İnflyasiyanın səbəbləri çox məhəllidir. İnflyasiyanın əmələ gəlmə səbəbləri həm daxili, həm də xarici ola bilər. Xarici səbəblərə əsasən xarici ticarətdən mədaxilin azalması, xarici ticarət və ödəniş balansının mənfi saldosu aid edilir. Daxili səbəblərə ölkə, hökumət daxilində inflyasiyaya səbəb olan prosesləri aid etmək olar.
Doğurdan da inflyasiyanı yaradan səbəbləri müəyyən etmək ən vacib məsələdir. İnflyasiyanı yaradan səbəbləri konkretləşdirsək aşağıdakılardır:
İqtisadiyyatın hərbiləşdirilməsi.
Azad rəqabətin inhisarla əvəz olunması.
Gəlirlərin yenidən bölgüsü.
Pul krediti və vergi sahəsində düzgün olmayan siyasətin aparılması da inflyasiyaya səbəb olur.
Büdcə kəsrinin mövcudluğu.
Pul tədavülü qanununa əməl olunmaması.
Sərmayə qoyuluşunun həcmi.
Əmək haqqının əmək məhsuldarlığına nisbətən üstün artması.
Xarici iqtisadi amillər.
Müasir inflyasiyanın fərqləndirici xüsusiyyətləri var: əgər əvvəllər lokal xarakter daşıyırdısa indi o bütün sahələrə daxildir. Əgər əvvəllər uzunmüddətli və qısa müddətli, ya da periodik idisə, indi xroniki hal almış və istehsalda daimi faktordur.
8.İNFLYASIYANIN NÖVLƏRI VƏ FORMALARI İnflyasiyamal və xidmətlərin keyfiyyətinin yüksəlməməsi halında qiymətlərinin ümumi səviyyəsinin qalxmasıdır. Başqa sözlə desək, inflyasiya mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi prosesidir.Yalnız qiymətlərin ümumi səviyyəsi qalxdığı zaman inflyasiya baş vermiş hesab olunur.
1.Qiymətlərin artım sürətindən asılı olaraq inflyasiyanın üç növü var:
Mülayim (sürünən) inflyasiya
Sürətli (dördnala çapan) inflyasiya
İfrat (hiper) inflyasiya
İl ərzində qiymətlər 10% dən çox artmırsa, bu cür inflyasiyaya mülayim və ya sürünən inflyasiya adlandırılır. Bəzi iqtisadi cərəyanlarda belə inflyasiyanı iqtisadi inkişaf üçün faydalı hesab edirlər. Bu halda pulun izafi dəyəri saxlanılır. İnkişaf etmiş ölkələrin əksəriyyəti üçün bu növ inflyasiya xasdır. Mülayim inflyasiya müəyyən dərəcədə iqtisadiyyatı hərəkətə gətirir, onu stimullaşdırır. Çünki əhali qiymətlərin artımını gözlədikdə onlar daha çox məhsul və xidmətlərdən istifadə etməyə çalışır, nəticədə istehsalçılar təklifi artırır, nəticədə bazarda bolluq yaranır. Bu sahibkarlıq fəaliyyətini stimullaşdırır.
İl ərzində qiymətlər 10% dən 20%-ə qədər artarsa ölkədə sürətli inflyasiya yaranacaqdır. Belə inflyasiya iqtisadiyyatda ciddi gərginlik yaradır. Ən azından ölkənin maliyyə kredit sahəsinə ciddi təsir göstərir. Ölkəyə investisiya qoyuluşu azalır. Sürətli inflyasiyada kağız pul qiymətdən düşür, istehlak şeylərinin xidmətlərin dəyəri əhalinin pul gəlirlərini qabaqlayır.
İl ərzində qiymətlər 100% dən artıq artarsa ölkədə İfrat (hiper) inflyasiya meydana çıxır. Bu inflyasiya zamanı qiymətlər faizlə yox dəfələrlə artır. Pulun alıcılıq qabiliyyəti demək olar ki yox olur. Əhali ticarət əməliyyatlarını barter üsulu ilə həyata keçirir. İstehsal təşkil oluna bilmir, kəskin aşağı düşür, təklif azalır.
Hiperinflyasiya zamanı bank sistemi dağılır, bazar mexanizmini, sahibkarlığı "iflic" edir. Hiper inflyasiya gözlənildiyi zamanı biznesdə təlaş yaranır.
2.Qiymətlərin tarazlıq səviyəsinə görə inflyasiyanın iki növü var: tarazlaşdırılmış və tarazlaşdırılmamış.