1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri


Şəxsiyyətin və koqnitiv sahənin psixodiaqnostikası



Yüklə 138,91 Kb.
səhifə10/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   6   7   8   9   10   11   12   13   ...   76
3.Şəxsiyyətin və koqnitiv sahənin psixodiaqnostikası

1. Şəxsiyyətin parametrləri

2.Şəxsiyyətin əsas keyfiyyətləri

3.Koqnitiv sahənin diaqnostikası


1. Şəxsiyyətin parametrləri – Psixodiaqnostikada şəxsiyyətin ölçülməsi məqsədilə onun quruluşunun ayrı – ayrı sahələri, məslən: motivasiya, dəyərlər və istiqamətlər öyrənilir. Bu baxımdan psixodiaqnostikanın uöurla həyata keçirilməsi üçün şəxsiyyətin motivasiyası və d. sahələrin şərhi yollarının müəyyənləşdirilməsi tələb olunur.

Motivlər mahiyyət etibari ilə şəxsiyyəti fəaliyyətdə öyrənmək deməkdir. İnsan fəaliyyətinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o, həmişə məqsədyönlüdür.



Motiv (latınca moverə - hərəkətə gətirmək, itələmək) anlayışı altında tələbatların təmin olunması ilə bağlı olaraq insanı fəaliyyətə təhrik edən amillər nəzərdə tutulur. Motiv – insanı fəaliyyətə təhrik edir və onun fəaliyyətinin istiqamətini müəyyənləşdirir. Bu iki cəhət bir - birilə vəhdət təşkil edərək motivin əsas funksiyaları kimi meydana çıxır.

Motiv tələbatdan yaranır. Ona görə də motivlər bir – birindən əlaqəli olduğu təələbatların (sosial, əxlaqi, təlim və s.) növünə, kəsb etdiyi formalara, genişliyinə və məhdudluğuna, reallaşdığı fəaliyyətin konkret məzmununa görə fərqlənir. Fəaliyyətin mürəkkəb növləri bir qayda olaraq bir deyil, bir neçəsi ilə motivləşir. Eyni qaydada, bir fəaliyyətdə bir neçə yeni motiv yarana bilər. Bu inkişafda insanın hərəkət və əməllərinin şaxələnməmiş motivləşmə sistemi yaranır. Motivlər hər bir fəaliyyət sahəsində özünəməxsus xüsusiyyətlərlə təzahür edir. Bu cəhəti nəzərə alsaq, biz onları fəaliyyətin növlərinə görə: oyun, təlim və əmək motivləri kimi xarakterizə edə bilərik.

Təlim motivləri idrak və sosial motivlər olmaqla iki böyük qrupa bölünür. Əgər subyektin fəallığı ayrı – ayrı fənlərin tədrisi prosesində öyrənilən obyektlərə yönəlibsə, bu zaman idrak motivlərindən danışılır. İdrak motivlərinin aşağıdakı növləri vardır:


  1. Geniş idrak motivləri (subyekt bütün fənlərdə yeni faktlar, nəzəri məsələlər, deduktiv nəticələr və s. ilə maraqlanır).

  2. Tədris - idrak motivləri (subyektdə bir və ya bir neçə fənnə maraq gəlir, o, müvafiq fənləri daha ətraflı öyrənməyə başlayır).

  3. Özünütəhsil motivləri (subyekt maraqlandığı fənlər üzrə müstəqil surətdə yeni biliklər əldə etməyə başlayır).

Əgər təlim prosesində subyektin fəallığı başqa adamlarla münasibət sahəsinə yönəlirsə, bu zaman sosial motivlər fərqləndirilir. Onlar 3 növə bölünür:

  1. Geniş sosial motivlər (subyekt Vətənə, cəmiyyətə faydalı olmağa çalışır).

  2. Dar sosial motivlər – bunlara başqa sözlə, mövqe motivləri deyilir ( şagird ailədə və məktəbdə yaxşı mövqe tutmaq üçün əlaçı olmağa çalışır.

  3. Sosial əməkdaşlıq motivləri (şagird özünün müəllimlər və sinif yoldaşları ilə münasibətlərini təhlil edir, onları daha da yaxınlaşdırmağa çalışır).

“Motivasiya” və “motiv” anlayışlarına yanaşmalar fərqlidir. Motivasiya anlayışı daha genişdir:

  1. motivlərin cəmidir

  2. davranışını saxlayan və istiqamətləndirən, yəni onu müəyyən edən faktorların cəmidir

  3. davranışını saxlayan və istiqamətləndirən, yəni onu müəyyən edən faktorların cəmidir

  4. orqanizmi fəallığa yönəldən, onu istiqamətləndirən təhrikdir

  5. konkret fəaliyyəti tənzimetmə prosesidir.

V.Q.Leontyev motivasiyanın 2 tipini ayırır: ilkin motivasiya – tələbat, meyl, instinkt formasında, ikinci motivasiya – motiv formasında təzahür edir. Əksər hallarda psixoloqlar motivasiya deyəndə davranışın determinasiyanı nəzərdə tutur, bu səbəbdən xarici və daxili motivasiyadan bəhs edirlər. Göstərilənləri nəzərə alaraq psixologiyada şəxsiyyətin diaqnostikasında onun bütöv quruluşu, eləcə də ayrı – ayrı komponentlərinin ölçülməsi üzrə metodikalar işlənmişdir. Onlarla tanış olmazdan əvvəl şəxsiyyətin tipologiyasını nəzərdən keçirəcəyik.



Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin