4. Menecmentin motivləşdirmə funksiyası
Rəhbərlər həmişə bilməlidir ki, hətta ən yaxşı tərtib olunan planlar və ən təkmil təşkilati strukturlar təşkilatda faktiki işləri yerinə yetirən olmadıqda mənasız olur. Motivləşdirmə funksiyasının vəzifəsi ondan ibarətdir ki, təşkilatın üzvləri işləri onların vəzifələrinə uyğun icra etsinlər. Rəhbərlər öz işçilərinə motivləşdirmə funksiyasını dərk edib yaxud etməmələrindən asılı olmayaraq həmişə həyata keçirmişlər. Qədim dövrlərdə bunun üçün qorxu, bəzi seçilənlər üçün mükafatlar xidmət göstərmişdir.
Davranış elmi sahəsindəki tədqiqatlar onu göstərdi ki, xalis iqtisadi yanaşma dayanıqlı deyildir. Rəhbərlər öyrəndilər ki, motivləşdirmə, başqa sözlə fəaliyyətə daxili vadaretmələrin yaradılması mürəkkəb tələbatların məcmusunun nəticəsidir. Onlar daima dəyişilirlər. İndiki vaxtda dərk edilməlidir ki, öz işçilərini səmərəli motivləşdirmək üçün rəhbərlər həmin tələbatların nədən ibarət olmalı olduğunu müəyyən etməlidirlər.
İşçilərdə əməyə maraq oyadılması və onların fəaliyyətə sövq edilməsi prosesinə motivləşdirmə deyilir.
İnsan davranışı bir sıra motivlərə əsaslanır.
Dostları ilə paylaş: |