. Onun fikrincə əhali həndəsi silsilə ilə istehlak məhsulları isə ədədi silsilə ilə artır. Buna görə də o, dövrü olaraq müharibələrin olmasını zəruri hesab edir.

15. Marksizm

XIX əsrin birinci yarısı K.Marksın iqtisadi ideyalarının və iqtisadi görüşlərinin təşəkkül tapıb qərarlaşması dövrünün ilk mərhələsidir.

K.Marks öz əsərlərində siyasi iqtisadın tarixini araşdırmış və burjua siyasi iqtisadının əsas kateqoriyalarının təhlilini vermişdir. Yaradıcılığının bu mərhələsində K.Marks xüsusilə dəyər, istehsal xərcləri, torpaq rentası, kapital, əmək, rəqabət anlayışlarına daha çox diqqət yetirməklə bu kateqoriyalaraı öyrənib tədqiq etmişdir. Bu problemlər, xüsusilə K.Marksın 1844-cü il iqtisadi-fəlsəfi əlyazmalarında öz əksini tapmışdır.

K.Marksın fikrincə cəmiyyətin aparıcı qüvvəsi proletariatdır və proletariat xüsusi mülkiyyəti ləğv edə bilər. Bunun üçün proletariatı yeni ideyalarla, iqtisadi və fəlsəfi ideyalarla silahlandırmaq lazımdır. K.Marks göstərirdi ki, proletariat üçün yeni bir iqtisadi elmi sistemin yaradılması zəruridir.

"İqtisadi - fəlsəfi əlyazmalarında" K.Marks istehsal xərclərinin tərkib ünsürlərini, əmək haqqını, kapitala görə əldə edilən mənfəəti və torpaq rentasını təhlil edir.

K.Marks əmək və kapital kateqoriyalarına özgəninkiləşdirilmə kimi baxmaqla qeyd edirdi ki, özgəninkiləşdirməyə şüur dairəsində deyil, iqtisadi akt kimi baxmaq lazımdır. Odur ki, kapitalı əməkdən ayırmaq olmaz.

K.Marksın kapitala və əməyə belə yanaşması öz əsərlərindən fərqli olaraq yeni metodoloji prinsip idi. K.Marks sərvət və kasıbçılıq arasında ziddiyyət görürdü. O göstərirdi ki, fəhlələr nə qədər çox sərvət istehsal etsələr də, bir o qədər kasıbçılığa yuvarlanırlar.

Belə bir metodoloji prinsip K.Marks üçün sonralar onun "Kapital" əsərində çxış nöqtəsi olur və K.Marks göstərilən metodoloji prinsipə əsaslanaraq konkretlilikdən abstraktlığa doğru hərəkət edir. Beləliklə, K.Marks kapitalist istehsalı prosesinin və kapital yığımının ümumi qanununun tərkib hissələrinin elmi təhlilini verir.

K.Marks və F.Engels 1845-ci ildə birgə yazdıqları "Müqəddəs ailə və ya tənqidi tarixdən" əsərini çap etdirirlər. Əsər gənc Hegelçilərin əleyhinə yönəlmişdir. Göstərilən əsərdə K.Marks və F.Engels belə bir nəticəyə gəlirlər ki, proletariat özünü iqtisadi cəhətdən azad etməklə cəmiyyətində azad olunması üçün maddi ilkin şərtlər yaradacaqlar.

K.Marks xüsusi mülkiyyətin tənqidini özgəninkiləşdirilməsi ilə əlaqədə verərək yoxsullar və sərvətlilər arasında olan əkslikləri xüsusi mülkiyyətin inkişafı nəticəsi kimi təhlil etmişdir. O qeyd edirdi ki, əgər varlılar sinfi özgəninləşdirmə şəraitində özlərini yüksək təbəqə nümayəndələri kimi hiss edirlərsə, yoxsullar belə bir şəraitdə özlərini məhv olmuş kimi görürlər.

Klassik burjua siyasi iqtisadı ilə müqayisədə K.Marks qeyd edirdi ki, bu məktəbin əksinə olaraq kapitalın inkişafını, onun yaranma mənbəyini dəyər anlayışı ilə, dəyərin pul forması ilə əlaqələndirdi. İqtisadi əlyazmalarında K.Marks ilk dəfə olaraq göstərirdi ki, kapital dəyərdir və mənfəət gətirir.

K.Marksın müəyyən etdiyi kimi, kapitalın digər tərəfi, onun digər xüsusiyyəti ondan ibarətdir ki, göstərilən proses zamanı kapital əmək tərəfindən istehlak olunmalıdır. Məhz buna görə də kapital öz ilkin kəmiyyətinə nisbətən artmalıdır.

K.Marksın sağlığında "Kapital" əsərinin birinci cildində bilavasitə kapital istehsalı prosesini, ikinci cilddə tədavül prosesini, üçüncü cilddə bütövlükdə götürülmək şərtilə kapitalist istehsalı prosesini öyrənmişdir. Dördüncü cild "Kapital" əsəri isə iqtisadi nəzəriyyələr tarixinə həsr edilmişdir.

K.Marks "Kapital" əsərində göstərirdi ki, kapital tarixi forma daşıyan müəyyən bir ictimai münasibətdir və bu münasibətlər kapitalist istismarını ifadə edir.

K.Marks göstərirdi ki, kapitalist istehsalının ilkin şərtlərindən biri işçi qüvvəsinin alınıb-satılmasıdır.

"Kapital" əsərində izafi dəyər istehsalının təhlili göstərir ki, kapital keçmiş əməkdir. K.Marksın təbirincə desək kapital izafi əməyə hərisdir, o qəddarcasına hər cürə sərvətin mənbəyi olan cəmiyyətin iş qüvvəsini mənimsəyir.



16. Neoklassik nəzəriyyə

İqtisadi inkişafın tədqiqində neoklassik istiqamət XX əsrdə bir sıra iqtisadçı alimlərin diqqət mərkəzində olmuşdur. Neoklassik məktəbin əsas nümayəndələri A. Marşal, L.Mizes , F.Xayek olmuşlar. Bu istiqamətin yaradılışı isə A. Marşal olmuşdur. A.Marşalın təklif etdiyi model Lozan məktəbinin nümayəndələrindən olan L.Valras modelindən əhəmiyyətli dərəcədə fərqlənir. L.Valrasa görə qiymət-asılı olmayan dəyişəndir mal təklifi qiymətlə əlaqədar dəyişir, tarazlığa qiymətin hərəkəti ilə nail olunur. A.Marşal isə mal təklifinin qiymətlə şərtlənmədiyinə və xərclərdən asılı olduğunu göstərir. Tarazlıq isə məhsul istehsalının həcmi həyata keçirilir. A.Marşal xərclərin dinamikasını istehsal miqyasının dəyişməsi ilə əlaqələndirir. A.Marşal göstərir ki, təklif qiyməti istehsal xərcləri ilə, tələb qiyməti isə məhsulun son istehlak faydalılığı ilə müəyyən edilir.



J.Hiks son faydalılıq anlayışını inkar edir. Onun fikrincə faydalılıq ölçülməyə yatımlı deyildir. J.Hiks etinasızlıq əyrisinə əsaslanaraq son əvəzetmə norması anlayışını irəli sürür. J.Hiks göstərir ki, müəyyən növ məhsul kəmiyyəti istehlakçı üçün digər məhsulun son itkisini hansı ölçüdə kompensasiya eləyir. J.Hiksə qədər marjinalistlər faydalılıq həddi nəzəriyyəsini yaratmışlar. Marjinalizmin əsası Avstriya məktəbinin nəzəriyyəçiləri K.Menger, F.Vizer tərəfindən qoyulmuşdur. Marjinalizmin əsas kateqoriyaları məhsuldarlıq həddi, faydalılıq həddi, məsrəf həddi sayılır.


Yüklə 112,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin