1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri



Yüklə 340,18 Kb.
səhifə72/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   68   69   70   71   72   73   74   75   ...   121
n.Menecment mühazirə

2. İqtisadi metod

Menecmentin iqtisadi metodlarına aşağıdakılar aiddir:



1. Dövlət və regional orqanlar tərəfindən nizamlanan metodlar:

a) ölkənin vergi sistemi;

b) regionun vergi sistemi;

c) ölkənin maliyyə-kredit mexanizmi;

ç) regionun maliyyə-kredit mexanizmi.

2. Firma tərəfindən nizamlanan metodlar:

a) firmanın fəaliyyət göstərməsi üçün iqtisadi normativlər;

b) işçilərin maddi-mükafatlandırma sistemi;

c) tikinti-quraşdırma işlərinin keyfiyyəti və səmərəliliyinə məsuliyyət sistemi;

ç) elmi yanaşmalar və menecmentin müasir metodlarının tətbiqi (sistemi təhlil, proqnozlaşdırma, optimallaşdırma).

Birinci qrup metodlar menecment sisteminin xarici mühitinin iqtisadi amillərinə aiddir və onun parametrləri firma tərəfindən təyin olunur. Firmanın fəaliyyət göstərməsi üçün iqtisadi normativlərə aşağıdakılar aiddir.

a) konkret bazalarda rəqabət qabiliyyətli məhsulun xüsusi çəkisi;

b) konkret məhsullar üzrə rentabellik norması;

c) dövriyyə vəsaitinin dövriyyəsi;

ç) əmək məhsuldarlığı;

d) investisiyaların öz-özünü ödəməsi;

e) firmanın balans gəliri və vergilərin payı;

ə) əməyin fondla silahlanması;

f) işçilərin ümumi tərkibində əsas fəhlələrin xüsusi çəkisi;

g) istehsalın avtomatlaşdırılması və idarəolunması səviyyəsi və s.

Bütün bu normativlər marketinq tədqiqatlarının nəticəsində işlənir və biznes plana daxil olunur.

İqtisadi inkişafa nail olunması, iqtisadi maraqların tə­min olunması məqsədilə həyata keçirilən metodlara ida­rə­etmənin iqtisadi metodları deyilir. İqtisadi metod iqti­sa­di siyasətin və maddi maraq prinsiplərinin tətbiqi ilə işin icrasının yerinə yetirilməsini təmin edir.

İqtisadi metodlar aşağıdakı kimi təsnif olunur:

1. Müəssisədaxili iqtisadi metodlar.

2. Müəssisəxarici iqtisadi metodlar.

Müəssisədaxili iqtisadi metodlar həm müəssisənin iq­­tisadi maraqlarının, həm də personalının və ya işçilərin so­sial-iqtisadi tələbatlarının təmin olunmasına xidmət edir.

Müəssisəxarici iqtisadi metodlar təsərrüfatlararası he­sablaşmaları, müəssisə və təşkilatın digər müəssisə və təş­kilatlarla, alıcılarla, satıcılarla, sifarişçilərlə iqtisadi əla­qə­ləri, əqdlərin bağlanmasını, təsərrüfat, iqtisadi və ma­liy­yə münasibətlərinin formalaşdırılmasını əhatə edir.

İqtisadi metodlar bazar sistemində aparıcı mövqeyə malikdir. Bu metodlar vasitəsilə firmaların fəaliyyətinə təsir göstərilir və onlar üçün əlverişli şərait yaradılır.

İqtisadi metod idarəetmə obyektinin müəyyən tərəf­lə­rinə - istehsalın təşkilinə və onun nizama salın­masına, kol­­lektivin və onun üzvlərinin maddi maraq­larına təsir edir, istehsalın ahəngdar olmasına xidmət edir.

İqtisadi metod personalda əməyə maddi maraq (stimul) yaradır. Çünki sosial-iqtisadi tələbatların ödə­nil­mə­­si işçinin əmək fəallığını artırır. Sosial-iqtisadi tələbatların ödənilməsi dedikdə, işçiyə əmək haqqının, əlavə əmək haqqının, mükafatların, maddi yardımların ve­­ril­­məsi başa düşülür. İqtisadi metod əl əmə­yinin yün­gül­ləş­di­ril­mə­sini və əmək şəraitinin yaxşılaş­dırılmasını təmin edir.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin