1. ÜMumi DİLÇİLİk I indd


DİLÇİLİKDƏ ESTETİK İDEALİZM MƏKTƏBİ



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə60/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   56   57   58   59   60   61   62   63   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

2. DİLÇİLİKDƏ ESTETİK İDEALİZM MƏKTƏBİ
XX əsrin əvvəllərində dilçilikdə yeni-yeni yollar axta-
ran elmi məktəblərdən biri estetik idealizm adlanırdı.
Bu məktəbin mahiyyəti onun adından bəllidir. Estetik 
idealizm məktəbinin üzvləri dili də estetikanın obyektinə 
aid olan hadisələrlə bir cərgəyə qoyub, ona estetik baxım-
dan yanaşırdılar. Bununla bərabər, bu məktəbin nümayən-
dələrinin elmi linqvistik görüşləri idealist fəlsəfənin müd-
dəalarına əsaslanırdı.
Estetik idealizm məktəbi dilin ekspressiv vəzifəsini 
əsas götürürdü. Buna görə də bütün tədqiqatlar dilin eks-
pressiv vəzifəsinə müvafiq aparılırdı.
Dilçilikdə estetik idealizm məktəbinin yaradıcısı Karl 
Fossler olmuşdur.
Karl Fossler (Karl Fossler, 1872–1949). Alman alimi 
K.Fos sler elm aləmində həm dilçi, həm də ədəbiyyatçı kimi 
tanınmışdır. Onun hər iki ixtisasa dair elmi irsi çox zəngindir.
K.Fossler dilçiliyin mühüm məsələlərinə bir çox elmi 
əsər həsr etmişdir. Onun 1904-cü ildə “Dilçilikdə pozitivizm 
və idealizm” adlı əsəri çap olunmuşdur. Bu əsər, bir növ, es-
tetik idealizm məktəbinin proqramı idi. Fosslerin dilçiliyə 
dair ideyaları “Dil yaradıcılıq və inkişaf kimi” (1905), “Ruh və 
mədəniyyət dildə” (1925), “Fransanın mədəniyyəti və dil” (1929) 
adlı kitablarında aydın əks olunmuşdur.
1
T.A.Amirova və başqaları. Göstərilən əsər, səh. 505.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
109
K.Fosslerin yaradıcılığına idealist fəlsəfənin və estet 
Kroçenin görüşlərinin böyük təsiri olmuşdur. Fossler Kro-
çeni özünün müəllimi adlandırırdı. Kroçe dili estetikanın 
obyekti hesab edirdi. Dilçiliyi isə estetikanın bir hissəsi 
kimi qəbul edirdi.
Fossler “gənc qrammatiklər”i pozitivistlər kimi mü əy-
yənləşdirmiş və onları idealist mövqedən tənqid etmişdir. O, 
bütün ömrü boyu idealist mahiyyətli linqvistik konsepsiya-
sına sadiq qalmışdır. Fossler tərəfindən dilçilik məsələləri-
nin idealist mövqedən aydınlaşdırılmasına baxmayaraq, dil 
haqqında elmin inkişafı tarixində onun da xidməti vardır. 
Fossler dilçiliyin qarşısında bir sıra vəzifələr qoymuşdur. 
Dilin üslublarının linqvistik baxımdan öyrənilməsi, yazıçı 
dilinin ümumxalq dili ilə münasibətinin müəyyənləşdirilmə-
si, mədəniyyət tarixi ilə dilin inkişafının qarşılıqlı əlaqəsinin 
aydınlaşdırılması və sair bu kimi mühüm məsələlərin həll 
olunmasını irəli sürməsi onun ən böyük xidmətlərindəndir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin