1. pulun mahiyyəti və funksiyalari pul



Yüklə 103,09 Kb.
səhifə2/7
tarix10.12.2023
ölçüsü103,09 Kb.
#139521
1   2   3   4   5   6   7
1-10(maliyyə)

Monetar siyasət zamanı iqtisadiyyat pul və onun alətləri vasitəslə idarə edilir və tənzimlənir. Bu siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün müxtəlif alətlərdən istifadə edir ki bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə təsir göstərir.
Monetar siyasətin əsas alətlərindən biri açıq bazar əməliyyatlarıdır. Bu alət dövlət istiqrazlarının, şirkətlərin səhmləri və xarici valyutaların alınması və satılması ilə pulun miqdarı idarə edilməsinə səbəb olur. Bütün bu əməliyyatlar zamanı az ya da çox həcmdəki valyuta bazar dövriyyəsindən çıxır və ya dövriyyəyə daxil olur. Adətən qısa müddətli açıq bazar əməliyyatlarının səbəbi qısa müddətli faiz dərəcəsinə nail olmaqdır. Digər tərəfdən isə bu əməliyyatlar hər hansı xarici valyutada (və ya qızılda) xüsusi mübadilə dərəcəsini qoruyub saxlamağa xidmət edir.
Monetar siyasətdə istifadə edilən digər əsas alətlərə isə aşağıdakılar daxildir:

  • Diskont faiz dərəcəsi,

  • Məcburi ehtiyat norması,

  • Mənəvi razısalma

  • Açıq ağız əməliyyatları

Monetar siyasət likvidlik tələsində effektsizdir. İnflyasiya və faiz dərəcəsi sıfıra yaxın olduqda Mərkəz Bankı ənənəvi yollarla monetar siyasət həyata keçirə bilmir. Bu zaman qeyri ənənəvi üsullar tətbiq edir: dövlət istiqrazları almaqdansa, korporativ qiymətli kağızlar almaqla istehsalın artımını təmin edir ya da uzunmüddətli istiqrazlar alır və qısa müddətli istirazlarını satır.

5. MONETAR SİYASƏTİN NÖVLƏRİ

Monetar siyasət zamanı iqtisadiyyat pul və onun alətləri vasitəslə idarə edilir və tənzimlənir. Monetar siyasət ümumi olaraq Mərkəzi Banklar və ya monetar qurumlar tərəfindən aparılır, hansı ki bu qurumların missiyası dövriyyədə olan pul təklifi ilə bağlıdır. Monetar siyasət iki cür aparılır:



  • Ümumi faiz dərəcələrinin müəyyən edilməsi

  • Pula olan təklifə təsir edilməsi

Monetar siyasətin iki növü var:

  1. Genişləndirici pul siyasəti

  2. Daraldıcı Pul Siyasəti

Genişləndirici pul siyasəti faiz dərəcələrinin aşağı salınması, dövlət qiymətli kağızlarının mərkəzi banklar tərəfindən alınması və banklar üçün məcburi ehtiyat normalarının aşağı salınması yolu ilə iqtisadiyyatda pul təklifinin artırılmasını hədəfləyən pul siyasətidir. Genişləndirici siyasət işsizliyi azaldır və biznes fəaliyyətini və istehlak xərclərini stimullaşdırır. Genişləndirici pul siyasətinin ümumi məqsədi iqtisadi artımı sürətləndirməkdir. Bununla belə, bu, yüksək inflyasiyaya da səbəb ola bilər.
Daraldıcı pul siyasətinin məqsədi iqtisadiyyatda pul təklifini azaltmaqdır. Buna faiz dərəcələrinin artırılması, dövlət istiqrazlarının satışı və banklar üçün tələb olunan ehtiyat normalarının artırılması ilə nail olmaq olar. Sıxılma siyasəti hökumət inflyasiya səviyyəsinə nəzarət etmək istədikdə istifadə olunur.
Bundan əlavə monetar siyasətin məqsədindən asılı olaraq aşağıdakı növləri var:

Yumşaq pul siyasəti — Mərkəzi bank faiz dərəcəsin aşağı salmaqla iqtisadi artıma təkan verir


Sərt pul siyasəti — bu zaman faiz dərəcəsi yuxarı səviyyədə saxlanmaqla inflyasiya azaldılır.

6. MONETAR SİYASƏTİN İQTİSADİYYATA TƏSİRİ

Pul siyasəti alətləri iqtisadi dinamika, inflyasiya gözləntiləri və pul siyasətinin məcmu tələbə və qiymətlərə otürücülük qabiliyyəti –“transmissiyası”nın xüsusiyyətləri nəzərə alınmaqla tətbiq olunmuşdur. Pul kütləsinin artım templərinin və bank sistemində likvidliyin tənzimlənməsi məqsədilə açıq bazar əməliyyatlarlarından və məcburi ehtiyat normalarından da istifadə olunmuşdur.

Ümumiyyətlə, pul siyasətinin (real) faiz dərəcələrinin azalması və ya yüksəlməsi yolu ilə iqtisadi fəaliyyətə təsiri aşağıdakılardır.

Faiz dərəcələri azaldıqda, maliyyə institutları aşağı faiz dərəcələri ilə vəsait əldə edə bilərlər. Bu, onlara firmalara və ev təsərrüfatlarına verilən kreditlər üzrə kredit faizlərini azaltmağa imkan verir. Müxtəlif maliyyə bazarları arasında əlaqəni nəzərə alaraq, təkcə maliyyə institutlarının kredit faizlərində deyil, həm də firmaların korporativ istiqrazların buraxılması şəklində bazardan birbaşa borc götürdüyü faiz dərəcələrində də azalma müşahidə olunur.

Bu vəziyyətdə firmalar dövriyyə vəsaitlərini (əmək haqqının ödənilməsi üçün lazım olan vəsaitlər və ilkin məsrəflər) və əsas investisiya fondlarını (fabriklərin, mağazaların və s. Tikintisi üçün lazım olan vəsait) əldə etməyi asanlaşdırır, ev təsərrüfatları da borc götürməyi asanlaşdırır. mləsələn, mənziasanlaşdırır vəsait

Nəticədə firmaların və ev təsərrüfatlarının iqtisadi fəallığı yüksəlir və bu, iqtisadiyyatı stimullaşdırır. Qiymətlərə yuxarı təzyiq də öz növbəsində yaranır.

İqtisadiyyatın stimullaşdırılmasına yönəlmiş bu cür pul siyasəti tədbirləri monetar yumşalma adlanır.

Digər tərəfdən, faiz dərəcələri yüksəldikdə, maliyyə institutları daha yüksək faiz dərəcələri ilə vəsait əldə etməli, firmalara və ev təsərrüfatlarına verilən kreditlər üzrə kredit faizlərini artırmalıdırlar. Firmalar və ev təsərrüfatları borc götürməkdə çətinlik çəkirlər ki, bu da onların iqtisadi fəaliyyətini ləngləşdirir. Bu, öz növbəsində, iqtisadiyyatın həddindən artıq istiləşməsini ehtiva edir və qiymətlərə aşağı təzyiq göstərir.



İqtisadiyyatın həddindən artıq istiləşməsinin qarşısını almağa yönəlmiş bu cür pul siyasəti tədbirləri monetar sərtləşdirmə adlanır.

7.İNFLYASIYANIN MAHIYYƏTI VƏ SƏBƏBLƏRI



Yüklə 103,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin