10. İqtisadi tənzimlənmə haqda baxışlar
Dünya iqtisadi ədəbiyyatlarında bazar şəraitində milli iqtisadiyyatın tənzim olunmasına iki nəzəri baxış mövcuddur. Bu baxışları şərti olaraq iki istiqamətə ayırmaq mümkündür.
Birincisi klassik istiqamətdir ki, bazar sisteminin avtomatik özünütənzimləmə xüsusiyyətinin olduğuna əsaslanır.
İkinci istiqamət Keyns nəzəriyyəsidir ki, yüksək işsizlik səviyyəsində bazar sistemi uzun müddət durğunluq halında ola bilməsinə əsaslanır.
Klassik istiqamət uzun müddət 1929-1933-cü illər böhranına qədər iqtisadi inkişafına hakim olmuşdur.”Sey qanunu”na əsaslanaraq göstərilirdi ki, bazar rəqabəti sistemi tələb və təklifin tarazlığını avtomatik tənzim edir və bu halda dərin iqtisadi böhranlar ola bilməz. . Bunun üçün göstərilən arqument ondan ibarətdir ki, bazar şəraitində əmək haqqı, faiz stavkası daha çevik olur, tələb təklif təsiri altında dəyişilərək, bazarın yeni vəziyyətinə tez uyğunlaşırlar.
İyirminci əsrin 1-ci yarısında iqtisadi reallığa əsaslanan Keyn nəzəriyyəsi göstərdi ki, faiz stavkası, əsasən də əmək haqqı bir o qədər də çevik olmayıb bazar şəraitinə qısa müddətdə tez uyğunlaşa bilmir. Onlar tələb və təklifin tarazlıq nöqtəsinə yavaş-yavaş yaxınlaşırlar.
İqtisadiyyatın dövlət tənzimlənməsinə əsaslanan Keyns nəzəriyyəsi 70-ci illərdə tənqidə məruz qalmışdır ki,bu klassik istiqamətin yenidən dirçəlməsi kimi çıxış etmişdir.
Bir çox iqtisadi məsələlərin həllində dünya iqtisadiyyatçı alimləri vahid fikirə gələndə,hələ də pozitiv iqtisadi nəzəriyyədə dünya iqtisadiyyatının faktiki fəaliyyət prinsipinin və normativ iqtisadi nəzəriyyədə-dövlətin necə fəaliyyət göstərməsinin müəyyən edilməsində fikir ayrılığı vardır. Bu istiqamətdə müasir makroiqtisadi fikirləri əhatə edən aşağıdakı məktəblər fəaliyyət göstərir.
1. Neoklassik iqtisadçılar
2. Ardıcıl monetaristlər
3. Ekletik keynsçilər
4. Radikal keynsçilər
Dostları ilə paylaş: |