1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri



Yüklə 138,91 Kb.
səhifə11/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   7   8   9   10   11   12   13   14   ...   76
PARAMETRLƏR

İnsanlar bir-birindən yalnız özlərinə xas olan fərdi psixoloji xüsusiyyətlərinə görə fərqlənirlər.Adətən, elə bu mənada da konkret insan üçün səciyyəvi olan əlamətlərdən bəhs edilir. (Xarakterin yunancadan hərfi təcrüməsi "naxış, iz" deməkdir). Lakin psixologiyada "xarakter" sözü daha dar və xüsusi mənada

işlədilir. Çünki insanın hər cür fərdi xüsusiyyətlərini xarakter əlaməti adlandırmaq olmaz. Məsələn, görmə və eşitmə qabiliyyətinin itiliyi, yadda saxlamanın sürəti və müddəti, ağlın dərinliyi və s. kimi fərdi psixi xüsusiyyətlər xarakter əlaməti deyildir.

Xarakter dedikdə psixologiyada konkret şəxsiyyət üçün tipik olan fəaliyyət tərzində təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlərinin məcmuyu nəzərdə tutulur. Şəxsiyyətin münasibətləli xarakter əlamətlərinin fərdi özünəməxsusluğunu iki cəhətdən müəyyənləşdirir. Bir tərəfdən hər bir tipik şəraitdə emosional həyəcanların fərdi özünəməxsusluğu şəxsiyyətin münasibətlərindən asılıdır. Xarakterin hər bir xüsusiyyəti məhz belə tipik şəraitdə özünü büruzə verir. Digər tərəfdən, hər bir tipik şəraitdə şəxsiyyətin təzahür edən davranış formasının özünəməxsus fərdi xüsusiyyətləri və onun münasibətindən asılıdır.

"Xarakteristika" sözünü insanın fərdi xüsusiyyətlərini təsvir etmək üçün ilk dəfə yunan filosofu Teofrast (b.e.ə. 4-3-cü əsrlər) işləmişdir. Lakin onun işlətdiyi "xaraukteristika" terminində insanın yalnız əxlaqi simasının təsviri verilirdi. "Xarakter" sözünü Labryuyur də (XVII əsr) elə bu mənada işlətmişdir. Məşhur Azərbaycan alimi N.Tusinin "Əxlaqi-Nasiri" əsəri də insan xarakterləri sahəsində incə müşahidələrlə zəngindir. Beləliklə, xarakter sözü başlanğıcdan insanın sosial-əxlaqi simasını əks

etdirən bir anlyaış kimi işlədilmiş və bu mənada orqanizmin xassələrindən asılı olan temperamentə tamamilə zidd məna kəsb etmişdir. XIX əsrdən başlayaraq xarakter sırf psixoloji planda ya ağlın, hissin və iradənin (A. Ben), ya hiss və iradənin (Ribo), ya da təkcə iradənin (P.F. Lesqaft) fərdi xüsusiyyətlərini bildirən bir məfhum kimi işlənmişdir. XX əsrdə xarakter anlayışı altmda psixikanın ayrı-ayrı sahələrinin xüsusiyyətəlri deyil, şəxsiyyətin bütün xassələri nəzərdə tutulmuşdur. Bu xassələr, öz növbəsində, şəxsiyyətin müxtəlif istiqaməti (V. Ştern), ya əsas təhrikedici qüvvələri (L Klaqes), ya da meyl və münasibətəlri (A.F. Lazurski) kimi şərh olunmuşdur. Xarakterin irsən keçməsi və həyat prosesində qazanılması məsələsinin şərhində də prinsipial fikir ayrılığı vardır. İ.Kantın (XVIII əsr) fikrincə xarakter temperamentdən fərqli olaraq, həyat prosesində qazanılır. Lakin fiziki xüsusiyyətəlri şərh edərkən Kant irsi və həyatda qazanılan xüsusiyyətləri bir-birindən ayırmır. Ribo xarakteri irsiyyətlə şərtlənən bir hadisə kimi başa düşmüşdür. Malaper, Fulye və başqa alimlər xarak-terdə həm irsi, həm də həyatda qazanılmış xassələr olduğunu qeyd etmişlər. Polan xarakterin tamamilə həyat şəraiti ilə müəyyən edildiyini göstərmişdir. Bu iki nöqteyi-nəzərin mübarizəsi indiyə qədər də

davam edir. Hər bir xarakter əlaməti yalnız müvafiq tipik şəraitdə təzahür etdiyi üçün, onun fizioloji sinir mexanizmlərinin də yalnız müvafiq tipik, təkrar olunan şəraitdə təzahür edəcəyini güman

etmək olar. Belə fizioloji mexanizmlərdən biri dinamik stereotipidir. Dinamik stereotip dedikdə, eyni şəkildə təkrar olunan qıcıqlandırtcılar sisteminin təsirinə cavab olaraq əmələ gələn şərti reflekslər sistemi nəzərdə tutulur. Dinamik stereotipin səciyyəvi əlaməti orqanizmin eyni şərti qıcıqlandırıcılara şəraitdən asılı olaraq, müxtəlif reaksiyalarla cavab verməsidir. Bu keçirilmə adlanır. Əsasını dinamik stereotip təşkil edən keçirilmənin mahiyyəti mərkəzi sinir sistemində şəraitdən asılı olaraq müxtəlif

funksional halların yaranmasından ibarətdir. Xarakter və sinir sisteminin ümumi tipinin təzahürlərini

müqayisə etdikdə, xarakter əlamətlərinin mənşəyini başqa bir fizioloji şəraiti də üzə çıxır. Mə'lum olmuşdur ki, sinir sisteminin ümumi tipinin əks (zidd) xassələrinə psixoloji cəhətdən əks hərəkət tərzi uyğun gəlir. Məlumdur ki, sinir sisteminin ümumi tipi həm də temperamentin fizioloji əsasını təşkil edir. Buradan aydın olur ki, temperament və xarakter arasında sıx əlaqə vardır. Temperamentin tipi xarakterin xüsusi fərdi əlamətlərinin mənşəyinin ən mühüm psixoloji şərtlərindən biridir. Məlumdur ki, ikinci siqnal sistemi xarakter əlamətlərinin əsasını təşkil edən "keçirilmə" mexanizminin əmələ gəlməsində mühüm rol oynayır.İkinci siqnal sisteminin birinci siqnal sistemi üzərində üstünlüyünü və bu iki siqnal sistemi arasında olan qarşılıqlı münasibətləri nəzərə alaraq, İ.P.Pavlov sinir sisteminin insana məxsus üç tipini ayırd etmişdir.

1."Mütəfəkkir" tip. Bu tipdə ikinci siqnal sistemi üstünlük təşkil edir.

2."Bədii" tip. Bu tipdə birinci siqnal sistei üstünlük təşkil edir.

3."Orta" tip. Bu tipdə siqnal sistemlərinin heç biri üstünlük təşkil etmir. Xarakter əlamətlərinin mənşəyində sinir sisteminin xüsusi tiplərinin də iştirak etdiyi güman edilir. Lakin sinir sisteminin ümumi tipinin xassələri əvvəlcədən xarakterin necə olacağını müəyyən etmir. Eyni sinir tipinə malik olan insanların xarakteri müxtəlif ola bilər: məsələn, sinir sistemi zəif tipə mənsub olan adam mehriban, yaxud da kinli, doğruçu və ya yalançı, səliqəli və ya pinti ola bilər.


Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin