1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri


II.Şəxsiyyətlərarası münasibətlərin diaqnostikasının təhlili



Yüklə 138,91 Kb.
səhifə49/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   45   46   47   48   49   50   51   52   ...   76
II.Şəxsiyyətlərarası münasibətlərin diaqnostikasının təhlili.

Sosiometrikölçü metodu sosiometriya. “Sosiometriya” ifadəsi qrupda

şəxsiyyətlərarası münasibətlərin ölçülməsi mahiyyəti daşıyır. Onun banisi

Amerika psixiatrı və sosial psixoloqu Con Morenoya görə,qrupdaxili

münasibətlərin uyğunluğu onun yalnız bütöv xarakteristikası ilə

deyil, həmçinin,qrupda təmsil olunanların ruhi – mənəvi vəziyyəti ilə müəyyən

olunur.Tədqiqaçılardan E.S.Kuzmina,A.V.Petrovski, Y.L.Kolominski,

V.A.Yadova, İ.P.Volkova və b. sosiometriyadan geniş

Istifadə etmişlər. Azərbaycanda Ə.S.Bayramov və Ə.Ə.Əlizadə ilk dəfə olaraq

“Sosial psixologiya” dərsliyində sosiometrik tədqiqatların nəzəriyyəsi və

praktikasının metodoloji əsasları haqqında məlumatlar vermiş, tətbiqi yollarını göstərmişlər.

Sosiometrik texnika şəxsiyyətlərarası və qruplararası münasibətləri, onların dəyişdirilməsi,yaxşılaşdırılması və təkmilləşdirilməsi məqsədilə tətbiq edilir. Sosiometriyanın köməkliyi ilə aşağıdakı məsələləri müəyyənləşdirmək mümkündür:



  1. qrupda təmsil olunan fərdlərin sosial xüsusiyyətlərini

  2. fərdi – psixoloji xüsusiyyətlərin davranış səviyyəsində təzahür edən xüsusiyyətlərinin sosial qiymətləndirilməsini

  3. fərdiyyətin xassə və keyfiyyətlərini, imkan və qabiliyyətlərini

  4. qrup üzvlərinin qarşılıqlı qavrama və anlamasını, şəxsi və sosial maraqlarını, dəyərlərini

  5. qrup üzvlərinin qarşılıqlı təsir: idarəetmə, liderlik imkanlarını

  6. qrup üzvlərinin qarşılıqlı simpatiya və antipatiyasını

  7. qarşılıqlı kömək, yardım, öz maraqlarını qrup maraqlarına tabe etmək istəyini və d. məsələləri.

Sosiometriyanın riyazi təhlil əsasında əldə olunmuş nəticələri qrupdaxili münasibətlərin məntiqi xarakterini ifadə edir. Bu nəticələr statistik yollarla: cədvəl, sxem, qrafik və sosiometrik şəkillərlə təsvir olunur.


Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin