1. pulun mahiyyəti və funksiyalari pul


Tarazlaşdırılmış inflyasiya



Yüklə 103,09 Kb.
səhifə5/7
tarix10.12.2023
ölçüsü103,09 Kb.
#139521
1   2   3   4   5   6   7
1-10(maliyyə)

Tarazlaşdırılmış inflyasiya zamanı müxtəlif əmtəə qruplarının qiymətləri bir-birinə nisbətən sabit qalır.Tarazlaşdırılmış inflyasiya sahibkarlıq fəaliyyəti üçün bir o qədər qorxulu deyil.Bu zaman yalnız vaxtaşırı olaraq əmtəələrin qiymətini qaldırmaq lazım gəlir.

  • Tarazlaşdırılmamış inflyasiya şəratində isə müxtəlif əmtəələrin qiyməti bir-birinə nisbətən və həm də müxtəlif proporsiyalarda daim dəyişir.Tarazlaşdırılmış inflyasiya isə sahibkarlıq fəaliyyəti üçün əsl bəladır. Belə şəraitdə kapital qoyuluşu üçün sərfəli sferanı tapmaq, bu məqsədlə gəlirlilik baxımından ən əlverişli variantları müəyyən etmək mümkün deyildir.

    3.Monetarist iqtisadçılar xarakterinə görə inflyasiyanı 2 yerə bölmüşlər; gözlənilən və qəfil.
    Gözlənilən inflyasiya müəyyən dövr üçün əvvəlcədən proqnozlaşdırılır müəyyən olunur. Belə inflyasiya zamanı banklar kreditlərin faizini artırır, istehsalçılar öz əmtəə və xidmətlərinin qiymətini qaldırır. Bir sözlə gözlənilən inflyasiyanın iqtisadiyata ciddi zərəri gözlənilmir. Qəfil inflyasiya ani anda baş verir. Birdən-birə qiymətlərdə sıçrayış baş verir. Hətta 10%-lik inflyasiyada belə iqtisadi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirir. Pul sisteminə və vergi sisteminə mənfi təsir göstərir.
    4.Bazarın inflyasiya bərabərsizliyinin hansı formalar almasından asılı olaraq aşkar (açıq) gizli (boğuq) inflyasiya fərqləndirilir .  Aşkar inflyasiya  qiymətlərin sərbəst hərəkəti, əsasən iqtisadiyyatın dolayısı ilə tənzimlənməsi metodları şəraitində baş verir və qiymət səviyyəsinin müşahidə olunan artımı ilə ifadə olunur. Gizli inflyasiya qiymətlər, əməkhaqqı, istehsal üzərində həm mikro, həm də makrosəviyyədə sərt inzibati nəzarətli kənd təsərrüfat sistemində baş verir.
    5.İnflyasiya həm təsərrüfta sisteminin öz daxilində , həmdə onlardan kənarda yarana bilir. Sistemə nisbətdə inflyasiya impluslarının xarakterindən asılı olaraq idxal edilən və ixrac edilən inflyasiyalar fərqləndirilir.
    6.Təsərrüfta agentlərin qiymətlərin gələcək artım sürətlərinə dair proqnozların dəqiqliyindən və onlara uyğunlaşma səviyyəsindən asılı olaraq proqnozlaşdırılan və proqnozlaşdırılmayan inflyasiya nəzərdən keçirilir.
    7.Dövlətin inflyasiya proseslərinə təsir etmə qabiliyyətindən asılı olaraq onlar nəzarətdə olan və idarə olunmayanlara bölünür.
    8.İnflyasiya prosesini doğuran və qidalandıran amillərdən asılı olaraq tələb inflyasiyası və təklif inflyasiyası  fərqləndirilir . Təklif inflyasiyası iqtisadi ədəbiyyatda, bu mübahisəli sayılsada çox vaxt xərclər inflyasiyası adlandırılır.

    Yüklə 103,09 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin