1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


Menecmentin nəzarət və koordinasiya funksiyaları



Yüklə 340,18 Kb.
səhifə70/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   66   67   68   69   70   71   72   73   ...   121
n.Menecment mühazirə

5. Menecmentin nəzarət və koordinasiya funksiyaları

Nəzarətetmə idarəetmənin mühüm funksiyalarından biri­dir. Nəzarət sözü nəzər yetirmək, baxmaq, müşahidə apar­maq mənasını daşıyır. Nəzarətetmə müəssisədə intiza­mın yaranmasını, fəaliyyətin tənzimlənməsini, qayda-qanunlara, təlimatlara əməl olunmasını təmin edən idarə­çi­lik funksiyasıdır.

Nəzarət idarəetmənin obyektini və subyektlərini əha­tə edir. Nəzarətin obyekti bütün isteh­sal sistemləri və ya­rım­sistemləri, funksional və xətti sistemlər, istehsal, tə­da­vül və s. sahələr ola bilər. Nəzarətin subyekti isə, fərdi adamlar, sosial qruplar və bütövlükdə təşkilat ola bilər.

Nəzarətin əsas məqsədi qərarların qəbulu ilə ic­ra­sı ara­sındakı vəhdətliyi təmin etməkdən, müəssisələrin sə­rən­camında olan maddi dəyərləri mühafizə etməkdən, prob­lemləri aşkar et­mək­dən, aradan qaldırmaqdan və gə­lə­cək­də baş vermə­mə­si üçün tədbirlər görülməkdən iba­rətdir.

Nəzarət ayrı-ayrı təşkilatlarda və onların daxili böl­mə­­lərində əlverişli şəraitin yaradılmasına imkan yarat­ma­lıdır. Bunun üçün təşkilatların özlərində və onlardan kə­nar­da müxtəlif nəzarətetmə sistemləri yara­dılır. Nəzarət öz tə­biətinə görə əks əlaqə prinsi­pinə, ideyasına əsas­lanır.

Nəzarətdə ən başlıca məsələ obyektin arzu olunan stan­dartdan kənarlaşma səbəblərinin sistemli halda aş­kara çıxa­rılması və qiymətləndirilməsi, tənzimləmə proq­ramı­nın tərtib edilməsidir. Ən vacib məsələdən biri də nəza­rə­tin idarəetmə tsikli, menecmentin digər funksiyaları ilə op­timal halda əlaqələndirilməsidir.



Koordinasiya - idarəetmənin mərkəzi funksiyalarından biri hesab olunur. Bu funksiya vasitəsilə prosesin müntəzəmliliyi və fasiləsizliyi təmin olunur. Bu funksiyanın başlıca vəzifəsi idarəetmənin bütün funksiyalarının işinin yekdilliyini təmin etməkdən və onların arasında səmərəli əlaqənin yaradılmasından ibarətdir.

Təsadüfi deyil ki, koordinasiya idarəetmənin ən yaxşı sinonimi hesab olunur. İdarə edənlər və ya menecerlər sistematik olaraq kommunikasiya mərkəzinin öhdəliklərini yerinə yetirir. Yəni onlar informasiya qəbul edir və bu məsələnin təminatında əsas ağırlıq mərkəzi onların üzərinə düşür. Bu funksiya vasitəsilə bütün kollektivin birgə fəaliyyəti təmin olunur.

Beləliklə göründüyü kimi menecmentin funksiyalarının hər biri özündə ayrı-ayrı prosesləri, əməliyyatları və idarəetmə alətlərini əks etdirir. İdarəetmənin hər bir funksiyasının səmərəliliyin artırılmasında özünəməxsus yeri və rolu vardır. Bu səbəbdən də hər hansı kollektivdə işin ahəngdarlığını təmin etmək üçün menecer bu funksiyalardan ayrı-ayrılıqda deyil, bir-birilə qarşılıqlı əlaqədə istifadəni təmin etməyi bacarmalıdır.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin