8. İqtisadiyyatın dövlət tənzimlənməsinin funksiyaları
Cəmiyyətdə müxtəlif maraqların bir-biri ilə əlaqələndirilməsi dövlət tərəfindən bir sıra mühüm funksiyaların həyata keçirilməsini tələb edir.
Dövlətin tənzimləyici funksiyaları: daxili və xarici funksiyalara bölünür.
Daxili funksiyalar cəmiyyətin daxili həyatının idarə edilməsi üzrə dövlətin fəaliyyət istiqamətlərini özündə əks etdirir. Bununla yanaşı, dövlətin daxili fəaliyyəti də öz növbəsində iqtisadi-sosial, maliyyə nəzarəti, qanunçuluğun qorunması və ekologiya sahəsində mühüm funksiyaları əhatə edir ki, onları qısaca olaraq aşağıdakı kimi səciyyələndirmək olar:
- dövlətin iqtisadi funksiyası, dövlətin büdcəsinin formalaşdırılmasını və onun xərclənməsinə nəzarəti, ölkənin ümumi iqtisadi inkişaf proqramının müəyyən edilməsini, iqtisadiyyatın prioritet sahələrinin inkişafının stimullaşdırılmasını, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasını və s. nəzərdə tutur;
- sosial funksiya isə dövlət yardımına ehtiyacı olan cəmiyyət üzvlərinin sosial müdafiəsi, səhiyyə, təhsil, mənzil tikintisi, nəqliyyat və rabitənin inkişafı üçün maliyyə vəsaitlərinin ayrılmasını və s. bü kimi istiqamətlərlə bağlı məsələləri əhatə edir;
- maliyyə sistemi vasitəsilə reallaşdırılan nəzarət funksiyası hüquqi və fiziki şəxslərin dövlət büdcəsinə ayırmalı olduqları gəlirlərin aşkar edilməsi və onların uçotunun aparılması ilə məhdudlaşır;
- dövlət qanunçuluğun qorunması ilə bağlı funksiyası qəbul edilmiş qanunvericilik aktlarının cəmiyyət üzvləri tərəfindən dəqiq və tam icrasını təmin etməkdən ibarətdir;
- ekologiya sahəsində dövlətin funksiyası ətraf mühitin mühafizəsinə yönəldilmiş tədbirlər sistemini özündə birləşdi rir;
Dostları ilə paylaş: |