Xarakter əlamətləri və xarakterin aksentuasiyasi
Xarakter əlamətləri çoxdur. Ayrı- ayrı dillərdə xarakter əlamətlərini ifadə edən dörd mindən çox söz vardır. Onların çoxu olduqca müxtəlif mənalarda işlənir, hətta bəzən eyni bir xarakter əlamətini müxtəlif çalarlarda səciyyələndirir. Biz qeyd etdik ki, xarakter inasnın münasibətini ifadə edir. Bu baxımdan xarakter əlamətlərini aşağıdakı kimi təsnif etmək olar.
1. Kollektivə və başqa adamlara münasibəti ifadə edən xarakter əlamətləri: kollektivçilik, doğruçuluq, kobudluq, qayğıkeşlik, tələbkarlıq və s.
2. Əməyə münasibəti ifadə edən xarakter əlamətləri: əməksevərlik, tənbəllik, məsuliyyətlilik və s.
3. İnsanın özünə münasibətini ifadə edən xarakter əlamətləri:təvəzökarlıq,lovğalıq, şöhrətpərəstlik vəs.
4. Əşyalara münasibəti ifadə edən xarakter əlamətləri: səliqəlilik, pintilik, qayğıkeşlik və s.
Hər şeydən əvvəl, qeyd edək ki, insanın kollektivə, başqa adamlara, əməyə, özünə və əşyalara münasibətlərini ifadə edən xarakter əlamətləri bir - biri ilə üzvi surətdə əlaqədardır. Məsələn, müəyyən olunmuşdur ki, özünə hörmət etməyən adam başqalarına da hörmət etmir. İnsan xarakterinin bütövlüyündən danışanda, adətən-xarakter əlamətlərinin qarşılıqlı əlaqədə olmasını nəzərə alırlar. Bununla əlaqədar olaraq tərbiyə nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olan iki məsələni qeyd etmək lazımdır.
1. Tutaq ki, uşaqda kobudluq kimi xarakter əlaməti özünü göstərir. Tərbiyəçi (ana və ya müəllim) bu mənfi cəhəti aradan qaldırmaq üçün onda nəzakətlilik kimi müsbət xarakter əlaməti tərbiyə etməyə çalışır. ilk baxışda, tərbiyəçi məsələyə düzgün yanaşır. Psixoloji baxımdan isə ona haqq qazandırmaq olmaz. Çünki kobudluq uşağın başqa insanlara münasibəti ilə bağlıdır. Kobudluğu aradan qaldırmaq üçün onun, birinci növbədə, insanlara münasibətini dəyişmək lazımdır.
2. İnsanın xarakteri dəyişirmi? İnsanın başqa adamlara, əməyə, özünə və əşyalara münasibəti dəyişdikcə, onun xarakteri də dəyişir. Xarakter əlamətləri yalnız uşaq yaşlarında deyil, bütün ömür boyu inkişaf edir və tərbiyə olunur. Adamların böyük əksəriyyəti öz xarakterlərində 25-55 yaşlar arasında
müəyyən dəyişikliklər baş verdiyini qeyd edirlər. Xarakter əlamətlərini tipik və fərdi əlamətlər olmaqla üzrə iki yerə bölə bilərik. İnsanın psixi həyatının bütün cəhətləri kimi xarakteri də onun ictimai varlığı ilə şərtlənir. Eyni cəmiyyətdə yaşayan insanların həyat şəraitində ümumilik xüsusiyyətlərilə yanaşı, özünəməxsus cəhətlər də özünü göstərir. Bu xüsusiyyətləri ifadə etmək üçün makro və mikro mühit
terminlərindən istifadə edə bilərik. Bizim hamımızın makromühitimiz eynidir. Yəni birimiz şəhərdə, birimiz kənddə, aranda, dağlıq yerdə yaşasaq da bir ölkədə böyüyür, təhsil alır və fəaliyyət göstəririk.
Makromühit kimi mikromühit də geniş anlayışdır. Bir misalla fikrimizi izah edək: Leyla və Rəfiqə eyni sinifdə oxuyurlar. Leylanın qardaşı yoxdur, iki bacıdırİar. Rəfiqənin isə bacısı yoxdur, iki qardaşı var. Bu o deməkdir ki, onlar bir-birindən fərqli mikromühitdə böyüyürlər. Xarakterin tipik və fərdi əlamətləri vəhdətdədir. Onlar həmişə qarşılıqlı əlaqədədirlər. Xarakter əlamətləri müxtəlif və çoxcəhətli olsa da, əksər hallarda onlann biri və ya bir neçəsi insanın qavranış və rəftarında daha qabarıq şəkildə özünü göstərir. İnsanlar bir-birlərini xarakterizə edərkən bu cəhəti, adətən, nəzərə alırlar: biz hər hansı bir şəxsi "mehriban" və ya "kobud adam" kimi qiymətləndirdikdə onun müəyyən bir xarakter əlamətini
nəzərə çarpdırırıq. Hələ XIX əsrin sonlarından etibrən psixiatrların diqqətini belə bir cəhət cəlb etmişdi ki, ayrı-ayrı adamların xarakterində özlərinin zahiri əlamətlərinə görə hətta bəzən psixopatiyanı xatırladan, əslində isə ondan fərqlənən ifrat cəhətlər özünü göstərir. XX əsrin 60-cı illərinin sonunda alman alimi K.Leonqardın təklif etdiyi şəxsiyyətin aksentuasiyası termini müasir psixiatriyada və psixologiyada geniş yayılmışıdr.
Dostları ilə paylaş: |