Dövlətin xarici funksiyaları isə onun beynəlxalq aləmdə fəaliyyətinin əsas istiqamətlərini əhatə etməklə, digər dövlətlərlə normal münasibətlərin qurulmasını və ölkənin mümkün ola biləcək xarici təcavüzdən qorunmasını təmin edir;
Fəaliyyət müddətinə görə isə dövlətin funksiyaları daimi və müvəqqəti ola bilər. Daimi funksiyalar dövlətin bütün inkişaf mərhələlərində, müvəqqəti funksiyalara isə qarşıya qoyulan müəyyən vəzifələrin yerinə yetirilməsi anınadək həyata keçirilir.
Müasir iqtisadi ədəbiyyatlarda (K.Makkonnell, S.Bryu «Ekonomiks», M. 1992) dövlətin iqtisadi funksiyalarının müxtəlif tərkibdə qruplaşdırılmaasına baxmayaraq, mahiyyətcə onlar arasında elə kəskin fərqlər müşahidə olunmur. Belə ki, həmin iqtisadi funksiyalara aşağıdakılar aiddir:
- bazar sisteminin səmərəli fəaliyyətinə şərait yaradan ictimai mühitin və hüquqi bazanın təmin edilməsi;
- rəqabətin qorunub saxlanması;
- gəlir və sərvətlərin yenidən bölgüsü;
- milli məhsulun strukturunu dəyişmək məqsədi ilə resursların yenidən bölgüsü;
- iqtisadiyyatın sabitləşməsi, başqa sözlə desək, iqtisadi şəraitin dəyişməsindən yaranan inflyasiya və məşğulluğun səviyyəsinə nəzarət etmək və iqtisadi artımı stimullaşdırma.
9. İqtisadiyyatın dövlət tənzimlənməsinin inkişaf mərhələləri. ( 11 12 13 14 15 16 17 18 19 )
Dostları ilə paylaş: |